Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2156/2021 07.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi, tələbnamənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əssasız tərtib olunmuş 28.01.2021-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29.01.2021-ci il tarixli tələbnamənin ləğv edilməsi və həmin tələbnamə üzrə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsi və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Quba rayonu, Vladimirovka kəndində yaşayır, 03 may 2021-ci il tarixdə Cavabdeh əməkdaşları yaşadığı fərdi yaşayış evinə gələrək, qaz sayğacına baxış keçirmiş və sayğacı çıxarıb aparmışlar. Bundan sonra 28 yanvar 2021-ci il tarixli, ******* nömrəli Akt tərtib edilmişdir. Həmin akta əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilməsi sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması qeyd edilmişdir. Bundan sonra həmin akta əsasən ona 29 yanvar 2021-ci il tarixli Dəymiş ziyanın Bərpasına dair tələbnaməyə əsasən 216 manat məbləğində borc hesablanmış, dəymiş ziyanın həcmi 2160 m3 qeyd edilmişdir. Onun fərdi yaşayış evinə qaz sayğacı küçədə quraşdırılmış, həmin sayğaca o müdaxilə edə bilməz və başqalarının müdaxilə etməsini də görməmişdir. Qaz sayğacının çıxarılıb aparıldığı zamanı üzərində heç bir zədə olmamışdır. Həmin qaz sayğacının qorunması Cavabdeh öhdəliyinə düşür. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, Cavabdeh əməkdaşları tərəfindən əssasız tərtib olunmuş 28.01.2021-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29.01.2021-ci il tarixli tələbnamənin ləğv edilməsi və həmin tələbnamə üzrə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borcun silinməsi və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmədə iştirak edən zaman iş üzrə Cavabdeh nümayəndəsi X1 iddianı qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan Azəriqaz İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.01.2021-ci il tarixli ******* saylı aktda abonentin mənzilinə baxış keçirirkən ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilməsi sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması nəticəsində 2160 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair təlabnamənin surətindən görünür ki, İddiaçı məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən mənzildə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 2160 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan27.09.2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında müqavilə”yə əsasən Quba rayonu, Vladimirovka kəndi İddiaçı hüquqi yardıma görə Vəkillər Kolegiyasının hesabına 50 (əlli) manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Quba rayonu, Vladimirovka kəndində qeydiyyatdadır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı,Cavabdeh əməkdaşları tərəfindən dəymiş ziyanın bərpasına dair 29.01.2021-ci il tarixli təlabnamə ləğv edilməli, Cavabdeh əməkdaşları tərəfindən Quba rayonu, Vladimirovka kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti abonent bazasından silinməli və hüquqi yardım göstərilməsinə görə ödənilmiş 50 manat məbləğdə pul vəsaiti Cavabdehndən tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə hüquqi yardım göstərilməsinə görə ödənilmiş məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən dəymiş ziyanın bərpasına dair 29.01.2021-ci il tarixli təlabnamə ləğv edilsin və Quba rayonu, Vladimirovka kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti abonent bazasından silinsin və hüquqi yardım göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti Cavabdehndən tutulub İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2156/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2156/2021
07.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver