Məhkəmə qərarları › İş №2(027)-2230/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2230/2021

20.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2230/2021 20.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X41 oğlunun katibliyi, İddiaçı vəkili X9 və Cavabdeh1 iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh1, Quba Regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə X34 şəhadətnamənin ləğv edilməsi və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Regional «Asan Xıdmət» mərkəzinin Notarat Ofisi tərəfindən 05.08.2005-ci il tarixdə vəfat etmiş X4 miras əmlakından tam hissədə pay almalı olması barədə 19.03.2021-ci il tarixdə 2V-294 reyestr nömrəsi ilə Cavabdeh1 verilmiş Qanun üzrə X34 Şəhadətnamənin ləğv edilməsi və onun əsasında Cavabdeh3 tərəfindən 14.04.2021-ci il tarixdə 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin, həmçinin mülkiyyət hüququna dair 15.04.2021-ci il tarixli, **********95 reyestr nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası X4 25.06.2005-ci il tarixdə vəfatından sonra Quba rayonu İİ Nügədi kəndində 0,2 ha mülkiyyətində olan torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi, həmçinin X27 ilə birgə mülkiyyətçi olduğu 0,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Miras qoyan 1928-ci il təvəllüdlü X4 05.08.2005-ci il tarixdə ölümü Quba rayon İHBnın İİ Nügədi kənd İcra Nümayəndəliyi tərəfindən ölüm haqqında Akt qeydləri kitabında 12.08.2005-ci il tarixdə 57 saylı ilə qeydə alınmış və ölüm haqqında şəhadətnamə verilmişdir. Quba rayon AİK-nın 01.11.1997-cı il tarixli 14 saylı qərarı ilə X4 mülkiyyətinə verilmiş 0,51 ha torpaq sahəsinə dair paylı mülkiyyət hüququ AR DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən 02 dekabr 1998-ci il tarixdə Dövlət aktı qeydiyyat kitabında 217 nömrə ilə qeydiyyata alınmış və bu barədə adına JN 217 Kod 30320018 saylı Dövlət Aktı verilmişdir. Quba rayon AİK-nın 20.06.1997-ci il tarixli 14 saylı qərarı ilə X4 mülkiyyətinə verilmiş və 0.20 ha həyətyanı torpaq sahəsinə AR DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən 15 mart 2005-ci il tarixdə qeydiyyat kitabında 934F nömrə ilə qeydiyyata alınmış və bu barədə adına JN 934F Kod 30319018 Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. Cavabdeh qardaşı Cavabdeh1 2021-ci ilin mart ayında Quba Regional Cavabdeh2tarat Ofisinə miras əmlakdan tam hissədə pay almalı olması barədə qanun üzrə X34 şəhadətnamə almışdır. Quba Regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən 05.08.2005-ci il tarixdə vəfat etmiş X5 miras əmlakından tam hissədə pay almalı olması barədə 19.03.2021-ci il tarixdə 2V-294 reyestr nömrəsi ilə Cavabdeh1şah Nadirşah oğluna verilmiş Qanun üzrə X1vericiliyin, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddələrinin, 1193-1195-ci, 1243, 1244, 1246, 1247, 1248 və 1249-cu maddələrinin tələbləri pozulmuşdur. Həmin pozuntuların mövcudluğu Cavabdeh1 Qanun üzrə vərəsəlik Şəhadətnaməsinin verilməsinə dair notariat işində olan sənədlərlə təsdiq edilir. Qardaşı Cavabdeh1 mərhum analarından qalmış mirasın pay torpağını aid hissədə faktiki olaraq mərhumun sağlam olan dövrdən halhazıradək tərəfindən idarə olunmaqla faktiki qəbul edilməsini bilə-bilə bunu notariat orqanından gizlətmiş, mərhum analarının dəfni və bununla bağlı xərcləri qardaşı X20 çəkdiyi halda, mərhumənin ölümündən 15 il sonra Quba rayon İHB-nın İİ Nügədi İƏD üzrə Nümayəndəsi M.R.Rəsulovdan dəfn xərcinin özü tərəfindən çəkilməsi barədə saxta, yəni həqiqəti əks etdirməyən sübut təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X18 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Həmçinin, bildirmişdir ki, anası vəfat etdiyi gündən 2010-cu ilə qədər bağdan qardaşı ilə birlikdə istifadə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Quba Regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, nümayəndəsini məhkəməyə göndərməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlər Quba Regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, 25 iyun 2005-ci ildə vəfat etmiş anası X3 0,20 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi, həmçinin 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Anası 2000-ci ildən vəfat edən günədək yataq xəstəsi olmuş və onun himayəsində yaşamışdır. Anasının sağlığında və vəfatından sonra ona məxsus olmuş əmlaklara o, sahiblik etmiş, onlardan o, istifadə etmiş, anasından miras qalmış evdə o, yaşamış və hal-hazırda da yaşayır. Evin saxlanılması, cari təmiri, qorunması və yaşayış üçün yararlı vəziyyətdə qalması üçün bütün hərəkətlər onun tərəfindən həyata keçirilmişr, iddiaçı miras əmlaka faktiki sahiblik etməmiş, həmin əmlakdan istifadə etməmiş, həmçinin onun tərəfindən qanunla müəyyən edilən müddət ərzində notariat orqanına mirası qəbul etdiyi barədə ərizə ilə müraciət olunmamışdır. Hətta anasının dəfnində belə iştirak etməmiş, bir övlad kimi üzərinə düşən borcunu yerinə yetirməmişdir. Heç vaxt analarına qulluq etməyən, onun vəfatından sonra mirasın qəbulu üzrə heç bir hərəkəti yerinə yetirməyən, analarından qalmış mirasa istər qanuni, istərsə də mənəvi haqqı olmayan iddiaçının tələbi əsassızdır. İddia ərizəsində onun tərəfindən digər mülkiyyətçi X17 torpaq payını da öz adına rəsmiləşdirdiyi barədə yazılanlar isə tamamılı yalandır. O, Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində yerləşən, dövlət tərəfindən 1990-cı ildə ona ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsini hazırki iş üzrə iddiaçı qardaşı İddiaçı vermiş, halhazırda həmin torpaq sahəsi üzərində tikdiyi evdə yaşayır. Hazırki iş üzrə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. 15.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində iştirak etmiş X28 bildirmişdir ki, iddiaçı ilə bağ qonşusu olmuşdur. Onların bağları arasında 22 metr məsafə vardır. 1999-cu ildən bugünə kimi həmin torpaq sahəsinə İddiaçı tərəfindən sahiblik edildiyinin şahidi olmuşdur. İddiaçı həmin torpaq sahəsində ot biçir, dərmanlayır, ondan gilas alıb ağaclar əkmişdir. 15.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində iştirak etmiş X36 bildirmişdir ki, tərəflərlə həm bağ qonşudur, həm də, uzaq qohumdur. Son 3-4 ildir ki, mübahisəli torpaq sahəsindən cavabdeh istifadə edir. Lakin, həmin müddətə qədər iddiaçı həmin torpaq sahəsindən istifadə etmiş və sahiblik etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X46 bildirmişdir ki, iddiaçı və cavabdehin qardaşı oğludur. Əmisi Qərib X2na tək qulluq etmişdir. Atası daxil heç kəs nənəsinə baxmamışdır. 2001-2011-ci illərdə əmisi Qərib onu çağırıb bağlarından alma yığmışdır. 2011-ci ildən sonra o, bağa gəlməmişdir. 2014-cü ildə iddiaçı ilə cavabdeh metrə vasitəsi ilə özlərinə düşən bağ sahəsini bölərək ayırdılar. X2 05.08.2005-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X12 bildirmişdir ki, iddiaçı və cavabdehin bacısıdır. İddiaçı heç vaxt o bağa baxmamışdır. Mirasın Qərib tərəfindən qəbul edilməsinə şifahi qaydada razılıq vermişdir. Məhkəmə tərəflərin, şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan Quba rayon İİ Nügədi Bələdiyyəsinin 29.07.2021-ci il tarixli arayışından görünür ki, İİ Nügədi kənd Bələdiyyəsi ərazisində 05.08.2005-ci ildə vəfat etmiş mərhumə X6 mülkiyyətində 217 nömrəli Dövlət Aktı ilə 0.51 ha pay və 0.20 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan Cavabdeh3 11.08.2021-ci il tarixli məktubundan görünür ki, X11 və X17 adına olan Quba rayonu, İkinci Nügədi kəndində JN-217 KOD 30320018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət ümumi birgə 0.51 ha torpaq sahəsi Quba regional “ASAN xidmət 19.03.2021-ci il tarixli, 2V-294 reyestr nömrəli Qanun üzrə şəhadətnaməyə əsasən Cavabdeh1 (1/2 hissə) X17 (1/2 hissə) adına dövlət reyestrindən 15.04.2021 tarixli, **********95 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. İş materiallarında olan “vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışın surətindən görünür ki, 1928-ci il təvəllüdlü X10 05.08.2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İİ Nügədi kəndinin İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, 05.08.2005-ci il tarixdə vəfat etmiş X4 vərəsələri : oğlu – İddiaçı, oğlu- X20, oğlu – X21, oğlu – X29 (vəfat edib), oğlu – Cavabdeh1, qızı – X13, qızı – X22, qızı – X14 qalmışdır. İş materiallarında olan İİ Nügədi kəndinin İƏD üzrə nümayəndəliyinin 04.02.2021-ci il tarixli arayışından görünür ki, Quba rayonu, İİ Nügədi kənd sakini X10 05.08.2005-ci il tarixdə vəfat etmişdir. Mərhumənin dəfn xərclərini oğlu Cavabdeh1 çəkmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X10 və X15 Quba rayonu AİK-nın 01.11.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən JN:217, KOD30320018 saylı Dövlət Aktı tərtib edilərək, 0.51 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan qanun üzrə X34 şəhadətnamənin surətindən görünür ki, 05.08.2005-ci il tarixdə vəfat etmiş X7 verilmiş JN:217, KOD: 30320018 olan dövlət aktına əsasən Quba rayonu, İİ Nügədi ünvanında yerləşən ümumi sahəsi 0.51 ha olan torpaq sahəsi X7 çatan hissədən ibarətdir və Cavabdeh1 miras əmlakdan tam hissədə pay almışdır. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsi dair Şəhadətnamənin surətindən görünür ki, X7 Quba rayon AİK-nın 20.06.1997-ci il tarixli, 14 saylı qərarına əsasən JN:934F, KOD:0319018 saylı Şəhadətnamə tərtib edilərək, 0.20 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan qanun üzrə X34 şəhadətnamənin surətindən görünür ki, 05.08.2005-ci il tarixdə vəfat etmiş X7 verilmiş JN:934F, KOD:0319018 saylı Şəhadətnamə əsasən Quba rayonu, İİ Nügədi ünvanında yerləşən ümumi sahəsi 0.20 ha olan torpaq sahəsi X7 çatan hissədən ibarətdir və Cavabdeh1 miras əmlakdan tam hissədə pay almışdır. İş materiallarında olan Cavabdeh3 05.11.2021-ci il tarixli məktubundan görünür ki, qeyd olunan torpaq sahəsini Cavabdeh1 Quba regional “ASAN xidmə” notariat ofisinin 27.10.2021-ci il tarixli, 4Ə-2796 reysestr nömrəli bağışlanma müqaviləsinə əsasən X16 adına özgəninkiləşdirmiş və 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X16 və X17 adına 03.11.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. İş materiallarına Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 15.04.2021-ci il qeydiyyat tarixli Çıxarışından görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindəndir. İş materiallarında olan 17.12.2021-ci il tarixli İddiaçı, X28, X36 və X30 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, AİK-nın X7 verilmiş 0.25 ha özəl torpaq sahəsindən İddiaçı istifadə etmişdir. İş materiallarında olan Quba RİHB-nın İİ Nügədin kənd İƏD üzrə nümayəndəliyinin 04.02.2021-ci il tarixli arayışından görünür ki, X19 27.02.1995-ci il tarixdə vəfat etmişdir. Mərhumun dəfn xərcini oğlu Cavabdeh1 çəkmişdir. İş materiallarında olan Quba rayon İ Nügədi Bələdiyyəsinin 20.12.2021-ci il tarixli arayışından görünür ki, X7 AİK-nın verdiyi JN:217, KOD30320018 saylı Dövlət Aktına əsasən 0.5054 ha özəl torpaq sahəsinin torpaq vergisini 18.12.2021ci il tarixdə İddiaçı ödəmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, X10 05.08.2005-ci il tarixdə vəfat etmişdir. X10 vəfat etdikdən onun vərəsələri İddiaçı, X20, X21, X29 (vəfat edib), Cavabdeh1, X13, X22, X14 qalmışdır. X10 və X15 Quba rayonu AİK-nın 01.11.1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən JN:217, KOD30320018 saylı Dövlət Aktı tərtib edilərək, 0.51 ha torpaq sahəsi və X7 Quba rayon AİK-nın 20.06.1997-ci il tarixli, 14 saylı qərarına əsasən JN:934F, KOD:0319018 saylı Şəhadətnamə tərtib edilərək, 0.20 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Qanun üzrə X34 şəhadətnaməyə əsasən 05.08.2005-ci il tarixdə vəfat etmiş X7 verilmiş JN:934F, KOD:0319018 saylı Şəhadətnamə əsasən Quba rayonu, İİ Nügədi ünvanında yerləşən ümumi sahəsi 0.20 ha olan torpaq sahəsi X7 çatan hissədən ibarətdir və Cavabdeh1 miras əmlakdan tam hissədə pay almışdır. Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 15.04.2021ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindəndir. İddiaçı məhkəmədən Quba Regional «Asan Xıdmət» mərkəzinin Notarat Ofisi tərəfindən 05.08.2005-ci il tarixdə vəfat etmiş X4 miras əmlakından tam hissədə pay almalı olması barədə 19.03.2021-ci il tarixdə 2V-294 reyestr nömrəsi ilə Cavabdeh1 verilmiş Qanun üzrə X34 Şəhadətnamənin ləğv edilməsi və onun əsasında Cavabdeh3 tərəfindən 14.04.2021-ci il tarixdə 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin, həmçinin mülkiyyət hüququna dair 15.04.2021-ci il tarixli, **********95 reyestr nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, 05.08.2005-ci il tarixdə vəfat etmiş iddiaçının anası X4 vəfatından sonra onun vərəsələri İddiaçı da daxil olsa da, cavabdeh tərəfindən 19.03.2021-ci il tarixdə 2V-294 reyestr nömrəli Qanun üzrə X34 şəhadətnamə alınarkən iddiaçının heç bir razılığı olmamış və onun xəbəri olmadan nömrəli Qanun üzrə X34 şəhadətnaməsi əsasında cavabdeh Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 15.04.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0.5054 ha torpaq sahəsini mülkiyyətinə qeydiyyata almışdır. Lakin, şahid ifadələri və işdəki, sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinə iddiaçı tərəfindən sahiblik və istifadə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin təmin edilməli, Quba Regional «Asan Xıdmət» mərkəzinin Notarat Ofisi tərəfindən 05.08.2005-ci il tarixdə vəfat etmiş X4 miras əmlakından tam hissədə pay almalı olması barədə 19.03.2021-ci il tarixdə 2V-294 reyestr nömrəsi ilə Cavabdeh1 verilmiş Qanun üzrə X34 Şəhadətnamə və onun əsasında Cavabdeh3 tərəfindən 14.04.2021-ci il tarixdə 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi, həmçinin mülkiyyət hüququna dair 15.04.2021-ci il tarixli, **********95 reyestr nömrəli Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Quba Regional «Asan Xıdmət» mərkəzinin Notarat Ofisi tərəfindən 05.08.2005-ci il tarixdə vəfat etmiş X4 miras əmlakından tam hissədə pay almalı olması barədə 19.03.2021-ci il tarixdə 2V-294 reyestr nömrəsi ilə Cavabdeh1 verilmiş Qanun üzrə X34 Şəhadətnamə və onun əsasında Cavabdeh3 tərəfindən 14.04.2021-ci il tarixdə 0.5054 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi, həmçinin mülkiyyət hüququna dair 15.04.2021-ci il tarixli, **********95 reyestr nömrəli Çıxarış ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar