Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2216/2021 02.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X26 oğlunun katibliyi, Ərizəçilər Həsənova (Ağayeva) Nərmin Sadəddin qızı, Həsənova (Əliyeva) Aydan Sadəddin qızı, Həsənova (Cəfərova) Şəbnəm Sadəddin qızı və Ərizəçi4 iştirakı ilə, Ərizəçilər Həsənova (Ağayeva) Nərmin Sadəddin qızı, Həsənova (Əliyeva) Aydan Sadəddin qızı, Həsənova (Cəfərova) Şəbnəm Sadəddin qızı və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Həsənova (Ağayeva) Nərmin Sadəddin qızı, Həsənova (Əliyeva) Aydan Sadəddin qızı, Həsənova (Cəfərova) Şəbnəm Sadəddin qızı və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna Dair JN-1790 KOD 30319018 saylı Dövlət X5 ilə yanaşı Ərizəçi4, X8, X12, X9 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərzəçilər Həsənova (Ağayeva) Nərmin Sadəddin qızı, Həsənova (Əliyeva) Aydan Sadəddin qızı, Həsənova (Cəfərova) Şəbnəm Sadəddin qızı və Ərizəçi4 ərizələrini onunla əsaslandırmışlar ki, Onlar bir ailə olmaqla X13, Ərizəçi4, X8, X12, X9 Quba Rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cü il tarixli 07 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-1790 KOD 30319018 nömrəli Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,16 ha torpaq sahəsi verilmişdir. Lakin, Torpağa Mülkiyyət Hüququna Dair JN-1790 KOD 30319018 nömrəli Dövlət Aktında torpaq mülkiyyətçilərinin soyadı səhv yazılmışdır. Belə ki, Torpağa Mülkiyyət Hüququna JN-1790 KOD 30319018 nömrəli Dövlət Aktında Ərizəçi4 əvəzinə səhvən X3, X14 əvəzinə səhvən X6, X15 əvəzinə səhvən X7, X16 əvəzinə səhvən X2 yazılmışdır. X32 soyadlarda yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsələr də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********66 nömrəli 16 sentyabr 2021-ci il tarixli imtina məktubu almışlar. Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədə ərizəçilər Həsənova (Ağayeva) Nərmin Sadəddin qızı, Həsənova (Əliyeva) Aydan Sadəddin qızı, Həsənova (Cəfərova) Şəbnəm Sadəddin qızı və Ərizəçi4 ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənova (Ağayeva) Nərmin Sadəddin qızı xx.xx.1991-cı ildə anadan olmuşdur. Həmin doğum haqqında şəhadətnaməsində onun soyadı “Həsənova” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Həsənova (Əliyeva) Aydan Sadəddin qızı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində soyadı “Həsənova” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Həsənova (Cəfərova) Şəbnəm Sadəddin qızı xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində soyadı “Həsənova” olaraq qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X15 arasında nikah 17.10.2008-ci il tarixdə bağlanmışdır. Həmin şəhadətnamədə onun soyadı “Həsənova” olaraq qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X16 arasında nikah 19.10.2012-ci il tarixdə bağlanmışdır. Həmin şəhadətnamədə onun soyadı “Həsənova” olaraq qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X29 ilə X14 arasında nikah 09.10.2018-ci il tarixdə bağlanmışdır. Həmin şəhadətnamədə onun soyadı “Həsənova” olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi4 xx.xx.1969-cu ildə anadan olmuşdur. Həmin şəxsiyyət vəsiqəsində onun soyadı “Həsənova” olaraq qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 və X3 arasında 01.12.1990-cı il tarixdə nikah bağlanmış və nikahdan sonra Rumiyyə Şixkərimovaya “Həsənova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X13, Həsənova (Ağayeva) Nərmin Sadəddin qızı, Həsənova (Əliyeva) Aydan Sadəddin qızı, Həsənova (Cəfərova) Şəbnəm Sadəddin qızı və Ərizəçi4 Quba rayon AİK-nın 23.03.1999-cu il tarixli 07 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-1790 kod 30319018 saylı Dövlət Aktı tərtib edilərək 1.16 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X13, Həsənova (Ağayeva) Nərmin Sadəddin qızı, Həsənova (Əliyeva) Aydan Sadəddin qızı, Həsənova (Cəfərova) Şəbnəm Sadəddin qızı və Ərizəçi4 Quba rayon AİK-nın AİK-nın 23.03.1999-cu il tarixli 07 saylı qərarına əsasən 1.16 ha torpaq sahəsi verilmiş və Torpağa Mülkiyyət Hüququna dair JN-1790 kod 30319018 saylı Dövlət Aktı tərtib edilmişdir. Həmin Şəhadətnamədə “Ərizəçi4” əvəzinə səhvən “X3”, “X14” əvəzinə səhvən “X6”, “X15” əvəzinə səhvən “X7”, “X16” əvəzinə səhvən “X10” kimi qeyd olunmuşdur. Həsənova (Ağayeva) Nərmin Sadəddin qızı, Həsənova (Əliyeva) Aydan Sadəddin qızı, Həsənova (Cəfərova) Şəbnəm Sadəddin qızı və Ərizəçi4 məhkəmədən Torpağa Mülkiyyət Hüququna dair JN-1790 kod 30319018 saylı Dövlət Aktının onlara məxusus olması faktının müəyyən edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağa Mülkiyyət Hüququna dair JN-1790 kod 30319018 saylı Dövlət X4 ilə yanaşı, Ərizəçi4 əvəzinə səhvən X3, X14 əvəzinə səhvən X6, X15 əvəzinə səhvən X7, X16 əvəzinə səhvən X10X13, Həsənova (Ağayeva) Nərmin Sadəddin qızı, Həsənova (Əliyeva) Aydan Sadəddin qızı, Həsənova (Cəfərova) Şəbnəm Sadəddin qızı və Ərizəçi4 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər X13, Həsənova (Ağayeva) Nərmin Sadəddin qızı, Həsənova (Əliyeva) Aydan Sadəddin qızı, Həsənova (Cəfərova) Şəbnəm Sadəddin qızı və Ərizəçi4 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizələri təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-1790 kod 30319018 saylı Dövlət X1, Həsənova (Ağayeva) Nərmin Sadəddin qızı, Həsənova (Əliyeva) Aydan Sadəddin qızı, Həsənova (Cəfərova) Şəbnəm Sadəddin qızı və Ərizəçi4 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2216/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2216/2021
02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver