Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2264/2022 19.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi X2 oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilnməsi, qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş, 18 dekabr 2019-cu il tarixli ******* nömrəli Aktın etibarsız hesab edilməsi, Akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 dekabr 2019cu il tarixli qərarının ləğv edilməsi, həmin qərar əsasında mənim abonent hesabıma yazılmış 756 (yeddi yüz əlli altı) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin baxılması ilə əlaqədar tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər heç bir üzrlü səbəb olmadan 23 sentyabr 2022-ci il, 10 oktyabr 2022-ci il və 19 oktyabr 2022-ci il tarixlərə təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Pposessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM) 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2264/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2264/2022
19.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver