Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2099/2022 21.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, Ərizəçi Fətəliyeva (Tadjibova) Elmira Əlirzayevnanın iştirakı ilə Fətəliyeva (Tadjibova) Elmira Əlirzayevnanın maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Fətəliyeva (Tadjibova) Elmira Əlirzayevna məhkəməyə ərizə ilə müraciət edərək, JN-265, KOD 30404018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ailə üzvlərilə yanaşı ona-Fətəliyeva(Tadjibova) Elmira Əlirzayevna məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Fətəliyeva (Tadjibova) Elmira Əlirzayevna ərizəsini onunla əsaslandırmışdır ki, onlara Şabran (Dəvəçi) kəndi ərazisindən Şabran (Dəvəçi) rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş və bu barədə onlara JN-265,KOD 30404018 Torpağa mülkiyyət hüququnq dair Dövlət Aktı verilmişdir. Dövlət Aktını alandan sonra məlum olmuşdur ki, Dövlət Aktında soyadı Tadjibova əvəzinə Taibova yazılmışdır. Torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə çıxarış almaq məqsədi ilə müraciət etsək də soyadda uyğunsuzluq olduğundan ərizənin qeydiyyatından imtina verilmişdir. Dövlət Aktını verən orqan - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmir və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi Fətəliyeva (Tadjibova) Elmira Əlirzayevna ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə şəxs Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-265 seriyalı, KOD 30404018 saylı Torpağa Mülkiyyət Hüququna X15 görünür ki, X1, X6, X8, X3 və X2 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 08 saylı qərarı ilə 3.39 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan nikah haqqında İİ-BD seriyalı, 451191 №-li şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 ilə X7 arasında nikah xx.xx.1989-cu il tarixdə bağlanmış və nkahdan sonra arvada «Fətəliyeva» soyadı verilmişdir. İş materiallarında olan AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçidır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********69 №li məktubdan görünür ki, JN-265 KOD 30404018 saylı Torpağa Mülkiyyət Hüququna X16 adları qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, JN-265 KOD 30404018 saylı Torpağa Mülkiyyət Hüquqna X16 səhvən Fətəliyeva (Tadjibova) Elmira Əlirzayevnanın soyadı “Tadjibova” əvəzinə “Taibova” kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, hüquqmüəyyənedici sənəd olan JN-265 seriyalı, KOD 30404018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ailə üzvləri ilə birgə Fətəliyeva (Tadjibova) Elmira Əlirzayevnaya məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. JN-265 seriyalı, KOD 30404018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ailə üzvləri ilə birgə Fətəliyeva (Tadjibova) Elmira Əlirzayevnaya məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2099/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2099/2022
21.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver