Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2096/2022 06.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X29 oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Abbasova (Babaəliyeva) Gülnaz Babaəli qızı, Qurbanova (Babaəliyeva) Yeganə Babaəli qızı, Nəsrullayeva (Babaəliyeva) Məlahət Babaəli qızı, Səlimova (Babaəliyeva) Mətanət Babaəli qızı, Rəşidova (Babaəliyeva) Dilbər Babaəli qızı və Quba Regional ASAN Xidmət Mərkəzi Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, miras qoyan 19 mart 1990-cı il tarixində vəfat etmiş X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddasını onunla əsaslandırmışdır ki, onun X7 ilə anası X8 ilə 23 avqust 1954-cü il tarixində birgə nikahlarını qeyd edərək ailə qurmuşlar. Birgə nikahlarından bacıları xx xxxxxx 1959-cu il təvəllüdlü Abbasova (Babaəliveva) Gülnaz Babaəli qızı, 26 avqust 1963-cü il təvəllüdlü Qurbanova (Babaəliyeva) Yeganə Babaəli qızı, xx xxxx 1968ci il təvəllüdlü Nəsrullayeva (Babaəliyeva) Məlahət Babaəli qızı, xx xxx 1972-ci il təvəllüdlü Səlimova (Babaəliyeva) Mətanət Babaəli qızı, xx xxxx 1970-ci il təvəllüdlü Rəşidova (Babaəliyeva) Dilbər Babaəli qızı, qardaşı 21 yanvar 1961-cı il təvəllüdlü X14 və o xx xxxxx 1966-cı il təvəllüdlü İddiaçı adlı uşaqları doğulmuşdur. X2 07 avqust 2008-ci il tarixində vəfat edib. X7 19 marı 1990-cı il tarixində, anası X9 isə 28 avqust 2021-ci il tarixində vəfat etmişlər. Atasının vəfalından sonra birinci dərəcəli vərəsələr kimi bacıları Abbasova (Babaəliveva) Gülnaz Babaəli qızı, Qurbanova (Babaəliyeva) Yeganə Babaəli qızı, Nəsrullayeva (Babaəliyeva) Məlahət Babaəli qızı, Səlimova (Babaəliyeva) Mətanət Babaəli qızı, Rəşidova (Babaəliyeva) Dilbər Babaəli qızı və o İddiaçı qalmışlar. X3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Əmlaka o, sahiblik edib, idarə edir. Lakin qanunu bilməməzlikdən qanunla 6 ay ərzində mirasın qəbul edilməsi barədə ərizə notariat kontoruna verməmişlər. Həmin evdə özü yaşayır. Hazırda o, atasından miras qalan payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba Regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, oradan ona mirasın faktiki qəbulu və ona sahiblik etməsi barədə sübutlar təqdim edə bilmədiyi üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 06 iyul 2022-ci il tarixli məktub verilmiş və məhkəməyə müraciət etməsi məqsədə müvafiq olduğu qeyd edilmişdir. Məhkmə iclasında İddiaçı iddia tələbini müdfiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, məhkəmə iclasına gəlməyən cavabdehlər Cavabdeh2 Babaəli qızı, Cavabdeh3, Nəsrullayeva (Babaəliyeva) Məlahət Babaəli qızı, Cavabdeh5 Babaəli qızı, Cavabdeh6 Babaəli qızı məhkəməyə teleqram göndərərək, həmin teleqramda iddia tələbini qəbul etdiklərini, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, İddiaçı Babali oğlunun iddiasınən təmin olunmasını xahiş etmişlər. İş üzrə digər cavabdeh Quba Regional ASAN Xidmət Mərkəzi Notariat Ofisinin notariusu Cəmil Hüseynov məhkəməyə məktub göndərərək, Quba Regional ASAN Xidmət Mərkəzi Notariat Ofisinin iş rejimi və əhalinin sıxlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan evlənmək haqqında NE seriyalı, 094877 №-li şəhadətnamədən görünür ki, X20 ilə X5 arasında nikah 23 avqust 1954-cü ildə bağlanmışdır. İş materiallarında olan AZ-T seriyalı, 179511 №-li, doğum haqqında şəhadətnamədən görünür ki, X20 ilə X6 birgə nikahından xx.xx.1966-cı il tarixdə İddiaçı doğulmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 019805 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1990-cı il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı, 190449 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 320842 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.20208-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər üzrə İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 1532 №li arayşdan görünür ki, İddiaçı X7 xx.xx.1990-cı ildə, anası X11 xx.xx.2021 -ci ildə vəfat etmişlər. Onların vəfatından sonra vərəsələri Abbasova (Babaəliyeva) Gülnaz Babəli qızı, (doğum tarixi xx.xx.1959-cu il), Qurbanova (Babaəliyeva) Yeganə Babaəli qızı, (doğum tarixi xx.xx.1963-cü il), İddiaçı, (doğum tarixi 06.04 1966-cı il), Nəsrullayeva (Babaəliyeva) Məlahət Babalı qızı (doğum tarixi 10.06 1968-cı il), Səlimova (Babaəliyeva) Mətanət Babəli qızı, (doğum tarixi xx.xx.1972-ci il), Rəşidova (Babaəliyeva) Dilbər Babəli qızı, (doğum tarixi xx.xx.1970-ci il). X14, (xx.xx.2008-ci ildə vəfat etmişdir) qalmışlar. İş materiallarında olan 15 yanvar 1986-cı il tarixli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cəlladov X4 adına qeydə alınmışdır. İş materiallarında olan Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat X1 ünvanladığı 06 iyul 2022-ci il tarixli, 1977 №li məktubundan görünür ki, mirasın qəbulu müddətini ötürdüyündən və mirasın faktiki qəbulu, ona sahiblik etmə barədə sübutlar təqdim edə bilmədiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə veriməsi mümkün deyildir. Məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Nəsrullayeva (Babaəliyeva) Məlahət Babaəli qızı, Abbasova (Babaəliyeva) Gülnaz Babaəli qızı, Səlimova (Babaəliyeva) Mətanət Babaəli qızı, Rəşidova (Babaəliyeva) Dilbər Babaəli qızı və Qurbanova (Babaəliyeva) Yeganə Babaəli qızının Notariat ofisində təsdiqlənmiş ərizələrinndən görünür ki, xx.xx.1990-cı ildə vəfat etmiş X13 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmişlər, etmək fikrində deyillər. Məhkəmə iş üzrə müəyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, məhkəmə araşdırması zamanı 19 mart 1990-cı il tarixində vəfat elmiş X10 qalmış miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirasın İddiaçı tərəfindən qəbul edilməsi sübuta yetirilir. Azərbaycan Respublikası MPM 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanın əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin, həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. X26 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 02 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2006-cı il tarixli qərarında göstərilir ki, özəlləşdirmə hüququnun faktiki olaraq onun reallaşdırılması mərhələsindən çıxmaqla subyektiv hüquqa transformasiya etməsinə (mənzilə (evə) mülkiyyət hüququ barədə qeydiyyat vəsiqəsinin alınmaması) iradədən asılı olmayan bioloji faktor kimi ölümün maneə törətməsi, digər tərəfdən isə ölən şəxs barəsində mənzilin (evin) özəlləşdirilməsindən imtina edilməsinə dair qanunvericilikdə nəzərdə tutulan əsasların mövcud olmaması xüsusi mülkiyyət hüququnun artıq formalaşması kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi sahiblik və istifadə hüquqlarını mülkiyyət hüquqlarının elementləri saymış, Mülki Məcəllənin 157.8-ci maddəsi əmlaka sahiblik hüququnu mülkiyyət hüququna bərabər saymışdır. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu torpağa sahiblik və istifadə hüquqlarını mülkiyyət hüququnun elementləri saymaqla, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olmasının əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəssinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları qanun üzrə vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məhkəmə işdəki sübutlarla müəyyən etmişdir ki, X10 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə mirası İddiaçı faktiki idarə etməklə qəbul etmiş, bununla da o, həmin evə vərəsəlik üzrə mülkiyyət hüquqları əldə etmişdir. Digər vərəsələr Nəsrullayeva (Babaəliyeva) Məlahət Babaəli qızı, Abbasova (Babaəliyeva) Gülnaz Babaəli qızı, Səlimova (Babaəliyeva) Mətanət Babaəli qızı, Rəşidova (Babaəliyeva) Dilbər Babaəli qızı və Qurbanova (Babaəliyeva) Yeganə Babaəli qızı X10 qalmış mirası qəbul etməmiş, X10 qalmış miras payından qardaşı İddiaçı xeyrinə imtina etmişlər. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, miras qoyan 19 mart 1990-cı il tarixində vəfat etmiş X10 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilməli və onun miras əmlaka vərəsəlik hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Miras qoyan 19 mart 1990-cı il tarixində vəfat etmiş X10 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilsin və onun miras əmlaka vərəsəlik hüququ müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2096/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2096/2022
06.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver