Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2159/2022 25.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və əsassız hesablanmış pul vəsaitinin silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh Xaçmaz X7 İdarəsi tərəfindən tərtib edilmiş, 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29 oktyabr 2021-ci il tarixli Tələbnamənin ləğv edilməsi, həmin Tələbnamə əsasında mülkiyyətində olan fərdi yaşayış evinə dair mərhum X1nun abonent hesabına yazılmış 432 (dörd yüz otuz iki) manat məbləğində borcun silinməsi və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun cavabdeh Azəriqaz İB-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək, əmin olunmasını məhkəmədən xahiş etmişdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. 31 avqust 2021-ci il tarixdə Azəriqaz İB-nin əməkdaşları yaşadığı fərdi yaşayış evinə quraşdırılmış Elster tipli G-4 markalı ******* nömrəli qaz sayğacını çıxardaraq, əvəzinə Zenner tipli G-4 markalı **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Bundan sonra 15 oktyabr 2021-ci il tarixdə Azəriqaz İB nm Xaçmaz RQİİnin əməkdaşları tərəfindən yaşadığı ünvana gələrək ******* nömrəli sayğaca ümumi baxış keçirilməsi, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması qeydi aparılaraq dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı “0144193” nömrəli akt tərtib edilmişdir. Həmin akt onun mərhum əri, evin əvvəlki sahibi X2 adına yazılmışdır. X1 02 may 2006-cı il tarixdə vəfat etmişdir. Sayğac onun tərəfindən zədələnməmiş, sayğacın zədələnməsindən onun təqsiri olmamışdır. Həmin akt əsasında 29 oktyabr 2021-ci il tarixli Dəymiş Ziyanın bərpasına dair Tələbnamə “Qərar” qəbul edilmiş və 4320 kub metr qazdan istifadəyə görə 432 manat məbləğində borc hesablanmışdır. O qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmır. Yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı çöldədir. Sayğacın çöldə olduğu üçün, ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. Bundan əlavə sayğac dövlət yoxlamasında olarkən o çağırılmayıb. Sayğac onun iştirakı olmadan yoxlanılmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Xaçmaz X7 İdarəsi tərəfindən tərtib edilmiş, 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29 oktyabr 2021-ci il tarixli Tələbnamənin ləğv edilməsi, həmin Tələbnamə əsasında mülkiyyətində olan fərdi yaşayış evinə dair mərhum X1nun abonent hesabına yazılmış 432 (dörd yüz otuz iki) manat məbləğində borcun silinməsi və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun cavabdeh Azəriqaz İB-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı oduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azəriqaz İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent İddiaçı mərhum X1nun adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli saylı akta əsasən, abonentin mənzilinə baxış keçirirkən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olduğu göstərilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli təlabnamənin surətindən görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4320 m3 həcmində qaz itkisi, 432 (dörd yüz otuz iki) manat borc hesablanmışdır. İş materiallarında olan **********01000 abonen saldosunadan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə itirilmiş qazın bərpası üçün 2021-ci ilə 432 (dörd yüz otuz iki) manat borc hesablanmışdır. İş materiallarında olan İ-ЖГ 442222 seriya və nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 ilə X5 arasında xx.xx.1977-ci il tarixində Quba rayon VVAQ şöbəsində nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 54 nömrə ilə qeyd edilmişdir. X5 “Mikayılova” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İ 191489 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 xx.xx.2006-cı il tarixində vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixində 101nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli, 540 nömrəli müqaviləyə əsasən İddiaçı hüquqi yardımla bağlı 50 (əlli) manat vəsait ödəmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli təlabnamə etibarsız hesab edilsin, ünvan 1 ünvanında yerləşən yaşayış evinə hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti abonent hesabından silinməli və hüquqi yardım göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdehndən alınıb İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli təlabnamə etibarsız hesab edilsin, ünvan 1 ünvanında yerləşən yaşayış evinə hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində pul vəsaiti abonent hesabından silinsin və hüquqi yardım göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdehndən alınıb İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2159/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2159/2022
25.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver