Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2131/2022 23.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X4 İdarəsi tərəfindən tərtib edilmiş, 31 mart 2022-ci il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 mart 2022-ci il tarixli Tələbnamənin (qərarının) ləğv edilməsi, həmin Tələbnamə (qərar) əsasında mülkiyyətində olan fərdi yaşayış evinə dair abonent hesabına yazılmış 518 (beş yüz on səkkiz) manat 40 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. Azəriqaz İB-nin əməkdaşları 28 fevral 2022-ci il tarixdə mənzilə quraşdırılmış Elster tipli G-4T markalı, ******* nömrəli qaz sayğacını çıxardaraq əvəzinə Zenner tipli G-4T markalı **********1 nömrəli qaz sayğacı quraşdırılmışdır. Bundan sonra 31 mart 2022-ci il tarixdə Azəriqaz İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvana gələrək, ******* nömrəli sayğaca ümumi baxış keçirilməsi, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı yan tərəfədən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması qeydi aparılaraq dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı “0347164” nömrəli akt tərtib edilmişdir. Sayğacın onun tərəfindən zədələnmədiyini, sayğacın zədələnməsindən onun təqsiri olmamışdır. Həmin akt əsasında 31 mart 2022-ci il tarixli Dəymiş Ziyanın bərpasına dair Tələbnamə “Qərar” qəbul edilmiş və 4320 kub metr qazdan istifadəyə görə 518,40 manat məbləğində borc hesablanmışdır. O qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmır. Bundan əlavə sayğac dövlət yoxlamasında olarkən o çağırılmayıb. Sayğac onun iştirakı olmadan yoxlanılmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gələrək, Cavabdeh Xaçmaz X4 İdarəsi tərəfindən tərtib edilmiş, 31 mart 2022-ci il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 mart 2022-ci il tarixli Tələbnamənin (qərarının) ləğv edilməsi, həmin Tələbnamə (qərar) əsasında mülkiyyətində olan fərdi yaşayış evinə dair abonent hesabına yazılmış 518 (beş yüz on səkkiz) manat 40 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı yan tərəfədən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması qeyd olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli, təlabnamənin surətindən görünür ki, İddiaçı məxsus Quba şəhəri, Əzizbəyov küçəsi ünvanında yerləşən evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4320 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan abonent saldosundan məlum olur ki, İddiaçı məxsus Quba şəhəri, Əzizbəyov küçəsi ünvanında yerləşən evə itirilmiş qazın bərpası üçün 518 (beş yüz on səkkiz) manat 40 qəpik borc hesablanmışdır. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Quba rayonu, Talabıqışlaq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamə (qərar) ləğv edilsin və ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 qəpik məbləğində pul vəsaiti abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamə (qərar) ləğv edilsin və ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 qəpik məbləğində pul vəsaiti abonent hesabından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2131/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2131/2022
23.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver