Məhkəmə qərarları › İş №2(027)-2217/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2217/2023

30.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2217/2023 30.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 31 mart 2023-cu il tarixli, ******* saylı AKT-ın etibarsız hesab edilməsinə, bu akt əsasında tərtib olunmuş 31 mart 2023-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə AKT-larının, qərarların ləğv olunması və onlar əsasında hesablanmış 1555,20 AZN pulun mənə məxsus abonent bazasından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ******* saylı AKT-ın və Dəyiş ziyanın bərpasına dair Tələbnamə yazılan ünvanda daimi yaşayış olmur, Cavabdeh İB, X2 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları 27 mart 2023-cü il tarixində ona məxsus olan Quba şəhəri Fətəli Xan ünvanında yerləşən evlərində, istifadədə olan qaz sayğacı üçün “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı AKT tərtib edərək istifadələrində olan Zenner tipli, G4T markalı **********4 nömrəli qaz sayğacını “Əvəzetmə” səbəbilə xəttən ayıraraq əvəzində **********6 nömrəli yeni sayğac quraşdırdılar və 11825949 nömrəli plombu sökərək əvəzinə yeni 12538699 saylı plomb vurdular. Sayğac xəttən açıldıqdan sonra baxış keçirdilər. Qeyd hissəsində sayğacın çıxış hissəsində deşik aşkar edildi qeydi yazıblar. Qeyd edir ki, sayğac dəyişdirilən zaman evdə kimsə olmayıb. Sadəcə zəng edərək ona sayğacı dəyişməyə gəldiklərini bildiriblər. 2023-cu ilin mart ayı üçün qazın sərfi haqqında bildiriş onlara təqdim olunan zaman bəlli oldu ki, 2023-cu ilin mart ayı üçün 1555,20 AZN dəyərində borc yazıblar. Bu borcun hardan və necə yaranması barəsində araşdırma aparmağa başladı və Cavabdeh İB-nin Quba Xidmət Sahəsinə müraciət etdi ki, 1555,20 manatlıq qaz sərfi necə olub yazılıb və oradan adiyyatı üzrə gərəkli olan sənədləri ona təqdim etmədilər. Məcbur olub Quba ASAN Xidmət mərkəzində fəaliyyət göstərən Cavabdeh İB-nin xidmət şöbəsindən tələb olunan sənədlərin bir surətini götürdü. Sənədləri araşdırdığı zaman bəlli oldu ki, bu borc onlar üçün Metrologiya Departamenti, sayğaclarım müayinəsi laboratoryasının Qaz sayğacının yoxlanılması xx.xx.2023 tarixli, 14-2-2/3-5- 3387 L» -li Aktına əsasən (Akt da qeyd olunmuşdur ki, G-4 markalı, **********4 №-li sayğacın çıxış plastmas borusu deşilib...... Sayğac istismara yararsızdır. Təbii qaz itkisi yaranmışdır) və 31 mart 2023-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş AKT üzrə yazılmışdır. Necə olur ki, Metrologiya Departamenti, sayğacları müayinəsi laboratoryasının Qaz sayğacının yoxlanılması xx.xx.2023 tarixli, 14-2-2/3-5-3387 № -li Aktına əsasən G-4 markalı, **********8 №-li sayğac yoxlamada olduğu halda Quba Xidmət Sahəsinin səlahiyyətli şəxsləri 31 mart 2023-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT tərtib etdikləri zaman qaz xəttinin üzərində olmayan bir sayğaca baxış keçirmişlər və sayğacın çıxış plasmas borusunun deşildiyini görmüş və Sayğac istismara yararsızdır. Təbii "qaz itkisi yaranmışdır” kimi bir yazı qeydi aparmışlar. 27 mart 2023-cü il tarixində ona məxsus olan evlərində, istifadədə olan qaz sayğacı üçün “Qaz sayğacının çıxarılması, quraşdınlması və istismara qəbulu haqqında” ******* saylı AKT tərtib edərək istifadəmizdə olan Zenner tipli, G4T markalı **********4 nömrəli qaz sayğacını “Əvəzetmə” səbəbilə xəttən ayıraraq əvəzində **********6 nömrəli yeni sayğac quraşdırdılar və 11825949 nömrəli plombu sökərək əvəzinə yeni 12538699 saylı plomb vurdular. Bundan başqa, 31 mart 2023-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT tərtib etdikləri zaman qaz xəttinin üzərində olmayan bir sayğaca baxış keçirmişlər və ''...saysacın çıxış plasmas borusunun deşildiyini. Sayğac istismara yararsızdır. Təbii qaz itkisi yaranmışdır ” kimi bir yazı qeydi aparılmışdır. Əgər həqiqətəndə ünvanda uzun müddətli qaz itkisini əsaslandırıb ******* saylı AKT-ı tərtib edən şəxslər bu qüsuru aşkar etmişdilərsə, hər ay Azəriqazın əməkdaşı olan şəxslər (qaz paylayıcının əməkdaşı olan “nəzarətçilər”) sayğaca baxış keçiriblər və onlar bu qüsuru görməli idilər. Sual yaranır ki: hər ay ən azından iki kərə sayğaca baxış edərək göstərici götürən əməkdaş 90 gün ərzində niyə sayğacda olan bu nasazlığı görməyib? Onu da qeyd edir ki, həmin AKT-ı abonent olaraq imzalamalı olduğu qrafada “nəzarətçinin onunla danışıb imzaladığı” qeydi aparılıb. Bu da o deməkdir ki, həmin tarixdə evdə yaşayış olmayıb. Cavabdeh İB-nin X2 İstismar İdarəsinin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 31 mart 2023-cu il tarixli, ******* saylı KYTT-la Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı “Qazdan istifadə Qaydaları” haqqında verilmiş QƏRAR-m 4.6 (Qaz sayğaclarının üzərində SMPDKnın və qaz paylayıcısının plombu olmalıdır}., 4.7 (Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüldə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır)., 4.8 (Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar) saylı maddələrinə istinad edərək aşağıdakı əsaslarla razılaşmır: Sayğaca onlar tərəfindən hər hansı bir müdaxilə edilmiş olsaydı niyə ******* saylı akt tərtib olunduğu zaman açılan sayğacın üzərinə vurulmuş plomba müdaxilə olunduğu barəsində qeyd aparılmayıb. Axı qaz sayğacı xəttə bağlandığı zaman onun giriş və çıxışına bir ədəd tros plomb vurulur ki, kənardan onları açan olmasın; Quba XS-in əməkdaşları tərəfindən həmin sayğaca mütəmadi olaraq baxış keçirilib. Bu o deməkdir ki, həmin sayğac qaz xəttinin üzərinə quraşdırıldıqdan sonra kənardan heç bir müdaxilə əsasında zərər görməmişdir; Sayğaca bizim tərəfdən müdaxilə edilməsi faktını təsdiq edən heç bir sənəd yoxdur. Göstərilən sayğac İstehlakçıya məxsus ərazidə deyil, küçədə quraşdırılmışdır və bir başa olaraq onun qorunması abonentin yox. Qaz paylayıcının səlahiyyətlərinə aiddir; Vicdanlı istehlakçı olaraq mütəmadi halda sərfiyyata görə pul ödəmişdir. Bu sərfiyyatları da mövsümə görə daim dəyişkən olmuşdur. Xaçmaz RQİİ-ni Quba XS-nin əməkdaşları tərəfindən həmin sayğaca mütəmadi olaraq baxış keçirilib və nəzarət olunub; Beləliklə, hesab edir ki, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 31 mart 2023-cu il tarixli, ******* saylı AKT və bu akt əsasında tərtib olunan Dəymiş ziyanın bərpasına dair tələbnamə AKT-ı etibarsız və əsassızdır, ləğv olunmalıdır. İş üzrə İddiaçı məhkəməyə ərizə göndərərək, ərizəsində üzürlü səbəblərə görə məhkəmə iclasına gələ bilmədiyini göstərmiş, işə onun iştirakı olmadana baxıb iddiasının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərədən keçirib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba şəhəri, Vidadi küçəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində **********4 nömrəli sayğac çıxarılmış və əvəzində **********6 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.20213-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba şəhəri, Vidadi küçəsində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin İB-nın Cavabdeh İB-nin Qaz sayğacının yoxlanılması barədə AKT MSK-14-2- 2/3-5-3387-1 saylı rəyinə əsasən **********4 saylı sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilməsi, xətaların normadan artıq olması, sayğacın naminal və minimal sərfiyatda 100% nisbi xətayla işləməsi, hesablama mexanizminin nominal və minimal sərfiyatda keçən qazın həcmini qeyd etməməsi sayğacın istismara yarasız olması, dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur. -X1 31 mart 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba şəhəri, Vidadi küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 12960 m3 (12960 m3 x 0,12=1555,20 manat) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur; **********00990 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, həmin 1555,20 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzetmə” göstərilmiş, sayğacın çıxış borusunun deşik olması qeyd olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 1555,20 manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 1555,20 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc İddiaçı **********00990 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc İddiaçı **********00990 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar