Məhkəmə qərarları › İş №2(027)-2249/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2249/2021

02.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2249/2021 02.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən hesablanmış 216 manat məbləğində borcun onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu Zizik kəndində 0,09 ha ha torpaq sahəsində fərdi yaşayış evi var və həmin evdə ailəsilə birlikdə yaşayır. “X2 ilə bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə edir və istifadə etdiyi qazın pulunu vaxtlı–vaxtında ödəyir. 22 dekabr 2020-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları yaşadığı evə gələrək qazın hesablanma sayğacını dəyişdirmək istədiklərini bildirib, istifadəsində olan sayğacı çıxarıb yenisi ilə əvəz etdilər. 30 dekabr 2020-ci il tarixdə Cavabdeh İB-nin Xaçmaz Regional İdarəsinin əməkdaşları yaşadıqları evə gələrək qazın uçotu və texniki qaydalara riayət edilməsini yoxlayacaqlarını bildirərək, istifadə etdiyi sayğaca baxış keçirib, sayğacın hesablama mexanizminin yan tərəfindən əzildiyini və daxili qulaqcıqların əzik və cızıldığını bildirərək akt tərtib etmişlər. O, akta imza etməkdən imtina edib bildirmişdir ki, sayğac təzəliklə qoyulub, o, sayğaca heç bir müdaxilə etməmişdir. Sonradan təqdim olunan abonent saldosunda 216 manat cərimə olunduğunu qeyd edərək ondan həmin pulun ödənilməsini tələb etmişlər. O, isə qaz sayğacına müdaxilə etmədiyini, borcun əsassız hesablandığını, borcu ödəməyəcəyini və məhkəməyə müraciət edəcəyini bildirmişdir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sənədləri araşdırarkən ona məlum olmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları 26.02.2021-ci il tarixli aktda istifadə etdiyi qaz sayğacına müdaxiləni qeyd etsələr də, cərimə 20.10.2020-ci il tarixdə evindən çıxarıb apardıqları sayğaca müdaxilə etməyə görə hesablamışlar və bununla da qanunsuzluğa yol vermişlər. İddia ərizəsinə əlavə etdiyi 26.02.2021-ci il tarixli Cavabdeh İB-nin Xaçmaz Regional İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktla o, razılaşmamış və akta imza etməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, yaşadığı ünvan 1 mənzil üzrə abonent saldosu anası X1 adınadır. X3 22.06.2012-ci il tarixdə vəfat etmişdir. O, X1 vərəsəsidir. Bununla bağlı iş materiallarında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də vardır. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilmişdir və daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkar edilmişdir. İş materiallarında olan X1 abonent saldosundan görünür ki, abonent 2020-ci ilin dekabr ayı üzrə 50 manat ödəniş etmiş, 179,20 manat məbləğində qalıq borcu qalmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan AZ-İ 518494 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 22.06.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 10.04.2013-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 22.06.2012-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi oğlu Quba rayonu, Zizik kəndində yaşayan İddiaçıdur. Müəyyən olunmuşdur ki, X3 təbii qaz abonenti kimi qeydiyyatdadır, lakin o, 22.04.2012-ci il tarixdə vəfat etmiş, İddiaçı isə onun vərəsəsi təyin edilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 30.12.2020-ci il tarixdə onun yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilində quraşdırılmış sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilmiş, daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında Cavabdeh İB tərəfindən 30.12.2020-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən abonentin bazasındakı abonent koduna 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf akda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda abonentə əsаssız olаrаq 216 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən abonentə hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yən iddiaçı aktın ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 216 manat məbləğində borc **********02530 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz" İstehsalat Birliyi tərəfindən **********02530 saylı abonent hesabına hesablanmış 216 manat məbləğində borc pul həmin abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar