Məhkəmə qərarları › İş №2(027)-2200/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2200/2022

29.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2200/2022 29.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi X15 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN-0078 kod 30321028 saylı Dövlət Aktının və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-100F kod 30321028 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və X12 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçilər Ərizəçi1, Ərizəçi2 nümayəndələri X25 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizədə göstərmişdilər ki, onlar, Ərizəçi1, Ərizəçi2 və X12 Quba Rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0078 kod 30321028 saylı Dövlət Aktına əsasən Quba rayonu, Çədəri kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,81 ha torpaq sahəsi verilmişdir. Həmçinin onlar, Ərizəçi1, Ərizəçi2 və X12 Quba Rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-100F kod 30321028 saylı Şəhadətnaməyə əsasən Quba ryonu, Çədəri kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,26 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağa Mülkiyyət Hüququna Dair JN-0078 kod 30321028 saylı Dövlət Aktında və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-100F kod 30321028 saylı Şəhadətnamədə onların soyad, ad və ata adları səhv yazılmışdır. Belə ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-100F Kod 30321028 saylı X2 əvəzinə, səhvən X19, Ərizəçi2 əvəzinə, səhvən X16, Ərizəçi1 əvəzinə, səhvən X8 yazılmışdır. Həmçinin Torpağa Mülkiyyət Hüququna Dair JN- 0078 kod 30321028 saylı Dövlət X4 əvəzinə səhvən X20, Ərizəçi1 əvəzinə, səhvən X26 və Ərizəçi2 əvəzinə, səhvən X5 yazılmışdır. Torpaq mülkiyyətçilərindən ailə üzvləri olan X18 30 sentyabr 2004-cü il tarixdə vəfat etmişdir. Hazırda onlar Dövlət Aktı və Şəhadətnamədə yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət ediblər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 27 iyul 2022-ci il tarixli, **********35 saylı məktub ilə, yaranmış uyğunsuzluqların aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsinin səlahiyyətlərinə aid olmadığı və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Dövlət Aktında və Şəhadətnamədə olan yanlışlığı aradan mümkün deyil və bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gələrək, Torpağa Mülkiyyət Hüququna Dair JN-0078 kod 30321028 saylı Dövlət Aktının və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-100F kod 30321028 saylı Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və X12 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X13 bildirdi ki, ərizəçlər Ərizəçi1 onun anası, Ərizəçi2 isə bacısıdı. Atası Sədir 30 sentyabr 2004-cü il tarixdə vəfat edib. Torpaq islahatı aparılan vaxtı ərizəçilərə verilən əmlak pay torpağ və həyətyanı torpaq sahələrinin mülkiyyət sənədlərində soyad, ad və ata adları səhv yazılmışdır. Bu səbəbdən yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə məhkəməyə müraciət ediblər. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi X22 dinləyib və şahid X7 izahatını nəzərə alaraq, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan, Torpağa Mülkiyyət Hüququna Dair JN-0078 kod 30321028 saylı Dövlət Aktının surətindən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Quba rayonu, Cədəri kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.81 ha torpaq sahəsi Quba rayonu, Cədəri kənd sakinləri X20, X26 və X10 mülkiyyətinə verilmişdir. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-100F kod 30321028 saylı Şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Quba rayonu, Cədəri kəndi ərazisindən fərdi yaşayış evi tikilməsi məqsədilə 0.26 ha torpaq sahəsi Quba rayonu, Cədəri kənd sakinləri X17, X23 və X9 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin X1 nümayəndəsi Ərizəçi1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Aktında və Şəhadətnamədəqeyd olunmuş hüquq sahiblərinin ad və soyad, ata adlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan Vİİ-ЖГ 315346 seriya və nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1980-ci ildə doğulub adı-Aynurə, soyadı- Abasova, ata adı –Sədir qeyd olunub. İşdə olan İ-ИЕ 545872 seriya və nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən məlum olur ki, X24 xx.xx.1967-ci ildə X18 ilə nikaha daxıil olmuş və “Abasova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İ 114308 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, X18 xx.xx.2004-cü ildə vəfat edib. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 33 nömrə ilə qeydiyyata alınıb. İşdə olan AZE 0******* seriya və nömrəli şəxsiyyat vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1948-ci ildə doğulub, adı-Minə, soyadı- Abasova, ata adı –Məcid qeyd olunub, Quba rayonu, Rustov kəndində qeydiyyatdadır. İşdə olan AZE ******** seriya və nömrəli şəxsiyyat vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1980-ci ildə doğulub, adı-Aynurə, soyadı- Abasova, ata adı –Sədir qeyd olunub, Quba rayonu, İqriq kəndində qeydiyyatdadır. Məhkəmədə müəyyən edildi ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0078 kod 30321028 saylı Dövlət Aktına əsasən, Quba rayon Aqrar İslahatı Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Quba rayonu, Cədəri kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.81 ha torpaq sahəsi və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-100F kod 30321028 saylı Şəhadətnaməyə əsasən, Quba rayon Aqrar İslahatı Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Quba rayonu, Cədəri kəndi ərazisindən fərdi yaşayış evi tikilməsi məqsədilə 0.26 ha torpaq sahəsi Quba rayonu, Cədəri kənd sakinləri X18, Ərizəçi1 və Ərizəçi2 mülkiyyətinə verilib, lakin Dövlət Aktında onların ad, soyad və ata adları səhv yazılıb. Ərizəçilər yaranmış uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0078 kod 30321028 saylı Dövlət Aktının və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-100F kod 30321028 saylı Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə olan sübutlara və şahid ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0078 KOD 30321028 saylı Dövlət Aktının, Torpağın mülkiyyətə verilmısinə dair JN-100F KOD 30321028 saylı X6 Ərizəçi1, Ərizəçi2 və X12 məxsus olması faktı müəyyən məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Torpağa Mülkiyyət Hüququna Dair JN-0078 KOD 30321028 saylı Dövlət Aktının, Torpağın mülkiyyətə verilmısinə dair JN-100F KOD 30321028 saylı X6 Ərizəçi1, Ərizəçi2 və X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar