Məhkəmə qərarları › İş №2(027)-214/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-214/2021

10.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-214/2021 10.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu-X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, X4 xx xxx 2001-cı ildə anadan olmuşdur. Oğlu “dərin dərəcəli əqli gerilik” xəstəsidir və xx xxxxxx 2005-ci ildən Quba MRX-nin Konsultativ Poliklinika Şöbəsinin Psixiatrik Kabinetində qeydiyyatdadır. O, müstəqil olaraq heç bir hərəkəti yerinə yetirmək iqtidarında deyildir. Kənar şəxsin qulluğuna ehtiyacı vardır. Onun hər bir hərəkətinə daimi nəzarət olunması tələb olunur. X9 o qulluq edir. Amma hal-hazıradək onun üzərində qəyyumluq təyin edilməmişdir. Halbuki oğlunun üzərində qəyyum təyin olunması zəruridir. Onun fəaliyyət qabiliyətinin olmaması məhkəmə qaydasında müəyyən edilmədiyindən qəyyumluğun təyin edilməsi mümkün olmamışdır. X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Göstərilənləri nəzərə alaraq, oğlu-X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Quba RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında doğum haqqında şəhadətnamənin təsdiqlənnmiş surətindən məlum olur ki, X10 xx.xx.2001-ci ildə Rusiya Federasiyası, Nijni-Novqorod şəhərində anadan olmuş, anası Ərizəçi, anası X2 qeyd olunmuşdur. İş materiallarında olan arayışın təsdiqlənmiş surətindən görünür ki, X3 şəhəri, H.Əliyev prospekti 184 ünvanında yaşayır. İş materiallarında olan Quba RMX-nın Konsultativ Poliklinika şöbəsinin arayışından görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X3 RMX-nın Konsultativ Poliklinika şöbəsində xx xxxxxx 2005-ci ildən qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-ci il tarixli 386 nömrəli rəyindən görünür ki, fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxş - xx.xx.2001-ci il təvəllüdlü X7 dərin əqli gerilik aşkar olunur. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bunu anamnestik məlumatlar - körpəlikdən nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafdan geri qalması, nevroloji klinikalarda müalicə olunması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, Quba RMX-nin konsultativ poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - kobud nevroloji əlamətlərin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sübut edir. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi göstərilmişdir. Beləliklə, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə X10 tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-ci il tarixli 386 saylı rəyini nəzərə alaraq, məhkəmə xx.xx.2001-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxx 2001-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar