Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2215/2021 13.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X31 oğlunun katibliyi, İddiaçı1, həmçinin digər iddiaçılar İddiaçı2, İddiaçı3 etibarnamə əsasında nümayəndəsi və vəkili X29 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Quba regional “Asan Xidmət” mərkəzi Notariat Ofisinə qarşı «miras əmlakdan payının müəyyən edilməsi» tələbinə dair ərizə üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Quba regional “Asan Xidmət” mərkəzi Notariat Ofisinə qarşı «miras əmlakdan payımın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyanlar X3 və X8 miras qalmış ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı ev, həmin evin yerləşdiyi 431,00 kv metr torpaq sahəsi olan miras əmlakın ½ hissəsinə onların vərəsəlik hüquqununun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsini onunla əsaslandırmışlar ki, 28 oktyabr 1982-ci il tarixli, №4/4 saylı “Torpaq qeydinə” əsasən Quba rayon yerli Təsərrüfat İdarəsinin 28 oktyabr 1930-cu il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı ev, həmin evin yerləşdiyi 431,00 kv metr torpaq sahəsi X10, X4 birgə istifadəsinə verilmişdir. Onlar həmin evdə birlikdə yaşamışlar. X6 ailə qurmamış, qardaşı Əlibala Hüseynovla ilə birlikdə yaşamışdır. X6 20 oktyabr 1951-ci ildə ölmüşdür. Ondan miras qalmış əmlakı qardaşı Əlibala Hüseynov qəbul etmişdir. X38 Hüseynova ilə ailə qurmuş, onların nikahından Bağırova (Hüseynova) Sayıb Əlibala qızı, Hacıyeva (Hüseynova) Xədicə Əlibala qızı, X22 və X11 adlı vərəsələri qalmışdır. X15 16 mart 1991-ci il tarixdə, İddiaçı2 Mehti qızı 01 aprel 1991-ci tarixində ölmüşdür. Onların ölmündən sonra ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,3 kv. metr yaşayış, 22,6 kv. metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, həmin evin yerləşdiyi torpaq sahəsində X25 və X11 ailələri ilə birlikdə yaşamaqla həmin mirası hər biri bərabər payda faktiki qəbul etmişlər. X26 02 aprel 2016-cı il tarixində, X11 03 avqust 2017-ci il tarixində ölmüşdür. Onların ölümündən sonra həmin miras əmlak olan evdə yaşamaqla mirası qəbul etmişlər. Digər vərəsə X19 arvadı Cavabdeh1 Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 26 mart 1991-ci il tarixində vəfat etmiş X8, 20 oktyabr 1951-ci il tarixində vəfat etmiş X2 və 01 aprel 1991-ci tarixində vəfat etmiş İddiaçı2 Mehti qızından miras qalmış ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,3 kv. metr yaşayış, 22,6 kv. metr köməkçi sahədən ibarət fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi 431,00 kv metr torpaq sahəsinin, X25 və X11 tərəfindən faktiki qəbul edildiyindən, 02 aprel 2006-cı il tarixində vəfat etmiş, X16 miras qalmış ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,3 kv. metr yaşayış, 22,6 kv. metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ½ hissəsinin onun tərəfindən faktiki qəbul edildiyindən miras qalmış evdən və həyatyanı torpaq sahəsindən ibarət miras əmlaka onun və digər vərəsələrin payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-226/2020 nömrəli, 30 yanvar 2020-ci tarixli qətnaməsinə əsasən 28 oktyabr 1982-ci il tarixli, №4/4 saylı “Torpaq qeydinə” əsasən Quba rayon yerli Təsərrüfat İdarəsinin 28 oktyabr 1930-cu il tarixli qərarı ilə X17, X4 birgə istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı ev, həmin evin yerləşdiyi 431,00 kv metr torpaq sahəsi olan miras əmlak X25, X11 tərəfindən faktiki qəbul edildiyindən X25 öldükdən sonra həmin miras əmlakın ½ hissəsi X19 arvadı Cavabdeh1 tərəfindən faktiki qəbul edildiyindən, ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı ev, həmin evin yerləşdiyi 431,00 kv metr torpaq sahəsi olan miras əmlaka Cavabdeh1 ½ hissədə vərəsəlik hüququ müəyyən edilmişdir. Quba Rayon Məhkəməsinin həmin qətnaməsində “iddiaçının etirafı və iş materialları ilə tam sübuta yetirilmişdir ki, miras qoyan X7 ölümündən sonra İddiaçı3 və onun övladları İddiaçı1 və İddiaçı2 miras qalmış Quba şəhəri, Ərdəbil küçəsi ev 66 saylı evdə yaşamaqla, həmin əmlaka sahiblik edib təsərrüfatı idarə edərək mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Lakin hazırda onlar mirasdan paylarının müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməmişlər” qeyd edilmişdir. Beləliklə məhkəmənin həmin qətnaməsində miras qoyanlardan qalmış miras əmlakın ½ hissəsini X11 tərəfindən qəbul edildiyi, ondan da miras qalmış əmlakın hazırkı iddiaçılar tərəfindən qəbul edildiyi müəyyən edilmişdir. Bundan sonra miras qoyanlar X12, X2 qalmış miras əmlakın yerdə qalan ½ hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Quba Regional “Asan xidmət”in Notariat ofisinə müraciət etmişlər. Lakin onlara məhkəmə qətnaməsində iddiaçının yəni Cavabdeh1 payının müəyyən edildiyini onların payınının müəyyən edilmədiyini, onların payınızın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüquqununun olmasını, buna görə də vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmamasını bildirmişdir. Ona görə də, miras qoyanlar X8, X2 qalmış miras əmlakın yerdə qalan ½ hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 miras qalmış əmlakın ½ hissəsinə əmisinin arvadı Həqiqətə Hüseynovaya vərəsəlik hüququnun tanındığı, yerdə qalan ½ hissəsinin isə onun və ailə üzvlərinin vərəsəlik hüquqularının və miras əmlakda paylarının müəyyən edilməli olduğunu, miras əmlak üzrə heç bir mübahisələrinin olmamasını qeyd edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1, həmçinin digər iddiaçılar İddiaçı2, İddiaçı3 etibarnamə əsasında nümayəndəsi X35 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək və məhkəməyə ərizə təqdim edərək miras qoyanlar X3 və X8 miras qalmış ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı ev, həmin evin yerləşdiyi 431,00 kv metr torpaq sahəsi olan miras əmlakın ½ hissəsinə onun vərəsəlik üzrə payının müəyyən edildiyini, yerdə qalan ½ hissəsinə isə hazırkı iddiaçıların vərəsəlik üzrə paylarının müəyyən edilməsinə etirazı olmadığını, ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçılar İddiaçı2, İddiaçı3 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onların etibarnamə əsasında nümayəndəsinin, cavabdehin izahatını dinləyib, cavabdehin ərizəsini və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 24 may 2014-cü il tarixdə ASAN-Sumqayıt tərəfindən verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı1 xx.xx.1979-cu ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 08 iyul 2015-ci il tarixdə Quba RPŞ Q və ŞV Bölməsi tərəfindən verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı2 xx.xx.1980-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 12 aprel 2010-cu il tarixdə Quba RPŞ tərəfindən verilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı3 xx.xx.1960-cı ildə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Quba VVAQ şöbəsi tərəfindən 11 aprel 1979-cu il tarixdə verilmiş Vİ-JQ 373589 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx xxxx 1979-cu ildə Quba şəhərində anadan olmuş, atası X13, anası İddiaçı3dır. İş materiallarına əlavə olunmuş Qusar rayonu VVAQ şöbəsi tərəfindən 28 iyun 1978ci ildə verilmiş 481246 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Umcahan Həmid qızı ilə nikahlarını 28 iyun 1978-ci ildə bağlamış, nikah akt qeydləri kitabında 47 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 885442 nömrəli 03 avqust 2017-ci il tarixlui ölüm haqqında şəhadətnamədən görünür ki, X11 28 iyul 2017-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat şöbəsi tərəfindən 29 yanvar 2020-ci il tarixdə verilmiş AZ-T 128126 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx xxxx 1980-cı ildə Quba şəhərində anadan olmuş, atası X13, anası İddiaçı3dır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-226/2020 nömrəli, 30.01.2020-ci il tarixli qətnaməsinə əsasən 28 oktyabr 1982-ci il tarixli, №4/4 saylı “Torpaq qeydinə” əsasən Quba rayon yerli Təsərrüfat İdarəsinin 28 oktyabr 1930-cu il tarixli qərarı ilə X17, X4 birgə istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı ev, həmin evin yerləşdiyi 431,00 kv metr torpaq sahəsi olan miras əmlak X25, X11 tərəfindən faktiki qəbul edildiyindən X25 öldükdən sonra həmin miras əmlakın ½ hissəsi X19 arvadı Cavabdeh1 tərəfindən faktiki qəbul edildiyindən, ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı ev, həmin evin yerləşdiyi 431,00 kv metr torpaq sahəsi olan miras əmlaka Cavabdeh1 ½ hissədə vərəsəlik hüququ müəyyən edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, miras əmlak 28 oktyabr 1982-ci il tarixli, №4/4 saylı “Torpaq qeydinə” əsasən Quba rayon yerli Təsərrüfat İdarəsinin 28 oktyabr 1930-cu il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı ev, həmin evin yerləşdiyi 431,00 kv metr torpaq sahəsidir. Həmin miras əmlak X20 və X5 məxsus olmuş, miras qoyan X6 ailə qurmamış, qardaşı Əlibala Hüseynovla ilə birlikdə yaşamış və u 20 oktyabr 1951-ci ildə ölmüş, miras əmlakın ona düşən payını qardaşı Əlibala Hüseynov qəbul etmiş, X38 Hüseynova ilə ailə qurmuş, onların nikahından Bağırova (Hüseynova) Sayıb Əlibala qızı, Hacıyeva (Hüseynova) Xədicə Əlibala qızı, X22 və X11 adlı uşaqları doğulmuş, X15 16 mart 1991-ci il tarixdə, İddiaçı2 Mehti qızı 01 aprel 1991-ci tarixində ölmüş, onların ölmündən sonra ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı, 57,3 kv. metr yaşayış, 22,6 kv. metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, həmin evin yerləşdiyi torpaq sahəsində X25 cavabdehlə və X11 isə hazırkı iddiaçılarlar birlikdə yaşamaqla həmin mirası hər biri bərabər payda faktiki qəbul etmiş, X11 03 avqust 2017-ci il tarixində ölmüş, onun ölümündən sonra hazırkı iddiaçılar miras əmlakda yaşamaq və faktiki idarə etməklə qəbul etmişlər. Quba Rayon Məhkəməsinin 2(027)-226/2020 nömrəli, 30 yanvar 2020-ci tarixli qətnaməsinə əsasən 28 oktyabr 1982-ci il tarixli, №4/4 saylı “Torpaq qeydinə” əsasən Quba rayon yerli Təsərrüfat İdarəsinin 28 oktyabr 1930-cu il tarixli qərarı ilə X17, X4 birgə istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı ev, həmin evin yerləşdiyi 431,00 kv metr torpaq sahəsi olan miras əmlak X25, X11 tərəfindən faktiki qəbul edildiyindən X25 öldükdən sonra həmin miras əmlakın ½ hissəsi X19 arvadı Cavabdeh1 tərəfindən faktiki qəbul edildiyindən, ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı ev, həmin evin yerləşdiyi 431,00 kv metr torpaq sahəsi olan miras əmlaka Cavabdeh1 ½ hissədə vərəsəlik hüququ müəyyən edilmişdir. Həmin məhkəmə qətnaməsində miras əmlakın ½ hissəsinin hazırkı iddiaçılar tərəfindən qəbul edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.4-cü maddəsinə əsasən dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməli, miras qoyanlar X3 və X8 miras qalmış ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı ev və həmin evin yerləşdiyi 431,00 kv metr torpaq sahəsindən ibarət miras əmlakın ½ hissəsinə iddiaçıların vərəsəlik üzrə payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi təmin edilsin. Miras qoyanlar X3 və X8 miras qalmış ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı ev və həmin evin yerləşdiyi 431,00 kv metr torpaq sahəsindən ibarət miras əmlakın ½ hissəsinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 vərəsəlik üzrə payları müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2215/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2215/2021
13.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver