Məhkəmə qərarları › İş №2(027)-211/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-211/2022

07.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-211/2022 07.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X27 katibliyi, Ərizəçilər Ərizəçi1 və Alxasova (Məmmədova) Tahirə Məhəmməd qızının iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Alxasova (Məmmədova) Tahirə Məhəmməd qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Alxasova (Məmmədova) Tahirə Məhəmməd qızı məhkəməyə ərizə ilə müraciət edərək, JN:0001 Kod 30330018 saylı Torpağa Mülkiyyət Hüququna X40 Ərizəçi1, X5, X8, JN-082A Kod 30330028 saylı və JN-082F Kod 30330028 saylı Torpağın Mülkiyyətə Verilməsinə X7 Məhəmməd Mürsəli oğlu və X8 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Ərizəçi1 və Alxasova (Məmmədova) Tahirə Məhəmməd qızı ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayon AİK-nm 15 avqust 1997-ci il tarixli 08 nömrəli qərarı ilə ailə üzvləri X18, X14, X15, X9, X10, X11, X16, X19, X12, eləcə də, onlar- Ərizəçi1 və X5 Quba rayonu, Nöydün kəndi ərazisindən 7,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və adlarına JN 0001 Kod 30330018 saylı Torpağa Mülkiyyət Hüququna X45 verilmişdir. Bundan başqa Quba rayon AİK-nın 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə o,- Ərizəçi1 və ailə üzvləri X18, X14. X9, X10, X11, X16, X19, X12 Quba rayonu, Nöydün kəndi ərazisindən JN-082A Kod 30330028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən 0,10 ha və eyni qərar ilə isə JN-082F Kod 30330028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən 0,10 həyətyanı torpaq sahəsi verilmişdir. JN 0001 Kod 30330018 saylı Torpağa Mülkiyyət Hüququna X41 digər mülkiyyətçilərin soyadları, ad və ata adları düzgün yazılmış, -Ərizəçi1 soyadı və adı düzgün yazılsa da, atasının adı “Mürsəli” əvəzinə səhvən “Mursəli”, “X13” əvəzinə səhvən “X20”, eləcə də, digər mülkiyyətçi X2 və adı düzgün yazılsa da, atasının adı “Musa” əvəzinə səhvən “Qurban” yazılmışdır. Eləcə də, JN-082A Kod 30330028 saylı və JN-082F Kod 30330028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələrdə digər mülkiyyətçilərin soyadları, ad və ata adları düzgün yazılmış, Ərizəçi1 soyadı və adı düzgün yazılsa da, atasının adı “Mürsəli” əvəzinə səhvən “Mursəli”, eləcə də, digər mülkiyyətçi olan anası X2 və adı düzgün yazılsa da, atasının adı “Musa” əvəzinə səhvən “Qurban” yazılmışdır. Soyad, ad və ata adının Ərizəçi1, X13 və X18 olması ərizəyə əlavə etdikləri şəxsiyyət vəsiqələri, doğum haqqında şəhadətnamələri, ölüm haqqında şəhadətnamə və Quba RİHB-nın Şuduq İƏD üzrə nümayəndəliyinin 102 saylı, 21 oktyabr 2021-ci il tarixli arayışı ilə də öz təsdiqini tapır. Mülkiyyətçi-X18 29 noyabr 2011-ci il tarixdə vəfat etmişdir. X43 Xidmət mərkəzində Notariat ofisinin 21.10.2021-cı il tarixli, 3398 saylı arayışına əsasən o, Ərizəçi1 29.11.2011- ci il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsələri sırasına daxidir. O, X13 07 mart 1996-cı il tarixdə mülkiyyətçi-X18 29 noyabr 2011-ci il tarixdə vəfat Ərizəçi1 29.11.2011- X33 ilə rəsmi nikaha daxil olaraq «Alxasova» soyadını qəbul etmişdir. Hazırda həmin torpaq sahələrinə dair adlarına çıxarış almaq istəyirlər. Lakin JN;0001 Kod 30330018 saylı Torpağa Mülkiyyət Hüququna X41 və JN082A Kod 30330028 saylı və JN-082F Kod 30330028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələrdə soyad, ad və ata adında olan yalnışlığa görə həmin torpaq sahəsinə dair onların sərəncam vermək hüquqları məhdudlaşmışdır. Qeyd olunan torpaq sahələrinə dair Çıxarış almaq üçün DƏDRX-nm saylı Ərazi İdarəsinə müraciət etmişlər. DƏDRX-nm 5 saylı Xaçmaz Ərazi İdarəsi 27 iyul 2021-ci il tarixli və 26 oktyabr 2021-ci il tarixli məktubu ilə onlara qeyd olunan sənəddə soyad, ad və ata adında olan yalnışlığa görə həmin Qeyd olunan torpaq sahələrinə dair Çıxarış almaq üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən 30330028 saylı və JN-082F Kod 30330028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair ata adında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. JN 0001 Kod 30330018 saylı Torpağa Mülkiyyət Hüququna Dair JN 0001 Kod 30330018 saylı Torpağa Mülkiyyət Hüququna X40, JN-082A Kod 30330028 saylı və JN-082F Kod 30330028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələrin əsilləri olmadığından Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Əİ-nə müraciət edərək, surətlərini əldə etmişlər. JN:0001 Kod 30330018 saylı Torpağa Mülkiyyət Hüququna X44, JN-082A Kod 30330028 saylı və JN- 082F Kod 30330028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələri verən AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də JN;0001 Kod 30330018 saylı Torpağa Mülkiyyət Hüququna X40 Ərizəçi1, X13 və X22ma, JN-082A Kod 30330028 saylı və JN-082F Kod 30330028 saylı Torpağın Mülkiyyətə Verilməsinə X7 Məhəmməd Mürsəli oğlu və X22ma məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmədə ərizəçilər Ərizəçi1 və Alxasova (Məmmədova) Tahirə Məhəmməd qızı ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1953-cü ildə anadan olmuşdur. Həmin doğum haqqında şəhadətnamə də və şəxsiyyət vəsiqəsində onun atasının adı “Mürsəli” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Məmmədova (Alxasova) Tahirə Məhəmməd qızı xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Doğum haqqında şəhadətnamə də və şəxsiyyət vəsiqəsində onun adı, soyadı, atasının adı “Məmmədova (Alxasova) Tahirə Məhəmməd qızı” olaraq qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X33 ilə Məmmədova (Alxasova) Tahirə Məhəmməd qızı arasında nikah 07.03.1996-ci il tarixdə bağlanmışdır. Nikahdan sonra X5 “Alxasova” soyadı verilmişdir. Həmin şəhadətnamədə onun soyadı, adı və atasının adı “X13” olaraq qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 29.11.2011-ci il tarixdə Quba rayonu, Növdün kəndində vəfat etmişdir. Həmin şəhadətnamədə onun atasının adı “Musa” olaraq qeyd edilmişdir. İş materiallarında olan Quba Regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinin 21.10.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi1 29.11.2011-ci il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsələri sırasına daxildir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət hüququna X40 surətindən görünür ki, Ərizəçi1, Alxasova (Məmmədova) Tahirə Məhəmməd qızına, X8 və onların ailə üzvlərinə Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-0001 kod 30330018 saylı Dövlət Aktı tərtib edilərək 7.04 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1, X8 və onların ailə üzvlərinə Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-082A kod 30330028 saylı Şəhadətnamə tərtib edilərək 0.10 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1, X8 və onların ailə üzvlərinə Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-082F kod 30330028 saylı Şəhadətnamə tərtib edilərək 0.15 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1 və Alxasova (Məmmədova) Tahirə Məhəmməd qızına, X8 və onların ailə üzvlərinə Quba rayon AİK-nın AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarına əsasən 7.04 ha torpaq sahəsi verilmiş və Torpağa Mülkiyyət Hüququna dair JN-0001 kod 30330018 saylı Dövlət Aktı tərtib edilmişdir. Ərizəçi1, X8 və onların ailə üzvlərinə Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarına əsasən 0.10 ha torpaq sahəsi verilmiş və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-082A kod 30330028 saylı Şəhadətnamə tərtib edilmişdir. Ərizəçi1, X8 və onların ailə üzvlərinə Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarına əsasən 0.15 ha torpaq sahəsi verilmiş və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-082F kod 30330028 saylı Şəhadətnamə tərtib edilmişdir. X39 “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1 Mursəli oğlu”, “X18” əvəzinə səhvən “X17”, “Məmmədova (Alxasova) Tahirə Məhəmməd qızı” əvəzinə səhvən “X20” kimi qeyd olunmuşdur. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-082A kod 30330028 saylı Şəhadətnamə və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-082F kod 30330028 saylı Şəhadətnamədə “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1 Mursəli oğlu”, “X18” əvəzinə səhvən “X17” kimi qeyd edilmişdir. Ərizəçi1, Alxasova (Məmmədova) Tahirə Məhəmməd qızı və X18 məhkəmədən Torpağa Mülkiyyət Hüququna dair JN-0001 kod 30330018 saylı Dövlət Aktının, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-082A kod 30330028 saylı Şəhadətnamə və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-082F kod 30330028 saylı Şəhadətnamənin Ərizəçi1 və X8 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağa Mülkiyyət Hüququna dair JN-0001 kod 30330018 saylı Dövlət X3, X15, X9, X10, X11, X16, X19 və X21 ilə yanaşı, Ərizəçi1, Alxasova (Məmmədova) Tahirə Məhəmməd qızı və X8, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-082A kod 30330028 saylı Şəhadətnamə və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-082F kod 30330028 saylı X1, X9, X10, X11, X16, X19 və X21 ilə yanaşı, Ərizəçi1 və X8 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 və Alxasova (Məmmədova) Tahirə Məhəmməd qızının hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-0001 kod 30330018 saylı Dövlət Aktının Ərizəçi1, Alxasova (Məmmədova) Tahirə Məhəmməd qızı və X8 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-082A kod 30330028 saylı Şəhadətnamənin Ərizəçi1 və X8 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-082F kod 30330028 saylı Şəhadətnamənin Ərizəçi1 və X8 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar