Məhkəmə qərarları › İş №2(027)-2264/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2264/2024

13.09.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2264/2024 13.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Ərizəçi X3 Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X6 Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqinə dair ərizə ilə məhkəməyə müraciət edərərək, Maraqlı şəxs 06 sentyabr 2017-ci il tarixli borc müqaviləsinə əsasən X2 borc aldığı ödənilməmiş qalan 14000 manatını X5 2024-cü ilin avqust ayının 31-dək tamamilə, nağd şəkildə qaytarmağı öhdəsinə götürməsi barədə xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-01274 saylı Barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs aralarında bağlanmış 06 sentyabr 2017-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 60 000 (altmış min) manat borc pul vermişdir. Həmin puldan o, xx.xx.2018-ci il tarixində 15 000 (on beş min) manat, xx.xx.2018-ci il tarixində 12 000 (on iki min) manat və xx.xx.2019-cu il tarixində 19 000 (on doqquz min) manat qaytarmışdır. Sonuncu ödənişdən sonra hal-hazıra kimi yerdə qalan 14 000 (on dörd min) manat pulu qaytarmamışdır. Dəfələrlə müraciət etməyinə baxmayaraq qalıq pulunu geri ala bilmir. Buna görə Qusar 1 saylı Mediasıya təşkilatına müraciət etməli oldu və 14 avqust 2024- cü il tarixli, MŞQ-MT-027-2024-01274 saylı barışıq sazişini bağladılar. Barışıq sazişinin 1.2-ci bəndinə görə İİ tərəf kimi çıxış edən Maraqlı şəxs 06 sentyabr 2017-ci il tarixli borc müqaviləsinə əsasən X2 borc aldığı ödənilməmiş qalan 14 000 (on dörd min) manatını X5 2024-cü ilin avqust ayının 31-dək tamamilə nağd şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin barışıq sazişində nəzərdə tutulan müddət 31 avqustda bitməsinə baxmayaraq İİ tərəf olan Maraqlı şəxs borcun qalıq hissəsini ödəməmişdir. Bu səbəbdən MŞQ-MT-027-2024-01274 saylı, xx.xx.2024-cü il tarixli Barışıq sazişinin məcburi qaydada icra olunması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, ərizəçi X6 məhkəməyə teleqram göndərərək, həmin teleqramda hakimə və katibə etiraz etmədiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, ərizəsini müdafiə etdiyini, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, Maraqlı şəxs da məhkəməyə teleqram göndərərək, həmin teleqramlarda hakimə və katibə etiraz etmədiyini, ərizənin təmin olunmasını hakimin mülahizəsinə buraxdığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X6 ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: “Birinci tərəf” X6 əks tərəfdən 06 sentyabr 2017-ci il tarixli borc müqaviləsinə əsasən ona borclu olduğu, ödənilməmiş qalan 14000 manat tələb edir. “İkinci tərəf” Maraqlı şəxs 06 sentyabr 2017-ci il tarixli borc müqaviləsinə əsasən X2 borc aldığı ödənilməmiş qalan 14000 manatını X5 2024-cü ilin avqust ayının 31-dək tamamilə, nağd şəkildə qaytarmağı öhdəsinə götürür. “İkinci tərəf” bu saziş üzrə öhdəliklərini pozduqda, Birinci tərəfin qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etməsinə razı olduğunu və buna etiraz etmədiyini bəyan edir. “Birinci tərəf” X6 bu Sazişin 1.2-ci bəndində qeyd edilənlərə razılıq veririr. “Birinci tərəf” X6 bu Sazişin 1.2-ci bəndində qeyd edilən öhdəlikləri yerinə yetirmədiyi təqdirdə “İkinci tərəf” Maraqlı şəxs borc pul tələbi barədə aidiyyatı məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. “Barışıq Sazişi” i imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır; “Barışıq Sazişi”nin icra ilə bağlı tələbləri Sazişin 1.2-ci bəndində göstərilənlər könüllü şəkildə icra olunmalıdır; Barışıq sazişi bu gündən etibarən qüvəyə minir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, X1 Gülnarə Qədir qızına aralarında bağlanmış 06 sentyabr 2017-ci il tarixli borc müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 60 000 (altmış min) manat borc pul vermişdir. 14 avqust 2024-cü il tarixdə X6 və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesində barışıq sazişi imzalanmış, sazişin şərtlərinə görə Maraqlı şəxs X2 borc aldığı ödənilməmiş qalan 14000 manatını X5 2024-cü ilin avqust ayının 31-dək tamamilə, nağd şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən ərizəçi X6 barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə borcla bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyi halda ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin borc müqaviləsi ilə əlaqədar tərəflərdən birindən digərinin xeyrinə borc tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Quba rayon Mediasiya təşkilatında 14 avqust 2024-cü il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 ilə Maraqlı şəxs arasında Quba rayon Mediasiya təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış 14 avqust 2024-cü il tarixli “Barşıq Sazişi” aşağıdakı şərtlərlə təsdiq edilsin: Maraqlı şəxs 14000 manat məbləğində pul alınaraq Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar