Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-226/2021 02.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın onun himayəsində saxlanılması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə bağlanmış nikahın pozulması, nikah pozularkən övladlarının onun himayəsində saxlanılması və hər uşaq üçün hər ay 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasım xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə nikah bağlamışdır. Nikahın bağlanması barədə akt qeydləri kitabında 5 nömrəli qeyd aparılmaqla onlara xx.xx.2004-cü il tarixində AZ-İ 110652 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə olan rəsmi nikahları dövründə onların üç uşağı – xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X8 doğulmuşdur. Cavabdehlə rəsmi nikahda yaşadıqları müddət ərzində xasiyyətləri uyğun gəlməmiş, münasibətləri bu vəziyyətə gəldiyindən nikahlarına xitam verilməsi, övladlarının onun himayəsində qalması və onların saxlanılması üçün cavabdehdən alimentin tutulmasını xahiş edir. Məhkəmə həmçinin tərəflərin ailə münasibətlərinin bərpa edilməsinə kömək etmək məqsədi ilə işə baxılmasını 3 (üç) ay müddətinə təxirə salmış, lakin tərəflər bu müddət ərzində barışmamış, məhkəmə iclasına gəlmiş tərəflər nikahın pozulmasına təkid etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, boşanmağa razı olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Cavabdeh nikahı xx.xx.2004-cü il tarixdə Susay İƏD üzrə nümayəndəliyində bağlanaraq, 05 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X3 “Ərzumanova” soyadı verilmişdir. İş materiallarında əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından – xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X8 anadan olmuşdur. İş materiallarında əlavə edilmiş Quba RİHB-nın Susay inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 35 nömrəli arayışından görünür ki, İddiaçı Quba rayonu, Susay kənd sakini olub, hal-hazırda həmin kənddə yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə tərəflərin nikahın pozulmasında israrlı olduğunu, tərəflərin faktiki ailə münasibətləri kəsildiyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Ona görə də nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalacağıdır. Məhkəmə uşaqların yaşını, analarına daha çox bağlı olduqlarını, hazırda uşaqların iddiaçının yanında olmasını, cavabdehin isə bununla bağlı etiraz etmədiyini nəzərə alıb hesab edir ki, nikah pozulandan sonra uşaqlar iddiaçının (ananın) himayəsinə verilməlidir. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulacağıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ona görə də cavabdeh iddiaçının yanında qalan uşaqların saxlanması üçün aliment ödəməyə borcludur. İddiaçı uşaqların saxlanması üçün cavabdehdən hər uşağa hər ay 160 manat olmaqla, ümumilikdə 480 manat məbləğində aliment tələb etsə də, cavabdehin qazancının məbləği barədə sübutlar təqdim etməmişdir. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, hər uşağa görə hər ay 100 manat olmaqla, üç uşağa görə hər ay cəmi 300 manat sabit pul məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Susay İƏD üzrə nümayəndəliyində qeydə alınmış 05 nömrəli nikah pozulmalı, birgə nikahdan doğulan xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 Gülzaman Tərlan qızının himayəsinə verilməli və onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər uşağa hər ay 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Susay İƏD üzrə nümayəndəliyində qeydə alınmış 05 nömrəli nikah qeydi pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X8 anaları İddiaçı himayəsinə verilsin. xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər uşağa hər ay 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-226/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-226/2021
02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver