Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2160/2022 28.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon XDS İK-nın 18 iyun 1991-ci il tarixli 100 saylı qərarına əsasən Quba şəhəri 32-33-cü kvartalından fərdi yaşayış evinin tikintisi üçün verilmiş 400 kvm torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət X8 30 mart 2020-ci il tarixli 402 saylı Arxiv çıxarışının X9 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, X12 ilə xx.xx.1984-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurub. Birgə nikah dövründə X6na Quba rayon XDS İK-nın 18 iyun 1991-ci il tarixli 100 saylı qərarı ilə fərdi yaşayış evi tikmək məqsədilə Quba şəhəri 32-33-cü kvartalında 400 kvm torpaq sahəsi ayrılmış və yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin torpaq sahəsində yaşayış evi tikərək yaşayıblar. X6 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. O hazırda da, ailə üzvləriylə birlikdə həmin evdə yaşayır. Quba rayon XDS İK-nın 18 iyun 1991-ci il tarixli 100 saylı qərarına dair Azərbaycan Respublikası Dövlət X13 tərəfindən verilmiş 30 mart 2020-ci il tarixli 402 saylı Arxiv çıxarışında X6nun adı düzgün yazılsa da, soyadı Ayıbov əvəzinə Eyyubov, atasının adı Ayıb əvəzinə Eyyub kimi səhv yazılmışdır. Hazırda 400 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsində inşa etdiyi yaşayış evinə dair Çıxarış almaq istəyir. Lakin Quba rayon XDS İK-nın 18 iyun 1991-ci il tarixli 100 saylı qərarına dair Azərbaycan Respublikası Dövlət X13 tərəfindən verilmiş 30 mart 2020-ci il tarixli 402 saylı Arxiv çıxarışında ərinin soyadı və ata adı səhv yazıldığından, qeyd olunan torpaq sahəsinə və yaşayış evinə dair onun Çıxarış almaq hüququ məhdudlaşmışdır. Qeyd edir ki, Quba rayon məhkəməsinin 23.0.2021-ci il tarixli, 2(027)-651/2021 saylı qətnaməsinə əsasən X9 Quba rayon AİK-nin xx.xx.1991-ci il tarixli, 100 saylı qərarı ilə verilmiş Quba şəhərində olan 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən yaşayış evinin, X7 ölümündən sonra, Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən olunmuşdur. X17 Xidmət Mərkəzində Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 1699 saylı arayışından da görünür ki, məno- Ərizəçi xx.xx.2008-ci tarixdə vəfat etmiş X7 vərəsələri sırasına daxildir. Torpaq sahəsinə və yaşayış evinə Çıxarışın verilməsi üçün hüquq müəyyənedici sənədlərlə DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edib. Lakin qeyd olunan təşkilat, Azərbaycan Respublikası Dövlət X13 tərəfindən verilmiş 30 mart 2020-ci il tarixli 402 saylı Arxiv çıxarışında Quba rayon XDS İK-nın 18 iyun 2 1991-ci il tarixli 100 saylı qərarında hüquq sahibinin soyad və ata adının yazılışında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsinin onların səlahiyyətinə aid olmadığı, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Arxiv Çıxarışında olan ad və soyad uyğunsuzluğunu başqa yolla düzəliş etdirmək qeyri mümkündür. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gələrək, Quba rayon XDS İK-nın 18 iyun 1991-ci il tarixli 100 saylı qərarına əsasən Quba şəhəri 32-33-cü kvartalından fərdi yaşayış evinin tikintisi üçün verilmiş 400 kvm torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət X8 30 mart 2020-ci il tarixli 402 saylı Arxiv çıxarışının X9 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iş üzrə şahid X2 bildirdi ki, ərizəçinin qonşusudu, uzun illərdi onları tanıyır. Zibanisənin yoldaşını üzün illər X3 tanıyıb, O 2008-ci ildə vəfat edib. Arxiv çıxarışında adı, soyadı səhv yazıldığından yoldaşı Zibanisə yanlışlığı aradan qaldıra bilmir, ona görə məhkəməyə müraciət edib və ərizəni təmin olunmasını xahiş etdi. Məhkəmə ərizəçiləri dinləyib və şahid X1 izahatını nəzərə alaraq, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan, Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2020-ci il tarixli, 402 nömrəli arxiv çıxarışından görünür ki, Quba rayon XDS İK-nın 18 iyun 1991-ci il tarixli 100 saylı qərarına əsasən X4 Quba şəhəri 32-33-cü kvartalından fərdi yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli, 402 nömrəli arxiv çıxarışında qeyd olunmuş hüquq sahiblərinin soyad və ata adında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan İİ-ЖГ 383376 seriya və nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, X5 xx.xx.1997-ci ildə X12 ilə nikah bağlamış və X5 “Ayıbova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 320963 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, X12 xx.xx.2008-ci il tarixdə vəfat etmiş, xx.xx.2008-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 231 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Quba şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 1507 nömrəli arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır, hazırda 32-33-cü məhəllədə yaşayır. Məhkəmədə müəyyən edildi ki, Quba rayon XDS İK-nın 18 iyun 1991-ci il tarixli 100 saylı qərarına əsasən X4 Quba şəhəri 32-33-cü kvartalından fərdi yaşayış evinin tikintisi üçün 400 kvm torpaq sahəsi verilmiş, lakin arxiv çıxarışında X7 adı düzgün yazılsa da, soyadı Ayıbov əvəzinə Eyyubov, atasının adı Ayıb əvəzinə Eyyub kimi səhv yazılmışdır. Ərizəçi X6nun ad və ata adında yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Quba rayon XDS İK-nın 18 iyun 1991-ci il tarixli 100 saylı qərarına əsasən Quba şəhəri 32-33-cü kvartalından fərdi yaşayış evinin tikintisi üçün verilmiş 400 kvm torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət X8 30 mart 2020-ci il tarixli 402 saylı Arxiv çıxarışının X9 məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Quba rayon XDS İK-nin 18 iyun 1991-ci tarixli, 100 saylı qərarına əsasən Quba şəhəri, 32-33-cü kvartaldan fərdi yaşayış evinin tikintisi üçün verilmiş 400 kv. metr torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət X8 30 mart 2020-ci il tarixli 402 saylı arxiv çıxarışının X9 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Quba rayon XDS İK-nin 18 iyun 1991-ci tarixli, 100 saylı qərarına əsasən Quba şəhəri, 32- 33-cü kvartaldan fərdi yaşayış evinin tikintisi üçün verilmiş 400 kv.metr torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət X8 30 mart 2020-ci il tarixli 402 saylı arxiv çıxarışının X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2160/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2160/2022
28.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver