Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2122/2021 23.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi Əmrahova (Ağarzayeva) Mübar Valeh qızının iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Əmrahova (Ağarzayeva) Mübar Valeh qızının maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Əmrahova (Ağarzayeva) Mübar Valeh qızı ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-2118A KOD 30301004 nömrəli Şəhadətnamənin Ərizəçi1, X4 və X14 ilə yanaşı, Əmrahova (Ağarzayeva) Mübar Valeh qızına və X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman ərizəçi və Əmrahova (Ağarzayeva) Mübar Valeh qızının nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmədə ərizəçi Əmrahova (Ağarzayeva) Mübar Valeh qızı ərizəni müdafiə edərək, ona aid hissədə təmin edilməsini məhkəmədən xahiş etmişdi. Ərizəçi1 və Əmrahova (Ağarzayeva) Mübar Valeh qızı əizədə göstərmişdilər ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-2118A KƏD:30301004 nömrəli Şəhadətnaməyə əsasən onlara və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,01 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-2118A KOD:30301004 nömrəli Şəhadətnamədə “X18” qızı əvəzinə səhvən “X16” qızı kimi, “Ağarzayeva (Ənırahova) Mübar Valeh” qızı əvəzinə səhvən “X19” qızı kimi yazılmışdır. Onlar şəhadətnamədə qeyd olunmuş soyad və adda yaranmış uyğunsusluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz. Ərazi idarəsinə müraciət müraciət etsələr də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********49 nömrəli 26 avqust 2021-ci il tarixli imtina məktubu almışdılar. X2 13 iyun 2020-ci il tarixində vəfat etmişdir. Quba şəhər İnzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilən Forma 2 arayışına əsasən O,13 iyun 2020-ci il tarixində vəfat etmiş X2nın vərəsələri sırasına daxildir. Şəhadətnamədə yanlışlığları aradan qaldıra bilmirlər və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, Torpağın mülkiyyətə verilməsinə dair JN-2118A KOD 30301004 nömrəli Şəhadətnamənin Ərizəçi1, X4 və X14 ilə yanaşı, Əmrahova (Ağarzayeva) Mübar Valeh qızına və X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X3 bildirdi ki, ərizəçi Əmrahova (Ağarzayeva) Mübar Valeh qızı onun gəlinidi. Ərizəçi1 Mübarın atasıdı. Şəhadətnamədə Mübarın adı səhvən Nübar kimi yazılıb. Məhkəmə ərizəçi Əmrahova (Ağarzayeva) Mübar Valeh qızını və şahid X1 dinləyib, həmçinin məhkəmədə iştirak edən zaman Ərizəçi1 izahatını nəzərə alaraq, işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki,Torpağın mülkiyyətə verilməsinə dair JN-2118A KOD 30301004 nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 və onun ailə üzvlərinə Quba RAİKnın 05 may 200-ci il tarixli, 05 saylı qərarı ilə Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə 0.01 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Şəhadətnamədə “X18” qızı əvəzinə “X16” qızı, “Ağarzayeva (Ənırahova) Mübar Valeh” qızı əvəzinə “X19” qızı kimi yazılmışdır. İş materiallarında olan XİX-ЖГ 454613 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ağarzayeva Mübar Valeh qızı xx.xx.1996- cı ildə Quba şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, şəxsiyyat vəsiqəsi Ağarzayeva Mübar Valeh qızına məxsusdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, şəxsiyyat vəsiqəsi Ərizəçi1 Cabbar oğluna məxsusdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ИE-259721 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, şəhadətnamənin ad, soyad, ana adı qrafasında X10 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 152139 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X10 13.06.2020-ci ildə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 040870 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X12 ilə, Ağarzayeva Mübar Valeh qızı arasında 18.06.2015- ci ildə Quba rayon Qeydiyyat şöbəsində nikah bağlanmış 190 nömrə ilə qeydiyyata alınmışdır. Ağarzayeva Mübar Valeh qızı “Əmrahova” soyadını qəbul etmişdir. İş materiallarında olan Quba şəhər İƏD-si üzrə nümayəndəliyinin 20.09.2021-ci il tarixli 2672 saylı arayışına əsasən məlum olur ki, Ağarzayev Cabbar Rzaqulu oğlu 19.07.1980-ci və X10 13.06.2020-ci ildə vəfat etmiş, onların vərəsələri, Ərizəçi1 Cabbar oğlu, Ağarzayev Yaşar Cabbar oğlu qalmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi 26.08 20201-ci il tarixli, məktubu ilə adlarda yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-2118A KOD 30301004 nömrəli Şəhadətnamənin Ərizəçi1, X4 və X14 ilə yanaşı, Əmrahova (Ağarzayeva) Mübar Valeh qızına və X6 məxsus olmasına dair hüquqi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Torpağın mülkiyyətə verilməsinə dair JN-2118A KOD 30301004 nömrəli Şəhadətnamənin Ərizəçi1, X4, X14 ilə yanaşı, Əmrahova (Ağarzayeva) Mübar Valeh qızı və X6 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2122/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2122/2021
23.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver