Məhkəmə qərarları › İş №2(027)-221/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-221/2023

10.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-221/2023 10.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı “tələbnamələrin ləğv edilməsi və hesablanmış borcun abonent hesabından silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı, 30 iyun 2022-ci il tarixli, ******* saylı aktların və həmin aktlara əsasən dəymiş ziyanın bərpasına dair xx.xx.2022 və xx.xx.2022-ci il tarixli tələbnamələrin ləğv edilməsi və hesablanmış 1556,40 (min beş yüz əlli altı manat, 40 qəpik) manat məbləğində borcun və onun **********00150 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o yaşadığı Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən həyat yoldaşı, rəhmətlik X1 məxsus yaşayış evinə gələn qaz xəttinin sayğacı Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində dəyişdirilmişdir. Müvafiq olaraq qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar tərtib olunmuşdur. Bildirmək istəyir ki, bu ilin yanvar ayında Cavabdeh əməkdaşları onun ünvanına gələrək, qaz sayğacının işləmədiyini bildirərək sayğaca baxmaq istədiklərini bildirdilər. Sayğaca baxdıqdan sonra köhnə sayğacı çıxardıb yerinə yenisini qoydular və bu barədə müvafiq akt tərtib etdilər. Cavabdeh əməkdaşları tərəfindən guya onun qaz sayğacına müdaxiləsi ilə bağlı akt tərtib olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, qaz sayğacına müdaxilə ilə bağlı ziyan aktları mövcuddur. xx.xx.2022-ci il tarixli, ******* saylı ziyan aktında sayğacın qulaqcığının qırıq olduğu qeyd olunmuşdur. Növbəti dəfə isə xx.xx.2022-ci il tarixli, ******* saylı aktda isə qazın həcminin qeyd olunmadığı göstərilmişdir. Sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac həyətdə deyil, bayırdadır. Cərimə barədə təxminən 1 həftə bundan əvvəl məlumatı olub. Məhz bundan sonra cərimə ilə bağlı maraqlanmışdır, müvafiq sənədlərin surətini əldə etmişdir. Tərtib olunmuş ziyan aktında guya qaz sayğacına tərəfindən müdaxilə olunmuşdur. Ancaq o və ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə olunmayıb. Sayğaca dəymiş ziyan olaraq 1556,40 (min beş yüz əlli altı manat, 40 qəpik) manat məbləğində əsassız olaraq cərimə olunmuşdur. O həmin cərimə borcu ilə razılaşmır. Hesab edir ki, həmin aktlar və tələbnamələr əsassız olaraq tərtib olunmuşdur. Bundan əlavə qeyd etmək istəyir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bildirmək istəyir ki, belə qanunsuz hərəkətlərə heç vaxt yol verməz. Məlumat üçün bildirmək istəyir ki, həyat yoldaşı xx.xx.2010-cu il tarixində dünyasını dəyişmişdir. Dünyasını dəyişən insan Cavabdeh tərəfindən cərimə olunmuşdur. Məhkəmə təcrübəsinə nəzər salınsa, baxılan işlərin çoxunda sayğaclarda eyni nöqsanların olduğu görünür. Bu da onu göstərir ki, həmin nöqsanlar qəsdən, bilərəkdən yaradılır. Ona görə də, hesab edir ki, ******* saylı və ******* saylı aktlar və həmin aktlar əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli və həmin tələbnamələrə əsasən hesablanmış 1556,40 (min beş yüz əlli altı manat, 40 qəpik) manat borc onun **********00150 saylı abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edərək, bildirdi ki, iddiaçı sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz” İB-nin X8 İstismarı İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli, AZ-İ seriyalı, 439150 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.1976-cı il tarixli, İV-ЖГ seriyalı, 330959 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı nümayəndəsi X5 xx.xx.1976-cı il tarixində anadan olmuşdur və İddiaçı onun anası, X4 isə onun atasıdır. İş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, Nadir Süleymanova məxsus fərdi yaşayış evində 1602AZ**********55 nömrəli sayğac çıxarılmış və əvəzində **********1 nömrəli sayğac quraşdırılmışdır; İş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, Nadir Süleymanova məxsus fərdi yaşayış evində **********4 nömrəli sayğac çıxarılmış və əvəzində **********3 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, Nadir Süleymanova məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin İT və Rİ-nin «Azəriqaz” İB-nin X8 İstismarı İdarəsi qaz sayğacının yoxlanılması: 29/1710-05420-1 saylı rəyinə əsasən 1602AZ**********55 nömrəli sayğaca ümumi baxış keçirilmiş, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq sınıqdır. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində xx.xx.2018-ci ildə ALARM 1-rejimi aşkar olunub. Təbii qaz itkisi yaranmışdır və dəymiş ziyan hesablanmışdır. Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, Nadir Süleymanova məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin İT və Rİ-nin «Azəriqaz” İB-nin X8 İstismarı İdarəsi qaz sayğacının yoxlanılması: 29/1710-01394-1 saylı rəyinə əsasən **********4 nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacdan qaz keçir hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan plastmas plomblar kənar təsir nəticəsində əzilib. Sayğac istismara yararsızdır. Təbii qaz itkisi yaranmışdır və dəymiş ziyan hesablanmışdır. -X2 31 yanvar 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4320 m3 sərfiyyat hesablanmışdır; -X2 30 iyun 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 8640 m3 sərfiyyat hesablanmışdır; **********00150 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, həmin 1556,40 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişdirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* və ******* nömrəli aktlarda sayğacın dəyişdirilməsinin səbəbi kimi “növbədənkənar dövlət yoxlamasına göndərilmə” göstərilmiş, əvəzetmə qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 1556,40 (min beş yüz əlli altı manat, qırx qəpik) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 1556,40 (min beş yüz əlli altı manat, qırx qəpik) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar əsasında tərtib olunmuş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli tələbnamələr ləğv edilməli və həmin tələbnamələrə əsasən hesablanmış 1556,40 (min beş yüz əlli altı manat, qırx qəpik) manat məbləğində borc İddiaçı **********00150 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* və xx.xx.2022ci il tarixli, ******* saylı aktlar əsasında tərtib olunmuş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli tələbnamələr ləğv edilsin və həmin tələbnamələrə əsasən hesablanmış 1556,40 (min beş yüz əlli altı manat, qırx qəpik) manat məbləğində borc İddiaçı **********00150 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-nin X8 İstismarı İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar