Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-105/2025 03.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Naxçıvan Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə, Cavabdeh8, Cavabdeh3, Cavabdeh7, Cavabdeh5, Cavabdeh4, X12, X5, X19 qarşı X2 1999-cu ildə vəfat etmiş babası X6 qalmış ünvan 1 ünvanında yerləşən əmlakın ½ hissəsinin sağlığında faktiki qəbul etməsi faktının tanınması və payın müəyyən edilməsi, xx.xx.2005-ci il tarixdə vəfat etmiş mərhum X2 vəfatından sonra ondan qalan miras əmlakın vəsiyyətnamə nəzərə alınaraq İddiaçı tərəfindən faktiki qəbul etməsi faktının tanınmaqla payın müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Naxçıvan Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə vəfat etmiş mərhum nənəsi X20 miras qalmış ünvan 2 ünvanında yerləşən miras əmlaka onun vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, həmin miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh Naxçıvan "Asan Xidmət" Mərkəzində Notariat Ofısinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1976-cı il tarixdə Naxçıvan şəhəri Qaraxanbəyli kəndində (o vaxtki Babək rayonu Qaraxanbəyli kəndi) doğulmuşdur. Hazırda da həmin kənddə mərhum nənəsi Xədicəyə məxsus olmuş evdə yaşayır. Belə ki, nənəsi X41 atası Sabirin anasıdır. O, Qaraxanbəyli kəndində doğulmuş və xx.xx.2006-ci il tarixdə həmin kənddə də vəfat etmişdir. Mərhum nənəsi və babasının birgə nikahından 8 uşaqları doğulmuşdur ki, babası X27 1999-cu il tarixdə vəfat etmiş və ondan qalmış miras faktiki olaraq nənəsi X.Tağıyeva tərəfindən qəbul edilmişdir. Həmin vaxt onların vərəsələri (əmi və bibilər) ailə quraraq təsərrüfatdan ayrıldıqlarından nənəsi X.Tağıyevanın yanında yaşamış onun qayğı və tələbatları ilə özü maraqlanmaqla, onun əziyyəti onun tərəfindən çəkilmiş, o vəfat etdikdən sonra belə mərasim və digər xərclərin əksər hissəsi onun tərəfindən ödənilmişdir. Belə ki, babası vəfat etdikdən az sonra nənəsi xx.xx.1999-cu il tarixdə mülkiyyətində olan əmlakı ona vəsiyyət etmiş və bu vəsiyyətnamə Babək rayon dövlət notariusunda 2-B-İ-74 reyestr nömrəsi ilə qeyiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən mərhum babası ilə nənəsindən ünvan 2 ünvanında yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində 1 mərtəbəli 3 otaq və digər yardımçı sahədən ibarət yaşayış evi (ev qeydiyyata alınmayıb) miras qalmışdır. Onların vəfatından sonra isə qeyd edilən miras əmlak onun tərəfindən qəbul edilməklə, həmin əmlaka sahiblik onun tərəfindən həyata keçirilmiş, miras əmlaka dair kommunal və digər ödənişlər onun tərəfindən ödənilmişdir. Ötən müddət ərzində miras əmlakın onun olduğunu bilmiş və bu səbəbdən də miras əmlakın adına qeydə alınmasında səhlənkarlıq göstərmişdir. Bu ilin sentyabr ayında isə müvafiq şəhadətnamənin verilməsi üçün Naxçıvan Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinə müraciət etdiyimdə müddətin keçməsini əsas götürərək Notariat ofisi tərəfindən mirasın qəbulu ilə bağlı şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda isə mərhum nənəsindən qalmış mirasın onun tərəfindən qəbul edilməsinin tanınması və bununla bağlı şəhadətnamənin verilməsi zərurəti yaranmışdır. Odur ki, hazırki tələblə məhkəməyə müraciət edir, mərhum nənəsi X41 tərəfindən verilmiş vəsiyyətnamə əsasında ondan miras qalmış əmlaka mənim vərəsəlik hüqumun tanınması, vəsiyyətnamə üzrə vərəsə hesab edilməklə bununla bağlı şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini istəyir. 02 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı vəkilinin məhkəmənin elektron ünvanına iddianın dəqiqləşdirilməsi barədə ərizə göndərdiyini bildirmiş və qeyd etmişdir ki, hazırki vəziyyətdə iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. Belə ki, nənəsi X41 xx.xx.2005- ci il tarixdə vəfat etsə də nənəsi onun babası, 1999-cu il tarixdə vəfat etmiş əri X6 qalmış mirası da faktiki qəbul etmiş, daha sonra isə mərhum ərindən qalmış miras payı da daxil olmaqla bütün əmlakını ona vəsiyyət etmişdir. Bu səbəbdən də mərhum baba və nənəsindən qalmış əmlaklar miras kütləsinə daxil edilməli, həmçinin işin hərtərəfli araşdırılması məqsədilə bütün vərəsələr cavabdeh kimi işə cəlb edilməlidirlər. Odur ki, ərizədə göstərilənləri nəzərə alıb, mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, iddia ərizəsinin xahiş etdi hissəsinin X2 1999-cu ildə vəfat etmiş babası X6 qalmış ünvan 2 ünvanında yerləşən əmlakın ½ hissəsinin sağlığında faktiki qəbul etməsi faktının tanınması və payın müəyyən edilməsi; X2 vəfatından sonra ondan qalan miras əmlakın vəsiyyətnamə nəzərə alınaraq İddiaçı tərəfindən faktiki qəbul etməsi faktını tanınmaqla miras əmlaka tam payın müəyyən edilməsi X1, Cavabdeh3, X13, Məhərrəmova (Tağıyeva) Bəsti İslam qızının, X14, X4, Cavabdeh7 və Cavabdeh8 cavabdeh qismində işə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Naxçıvan Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, vəsiyyətnamə üzrə vərəsə hesab edilməsi və şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi və digər cavabdehlərin prosesə cəlb olunmasına dair ərizəsi nəzərə alınmaqla, X28, Cavabdeh3, X30, Məhərrəmova (Tağıyeva) Bəsti İslam qızı, X31, X15, Cavabdeh7 və Cavabdeh8 hazırki mülki iş üzrə prosesə digər cavabdeh qismində cəlb edilmiş, iddia tələbinə “X2 1999-cu ildə vəfat etmiş babası X6 qalmış ünvan 2 ünvanında yerləşən əmlakın ½ hissəsinin sağlığında faktiki qəbul etməsi faktının tanınması və payın müəyyən edilməsi; xx.xx.2005-ci il tarixdə vəfat etmiş mərhum X2 vəfatından sonra ondan qalan miras əmlakın vəsiyyətnamə nəzərə alınaraq İddiaçı tərəfindən faktiki qəbul etməsi faktını tanınmaqla miras əmlaka tam payın müəyyən edilməsi” tələbi çərçivəsində baxılması qərara alınmışdır. Cavabdehlər X31, Cavabdeh7, X21 yazılı qaydada ərizə göndərərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında babasının 1999-cu ildə vəfat etdiyini, sonra o evdə ondan və nənəsindən başqa heç kimin yaşamadığını, əmisi qızı ilə 2014-cü ildə ailə qurduğunu, əmisi Zakirin həyətdə ev tikdiyini, hələ babası sağlığında həmin hissəni əmisi Zakirə verdiyini, 15 sot torpağın 9 sotunda əmisi Zakirin ailəsi ilə yaşadığını, lakin öz adına sənədləşdirmədiyini, evin nənə və babasının adına olduğunu, o həyətdə 9 sotda əmisinin 6 sotda özünün yaşadığını, 1999-cu ildə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olduğunu, əmisi Nadirin Rusiyada yaşadığını, onun həm də qayınatası olduğunu, orada ailə qurduğunu, orada evinin olduğunu, indi təqaüddə olduğunu, bibilərinin 40 il qabaq ailə qurub evdən çıxdığını, Zəkiyyə bibisini bayramda qonaq gətirdiyini, iki aydan bir gəlib getdiyini, 2014-cü ildə evi bibisinin oğlu ilə birgə köməklik edərək təmir etdiyini, bibisinin ev sənindir dediyini, evi bu illər ərzində tam təmir etdiyini, xərc çəkdiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək izahatında vərəsəsi olmadan nənə babasının evi ona verdiyini, mərhum nənəsi öldükdən sonra bütün əmlakını iddiaçıya vəsiyyət etdiyini, sənədləşmə işlərini aparmama səbəbinin evdə təmir işləri aparması olduğunu, iddiaçının bu evdə yaşaması mirası qəbul etməsi və evi təmir etməsi iddianın əsaslı olduğunu göstərdiyini bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Naxçıvan Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə məhkəmə icasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh Naxçıvan Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X12 məhkəmə icasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, məhkəmə iclaslarında iştirak etməmiş və hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdeh X8 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında Cavabdeh3 izahatında bacılarının hər dediyinin yalan olduğunu, atasının və anasının iddiaçını özləri saxlamaq istədiklərini, rəsmi övladlıq verilmədiyini, iddiaçının öz övladı olduğunu, o evdə Elmarın qaldığını, evləndikdən sonra Elmarın gəlinlə birgə onlarda qaldığını, Elmarın da 1 ilə yaxın onlarda qaldığını, sonra anasının vəfatindan sonra Elmarın o həyətdə yaşadığını, kimsənin etirazının olmadığını, indi 2020-ci ildən sonra evi təmir etdiyini, evin təmirindən sonra bibisi və əmilərinin o evi istədiklərini, icra nümayəndəliyində ərizə verdiyini, lakin Sonanın onlara 100 manat pul verdiyini, qalan pulu da Bakıda oğluna torpaq aldığını, o vaxtın pulu ilə çox pul olduğunu bildirmişdir. 70-80 min pul idi. Ancaq cəmi 750 manat pul bölünüb. Qalan pulu Sonanın götürdüyünü, atasından qalan heç bir çöl torpağı satmadığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh7 izahatında atasının 25 ildir dünyasını dəyişdiyini, 25 ildir o evin atasının adını daşıdığını, iddiaçının ora 30 min dollar pul qoymasının yalan olduğunu, orada 30 minlik mülkün olmadığını, o qapıda 8 toy 3 yasın olduğunu, öz evlərində anasına baxmadığını, anasının yıxılıb zəlil olduğunu, Elmarın anasına su vermədiyini, atası ilə yola getmədiyini, kirada qalmaq istədiyini, nənəsinin babasının yasını onun etmədiyini, yalan dediyini, qardaşı Nadirin pul göndərdiyini, atasının balaca qardaşına ev tikib böldüyünü, anası vəfat etdikdən sonra evin şiferini dəyişdiyini, soruşduqda evin özünün olduğunu, iddiaçının anasının əziyyətini çəkmədiyini, anasına özünün qulluq etdiyini, anasının ən yaxın sirdaşının özü olduğunu, Qaraxanbəydə anasının bütün borclarını dükan xərclərini özünün və yoldaşının verdiyini, iddiaçının evdən xəbərinin olmadığını, özünün 20 ildir o evə girməsə də hər şeyini bildiyini, ailə qurub Sirab kəndinə getdiyini, lakin gəlib anası ilə yaşadığını, 5 il xəstə uşaq saxladığını, anasına özünün baxdığını, vərəsə payını istədiyini, atası vəfat edənda yanında olduğunu, gəlinlərin yox bacıların atasının qayğısına qaldığını, atasının vəfatından sonra anasının orada iki il tək yaşadığını, iddiaçının evləndikdən sonra anasının gəl orada qal dediyini, atasının o evi ona vermədiyini, həyətdə balaca damı digər qardaşına tikdiyini, qardaşının xərçəng xəstəsi olduğunu, həkim nəzarətində olduğunu, atasının şferini dəyişməmələrini dediyini, 20 ildir o evə girmədiyini, qəbirüstünə gedəndə evin şferini gördüyünü, evin şferini niyə dəyişdiyini soruşanda düz edriəm ev mənimdir dediyini, Sonanın ban əmanətini gedib aldığını, o vaxt icra nümayəndəliyində ərizə verdiklərini, hərəsinə 100 manat pul verdiyini, atasından qalan çöl torpağını Zakirlə Sabirin satdığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh5 izahatında iddiaçının yalan dediyini, atası xəstə olanda onun atasının yanında qaldığını, 3 bacı birlikdə atalarına baxdığını, vərəsə payını istədiyini, geciksə belə dədəsinin adında olsa belə onun ata payı olduğunu, 19 ildir o evə keçə bilmədiklərini, anasını atasını danışdırmadığını, atasının payı bölüb digər oğluna verdiyini, onun heç atasının ölüsünə gəlmədiyini, atasının onu qovduğunu, anasının qızın kirayəyə getməsinə imkan vermədiyini, özünün ona düşmən olduğunu, qapını onun üzünə bağladığını onu o həyətə qoymadığını, 1976-cı ildə ailə qurub Siraba getdiyini, şəhərdə ərinin evinin olduğunu, anasının 2006-cı ildə vəfat etdiyni, 2006-cı ildən o evə getmədiyini, qaynatasının xəstə olduğunu onu qoyub getmədiyini, mirası qəbul etmədiyini lakin gecikmiş payının olduğunu, atasından və anasından qalan keçmiş bank əmanətlərinin özünün aldığını, təxminən 2010-2013-cü illər olduğunu, o vaxt soyadının Məhərrəmova olduğunu, kənd nümayəndəliyində bütün bacı-qardaşlarının ərizə verdiyini, o da gedib pul götürdüyünü, həmin puldan hər bacı-qardaşına hərəsinə 100 manat verdiyini, ümumi götürdüyü pul tam olaraq nə qədər idi xatırlamadığını, 1991-ci ildə 1000 manat anasının, 900 manat atasının adına pul olduğunu, 1992-ci ildə 3000 manat anasının adına olan pulun verilmədiyini, Kapital bankdan pulu aldığını, sonra bunun üçün sənəd alsın deyə Kapital Banka getdiyini, orada bildirdilər ki, o vaxt elektron yox idi, ona görə sistemdən heç nə verə bilmədiklərini, nə qədər pul aldığını bildəmiyini, ancaq pulu böldüyünü, Nadirin pulu istəmədiyini, Nadirin o vaxt Naxçıvanda olmadığını, ərizə vermədiyini, pulu siz götürün deyidiyini, nə pul verildisə bərabər bölündüyün bildirmişdir. Məhkəmə iclasında Cavabdeh4 izahatında ən çox o həyətdə özünün işlədiyini, quyu qazdığını, o zamanlar iddiaçının orada olmadığını, kötüyü odunu özünün peçə apardığını, Elmarın uzun otağı bölüb kuxna elediyini, özünün qaradokda qaldığını yoldaşının hərbçi olduğunu, qalmağa yerinin olmadığını, evinin olmadığını, oğlanlarının evlərinin özlərinin tikdiyini, iddiaçının onu o evdən çıxartdığını, evin bütün işlərini atası sağ olanda özünün etdiyini, beton belə tökdüyünü, ən çox özünün işlədiyini əziyyət çəkdiyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh X15 izahatında 1985-ci ildə ailə qurduğunu, o evdən köçdüyünü, anasının vəfat edəndə Elmarın yoldaşı ilə birgə orada yaşadığını, əsas günahkarın Elmar olduğunu qapısını açıb hər kəsi dəvət etsəydi bu halların yaşanmayacağını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh8 izahatında ona aid torpağın ölçüsünün 9 sot olduğunu, öz adına keçirtməklə bağlı heçnə edə bilmədiyini, sənədləşdirə bilmədiyini, sənəddə anasının adının səhv olduğunu, Xədicənin Həqiqət yazıldığını, 45-50 ildir orada yaşadığını, oğlunun 46 yaşı olduğunu, atasının sağlığında həyəti ona verdiyini, əsgərlikdən gəlib evləndiyini, gəlinlərin yola getmədiyini, özünün 1 otağı tikib ora köçüb getdiyini, Elmarın qardaşı qızı ilə ailə qurduğunu, Elmardan başqa kimsənin qalmadığını, evin divarını həyətini içini Elmarın təmir etdiyini, atasından təkcə dörd divar qaldığını, ünvanların ayrı olub olmamasını bilmədiyini, həmin evin Elmarın mülkiyyətinə keçməsinə razı olduğunu, atasından qalan heç bir çöl torpağı satmadığını, evin balaca övladı olduğuna görə evin ona qalmalı olduğunu, o vaxt bank pulunun da onun gedib götürəcəyini, ancaq bacı-qardaşlarının ona inanmadığını dediyini, özünün icra nümayəndəliyində ərizə verdiyini, puldan 100 manat hərəsinə verildiyini, Sonanın pulu verdiyini, qalan pulla gedib oğluna Bakıda torpaq aldığını, Nadirin burada olmadığını, ərizə verilmədiyini, ona pul verilmədiyini bildirmişdir. Məhkəmə iclasına videgörüntü vasitəsilə qoşulan cavabdeh X30 izahatında Rusiyada yaşadığını, valideynləri sağ olan vaxt Rusiyaya gəldiyini, burada işlədiyini, evləndiyini, bir uşağı olub ayrıldığını, işinin yaxşı olduğunu, qayıtmadığını, sağ olanda valideynləri üçün nə lazımdırsa köməklik etdiyini, pulu olduğunu, qardaşının oğlunun qızı ilə ailə qurduğunu, bacılarının ona zəng vurub Elmarın o evə köçürülməsinə icazə aldığını, onun da eybi yox orada yaşasınlar dediyini, atasının xəstəliyində 500 dollar cibinə pul qoyduğunu, qayıdandan 10 gün sonra atasının vəfat etdiyini, bacısının imkanı yaxşı olduğunu, ona nə lazımdırsa pul ver göndərirəm dediyini, bacısının pul verdiyini, onun da yasın xərcini göndərdiyini, valideynlərinin yasını, dəfninin bütün xərcini qarşıladığını, qəbir daşını qardaşının götürdüyünü, evin telefonunu çəkdirdiyini, soyuducu aldığını, salyarka pulu göndərdiyini, qardaşının pulu salyarkanı alıb satdığını, həmişə anasının-atasının qarşısında qul kimi işlədiyini, qardaşının oğlu 8 nəfər ola-ola o evi zəbt etdiyini, Naxçıvana gələndə evə girə bilmədiyini, şərlənməkdən qorxduğunu, bacı-qardaşlarının qapısında qaldığını, qızının onu danışdırmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan Abdullayeva Minayə ifadəsində Elmarı nənə baba dövründən bəri orada gördüyünü, nənə baba öldükdən sonra orada yaşadığını, nənəsinə babasına pis olduğunu görmədiyin, evi təmir etdiyini, evin içini çölünü təmir etdiyini, uşaqlıqdan bəri orada Elmarın yaşadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X32 ifadəsində evi başdan ayağa Elmarın təmir etdiyini, Zakirin öz evini təmin etdiyini ora qarışmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X16 ifadəsində Elmarın evində usta işlədiyini, 4 il qabaq istilik sistemi çəkdiyini, 1 həftə işlədiyini, pulu Elmarın verdiyini, evin hissə-hissə təmir edildiyini, özünün də hissə-hissə işləri gördüyünü, su xətlərini çəkdiyini, başqa təmir edən ustaların da olduğunu, orada işləyərkən Elmardan başqa kimsəni görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X49 ifadəsində evi təmir etdiyini, təxminən 3 il qabaq olduğunu, malyar, pol, patalok, emusiya və daş işlərini gördüyünü, Elmardan başqa kimsəni görmədiyini, evin təmirdən qabaq poluna su dolduğunu, polların yararsız olduğunu, polu düzəltdiyini, hər şeyi təmir etdiyini, polun batan yerlərinə gəc verdiklərini, üstünə laminat vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X50 ifadəsində 1990-cı ildə 12 yaşında olarkən ora köçdüyünü, o zaman Elmarın 14 yaşı olduğunu, Elmarın nənəsi babası ilə böyüdüyünü, onunla uşaqlıq dostu olduğunu, nənəsinin onlara gəlib gedən adam olduğunu, nənəsinin o zamanlar evin Elmara qalacağını dediyini, Elmar hərbi xidmətdən gələndən sonra nənəsinin yanında qaldığını, nənəsinin qoca olduğunu onun yanında qaldığını, o zamanlar o evdə nənəsi və babasının yaşadığını, Zakirin də o həyətdə ayrıca yaşadığını, Elmarın nənəsinin o evdə yaşadığını, qızlarının gəlib getdiyini, lakin evdə daimi Elmarın yaşadığını, nənəsinin evi Elmara vermək istədiyini, uşaqlıqdan bəri Elmarın o evdə yaşadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X55 ifadəsində o həyətdə 2 il qabaq kuxna, hamam və tualet hördüyünü, şiferlərini vurduğunu, pullarını və çörəklərini Elmarın verdiyini, başqa ustaların da olduğunu, onların da alçı vurduğunu və digər işləri gördüklərini, xidmət haqqını Elmarın verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X42 ifadəsində təxminən 4 il qabaq evin şiferini vurduğunu, onu Elmarın çağırdığını, pulu Elmarın verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərək ifadəsi alınan X22 ifadəsində ora köçdüklərindən bəri Elmarın o evdə böyüdüyünü, nənəsinin babasının qayğısına qaldığını, özünün o evə süd qatıq apardığını, evləndikdən sonra da orada qaldığını, yavaş-yavaş təmir etdiyini, nənəsinin daima evi Elmara verəcəyini söylədiyini, evi kimsənin gəlib təmizləmədiyini, gəlin gələndən sonra evin şəraitini düzəltdiyini, lakin cavan olub düşünməyib sənədləşdirmədiklərini, nənəsindən 4 divarın qaldığını, Elmarın artırmalar etdiyini, təmir işləri gördüyünü, o evdə Elmarın, nənəsinin və babasının yaşadığını, Elmarın ağ maşını olduğunu, onun bazarlıq edib gətirdiyini, nənəsinin bişirdiyini birgə yediklərini, o evdə nənsinin vəfatından sonra Elmarın və yoldaşının yaşadığını, evləndiyi vaxt 3 ay müddətində Elmarın anası gilə getdiyini, sonra geri qayıtdığını, nənəsinin vəfatından sonra Elmarın daima orada yaşadığını bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə mülki işin materiallarında olan sənədləri tərəflərin izahatları, şahidlərin ifadələri ilə qarşılıqlı şəkildə tədqiq edib belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İş materiallarında olan: Naxçıvan şəhər Nikah Evi tərəfindən 20 sentyabr 2024-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X27 ilə X41 arasında 29 noyabr 1947-ci il tarixdə nikah bağlanmış, bu haqda 14 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra qadına “Tağıyeva” soyadı verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 05 avqust 2024-cü il tarixli 2(078)-982/2024 nömrəli qətnaməsi ilə iddiaçı X13 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8 qarşı birgə mülkiyyətdə olan əmlakda payların bərabər müəyyən olunması tələbinə dair iddiası təmin edilərək ünvan 3 ünvanında yerləşən 0.0669 ha torpaq sahəsində mərhum X9 payı 1/2 hissədə və X3 payı 1/2 hissədə müəyyən edilmişdir. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən aydın olur ki, ünvan 2 ünvanında olan 0.0669 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə ½ hissədə X9 və ½ hissədə X26 adına daşınmaz əmlakın dövlət reyestrində 16/31 nömrəli reyestr kitabının 5907 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********63, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024). Torpağın mülkiyyətə verilməsinə dair JN-1522B nömrəli 10304005 kod şəhadətnaməyə əsasən Babək rayonu Qaraxənbəyli kənd sakini X27 və X23 adına Babək rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli qərarı ilə 0.09 ha fərdi yaşayış evi, həyətyanı sahə üçün torpaq sahəsi mülkiyyətinə verilmişdir. Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən 18 may 2022-ci il tarixdə verilmiş AZ-İ 802314 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X27 05 yanvar 1999-cu il tarixdə vəfat etmiş, bu haqda 02 nömrəli akt qeydi tərtib olunmuşdur. 25 may 1999-cu il tarixli vəsiyyətnamədən aydın olur ki, X41 həmin vəsiyyətnamə ilə ona məxsus olan Babək rayonu Qaraxənbəyli kəndində yerləşən iki otaq, aynabənd olan şəxsi yaşayış evini əlavə tikililəri ilə birlikdə nəvəsi İddiaçı vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə ilə qalan bütün vərəsələri vərəsəlik hüququndan məhrum etdiyini qeyd etmişdir. Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən 18 may 2022-ci il tarixdə verilmiş AZ-İ ******* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X41 01 fevral 2006-cı il tarixdə vəfat etmiş, bu haqda 02 nömrəli akt qeydi tərtib olunmuşdur. Naxçıvan Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin 1270/2024 nömrəli, 02 sentyabr 2024-cü il tarixli İddiaçı ünvanlanmış cavab məktubuna əsasən, Sizin xx.xx.2024-cü il tarixli ərizənizə cavab olaraq bildiririk ki, vərəsə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şərtsiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin Yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olmadıqda mirasın faktiki qəbulu və payların müəyyən edilməsi məhkəmə tərəfindən təyin olunur.Həmçinin Vərəsəyə mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin(vəsiyyətnamə üzrə vərəsə) bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. 07 sentyabr 2024-cü il tarixli notarial təsdiqli ərizəyə əsasən, İddiaçı bildirmişdir ki, xx.xx.2006-cı ildə vəfat etmiş mərhum nənəsi X41 xx.xx.1999-cu il tarixdə Babək rayon dövlət notariat kontorunda Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən fərdi yaşayış evini həyətyanı torpaq sahəsi ilə birlikdə ona vəsiyyət etmişdir. Ölümündən sora miras qalmış əmlaklardan ona çatan payını qəbul edir. Onun adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. 01 noyabr 1975-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən aydın olur ki, Cavabdeh3 ilə X43 arasında 01 noyabr 1975-ci il tarixdə nikah bağlanmış, bu haqda 35 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra qadına “Məhərrəmova” soyadı verilmişdir. Naxçıvan şəhər X40 aydın olur ki, İddiaçı xx.xx.1976-cı ildə Naxçıvan şəhərində doğulmuşdur, atası Cavabdeh3, anası X17r. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 1377 nömrəli, 23 oktyabr 2023-cü il tarixli arayışa əsasən, X3 aşağıdakı vərəsələri var:
1. X27 əri vəfat edib;
2. X33 qızı 1947-ci il təvəllüdlü;
3. Cavabdeh3 oğlu 1949-cu il təvəllüdlü;
4. X30 oğlu 1960-cı il təvəllüdlü;
5. X34 qızı 1955-ci il təvəllüdlü;
6. X35 qızı 1953-cü il təvəllüdlü;
7. X24 qızı 1952-ci il təvəllüdlü;
8. X25 qızı 1957-ci il təvəllüdlü;
9. Cavabdeh8 oğlu 1962-ci il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti Sukanalizasiya İdarəsi tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə sukanalizasiya xətti çəkilərkən bağlanan müqavilə və ödəmə İddiaçı adınadır. Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin 05 iyun 2023-cü il tarixli 214 nömrəli məktubundan aydın olur ki, 2009-cu ildən Qaraxənbəyli kəndi Naxçıvan şəhər inzibati ərazisinə verilmişdir. Həmin tarixdən də elektrik sərfiyyatının ödənişi ünvan 5 ünvanında yaşayan İddiaçı tərəfindən 08 dekabr 2017-ci il tarixədək ödənilmişdir. 08 dekabr 2017-ci il tarixdən quraşdırılmış 70375698 nömrəli smartkart tipli elektrik sayğacının müqaviləsi İddiaçı adına bağlanmış və elektrik enerji sərfiyyatı ödənişi həmin abonent tərəfindən aparılmışdır. Naxçıvan MR Qaz İstismar Xidməti tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, ünvan 6 ünvanına Smartkart tipli qaz sayğacı xx.xx.2015-ci il tarixdə quraşdırılıb və müqavilə İddiaçı adına bağlanmışdır. Ödənişlər həmin ildən İddiaçı tərəfindən aparılmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxənbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilən 30 sentyabr 2024-cü il tarixli arayışdan aydın olur ki, İddiaçı doğulduğu gündən babası X27 və X2 himayəsində yaşamış babası X27 1999-cu ildə vəfat etmişdir. İddiaçı nənəsi 2006-cı ildə vəfat edənədən onunla birlikdə yaşamışdır. Nənəsinin vəfatından bu günədək həmin evdə ailəsi ilə birlikdə yaşayır. Bütün kommunal xərclərinin və əmlak və torpaq vergi ödənişi İddiaçı adına ödənilir. Naxçıvan şəhəri Qaraxənbəyli Bələdiyyəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan aydın olur ki, bələdiyyə kitablarına baxılmış və müəyyən olunmuşdur ki, İddiaçı Naxçıvan şəhəri Qaraxənbəyli kəndində 1522 A həyətyanı torpaq sahəsi və üzərində olan yaşayış evində 1998-ci ildən bu günə qədər yaşayır və Bələdiyyənin torpaq və əmlak vergisini ödədiyindən bələdiyyəyə heç bir borcu yoxdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxənbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilən 13 fevral 2025-ci il tarixli 138 nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh8 Naxçıvan şəhəri Qaraxənbəyli kəndində 1987-ci ildə fərdi yaşayış evi tikmişdir və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. ünvan 7rəli məktubundan aydın olur ki, Cavabdeh8 adına 07 dekabr 2017-ci il tarixdə ödənişli 70370351 nömrəli Smartkart tipli elektrik sayğacı quraşdırılıb, elektrik enerji sərfiyyatına dair heç bir borcu yoxdur. Naxçıvan Şəhər Su kanal İdarəsi X62 Xidmət Mərkəzi tərəfindən verilən 12 fevral 2025-ci il tarixli arayışdan aydın olur ki, 12 oktyabr 2017-ci il tarixli 31911 mexaniki tipli su sayğacı müqaviləsi Cavabdeh8 adına bağlanmışdır. Həmin tarixdən sukanalizasiya ödənişləri onun tərəfindən ödənilir və borcu yoxdur. X62 Xidmət Mərkəzi Kommunal Qaz Xidmətinin xx.xx.2025-ci il tarixli arayışından aydın olur ki, 26010351 nömrəli smart tipli qaz sayğacı müqaviləsi xx.xx.2015-ci il tarixdə Cavabdeh8 adına bağlanmışdır, həmin ildən qaz ödənişləri onun tərəfindən ödənilmişdir və son ödəniş xx.xx.2025-ci il tarixində ödənilmişdir. Naxçıvan Şəhər 3 saylı Notariat Ofisinin 3 mart 2025-ci il tarixli 41 nömrəli məktubundan aydın olur ki, həmin notariat ofisində X27 və X26 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 3 mart 2025-ci il tarixli 320/2025 nömrəli məktubundan aydın olur ki, həmin notariat ofisində X27 və X26 adına vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilməmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 14 mart 2025-ci il tarixli 3-16-33- 4/2-377/2025 nömrəli məktubundan aydın olur ki, nazirliyin arxivinə baxılmış, lakin adıçəkilən şəxslərlə bağlı heç bir məlumat aşkar edilməmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Qaraxənbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 21 aprel 2025-ci il tarixli 13 nömrəli məktubdan aydın olur ki, 2010-2014-cü illər ərzində mərhumlar X27 və X26 adına keçmiş bank əmanətinin ödənilməsinə dair onların vərəsələri Cavabdeh3, X34, X24, X25, Cavabdeh8, X28 və X13 digər vərəsə Cavabdeh5 xeyrinə imtina barədə ərizələri haqqında heç bir məlumatları yoxdur. "xxxx" ASC-nin 18 aprel 2025-ci il tarixli 2025/204/8777 nömrəli məktubla müəyyən edilmişdir ki, qeyd edilən şəxslərin bank əməliyyat sistemində araşdırılması mümkün olmamışdır. Məhkəmə iddianı təmin edərkən iddia tələbinin mirasın qəbul edilməsi və payların müəyyən edilməsi tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda qiymət verir. Belə ki, iddiaçının tələbi miras əmlakın nənəsi tərəfindən qəbul edilməklə payının müəyyən edilməsi və nənəsindən sonra onun tərəfindən qəbul edilməklə payların müəyyən edilməsi tələbidir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən qeyd edir ki, aydınlaşdırılmalı halların birincisi miras əmlakı qəbul edilib-edilməməsidir. Belə ki, qəbul edilməyən miras barəsində pay müəyyən edilə bilməz. Məhkəmə işin hüquqi və faktiki hallarını araşdırıb mülki işin mübahisəli və mübahisəsiz hallarını aşağıdakı kimi müəyyən etmişdir. Mülki işin mübahisəsiz halları: -Mərhumlardan qalan miras əmlaklar iki torpaq sahəsindən ibarətdir. Hər torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir, lakin heç bir ev qeydiyyata alınmamışdır. Bir torpaq sahəsi 0.0669 ha olmaqla hüquqmüəyyənedici sənədi-çıxarışı mövcuddur. Digər torpaq sahəsinin JN-1522B kod 10304005 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi mövcuddur. Həmin şəhadətnamə üzrə əmlak X18 verilməklə 0.09 hektar torpaq sahəsi göstərilmişdir. Digər şəxsin adı X23 qeyd edilmiş, üstündən xətt çəkilərək Tağıyev yazılmışdır. -Mübahisə predmeti olan 0.0669 ha daşınmaz əmlak-torpaq sahəsi mərhumlar X41 və X9 bərabər mülkiyyətində olmaqla hər birinin ½ hissə mülkiyyət hüququ vardır. -X27 vəfat edən zaman sözügedən miras əmlakda birinci növbəli vərəsələri olaraq arvadı X41 və oğlu Cavabdeh8 yaşamışdır. -X41 öz əmlakını nəvəsi İddiaçı vəsiyyət etmişdir, İddiaçı sözügedən qeydiyyatda olmayan həmin yaşayış evində yaşayır. - X41 və X9 birinci növbəli vərəsəsi olan Cavabdeh5 öz valideynlərinin adına olan bank əmanətini almışdır. Mülki işin mübahisəli halları: -İddiaçı miras əmlakın babasından qalan hissədə nənəsi tərəfindən, nənəsindən sonra isə vəsiyyətnamə üzrə onun tərəfindən faktiki olaraq qəbul edildiyini bildirirərək digər vərəsələrin həmin miras əmlakı qəbul etmədiyini bildirir. -Cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh4, X15 və X30 miras əmlakın vərəsə olaraq onlar tərəfindən qəbul edildiyini bildirir və paylarının verilməsini tələb edirlər. -Cavabdehlər Cavabdeh3 və Cavabdeh8 miras əmlakın İddiaçı qəbul etməsinə və pay verilməsinə etiraz etmədiyini bildirirlər. Məhkəmə işin araşdırılmış və müəyyən edilmiş hallarına əsasən hesab edir ki, miras əmlak üzrə qiymətləndirmə məhz hüquqmüəyyənedici sənədi-çıxışı olan torpaq sahəsinə münasibətdə aparılmalıdır. ünvan 2 ünvanında yerləşən miras əmlak üzrə-yəni hər bir mərhumun ½ hissı mülkiyyət hüququ müəyyən edilən 0.0669 ha torpaq sahəsində paylar müəyyən edilən zaman hər bir miras qoyan üzrə paylar ayrılıqda müəyyən edilməlidir. Belə ki, mübahisəli əmlakın ½ hissədə mülkiyyətçisi X27 1999-cü ildə vəfat etmişdir. Onun miras əmlakına münasibətdə paylar müəyyən edilən zaman qüvvədə olmayan Mülki Məcəllənin normalarına istinad edilməlidir. Lakin məhkəmə mərhum X9 adı qeyd edilən digər daşınmaz əmlak-torpaq sahəsi üzrə pay müəyyən edilməsi məsələsini müzakirə etmir. Ona görə ki, həmin şəhadətnamə üzrə torpaq sahəsi iki nəfərin adına verilmişdir. Digər şəxsin adının səhv yazılması reallıqda X41 olmasını Cavabdeh8 bildirsə də bu yalnışlıq qanunla müəyyən edilmiş qaydada düzəldilməmişdir. Ona görə də həmin torpaq sahəsinin ər-arvad olan mərhumların ümumi paylı mülkiyyətində olub-olmaması və hər birinin payının bərabər olması məsələsini aydınlaşdırmaq mümkün olmamışdır. Buna əsasən məhkəmə hazırki mübahisənin miras kütləsi olaraq daşınmaz əmlak üzrə hüquqmüəyyənedici sənədlə ½ hissə mülkiyyət hüququ tanınmış əmlaka münasibətdə bölgüsünü əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Mülki qanunvericilikdə vərəsəliyin açılması anı miras qoyan şəxsin ölümü ilə şərtləndirilmişdir. Miras qoyan X27 1999-cu il tarixdə vəfat etmişdir. Belə olan halda hazırki tələbə 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının qüvvədən düşmüş Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirası yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair ərizə verdikdə mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Həmin Məcəllənin 561-ci maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Həmin Məcəllənin 562-ci maddəsinə görə vərəsələrə miras hüququ haqqında şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay küçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə almaq istədiyini bildirən şəxslərdən əlavə digər vərəsələrin olmaması barədə məlumat olduqda da istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. İşə baxılan zaman müəyyən edilmişdir ki, mərhum X27 tərəfindən vəsiyyətnamə mövcud olmamışdır. Miras qoyan vəfat edən zaman ondan miras qalan torpaq sahəsində inşa edilmiş, lakin qeydiyyata alınmamış fərdi yaşayış evlərində birinci növbəli vərəsələrindən iki nəfər- arvadı X41 və oğlu Cavabdeh8 yaşamışdır. Torpaq sahəsi 0.0669 ha olmuş, torpaq sahəsində faktiki olaraq fərdi yaşayış evi mövcud olmasına baxmayaraq ev qeydiyyata alınmamışdır. Qeydiyyata alınmayan həmin evdə X41 və onun vəfatından sonra İddiaçı ailəsi ilə yaşamaqdadır. Zakir isə digər torpaq sahəsində hələ valideynlərinin sağlığından həyətdə ev tikib yaşamışdır. Başqa yaşayış yeri yoxdur. Həmçinin Cavabdeh5 atasının-anasının adına olan bank əmanətinin digər bacı-qardaşalarının razılığı əsasında götürmüşdür. Cavabdeh5 izahatında götürdüyü bank əmanəti üzrə pulu hər bir bacıqardaşına-Nadirdən başqa 100 manat olaraq verdiyini bildirmişdir. Məhkəmə tərəfindən birinci növbəli vərəsələrin sözügedən ərizələrinin olub-olmaması, notariat orqanlarında vərəsəlik işinin mövcud olub-olmaması, bank əmanətinin hansı miqdarda kim tərəfindən alınması barədə müvafiq orqanlara sorğular verilmiş, lakin heç bir təsdiqedici cavablar alınmamışdır. Bu halda isə məhkəmə tərəflərin izahatları əsasında həmin halı mübahisəsiz hal kimi qiymətləndirmiş, lakin mirasdan digər vərəsələrin imtina ərizəsi mövcud olmadığından bu halda bu hissəyə münasibətdə mirasdan imtina kimi qiymətləndirmə aparılmamışdır. Bununla yanaşı məhkəmə belə hesab edir ki, sözügedən ərizələrin məzmunu məhkəmə üçün aydın olmadığından bütün vərəsələrin razılığı ilə Cavabdeh5 bank əmanətini götürməsi və daha sonra pulu bərabər şəkildə vərəsələr arasında bölməsi hər bir vərəsənin miras əmlakı faktiki olaraq qəbul etmələri kimi qiymətləndirilməlidir. Lakin tərəflərin izahatları ilə müəyyən edilir ki, qeyd edilən pul məbləği X19 verilməmiş, bunun səbəbi isə onun həmin pulu istəməməsi qeyd edilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, X6 miras qalan bank əmanəti alınan zaman sağ olan vərəsələri-hansı ki, pul onlara da verilmişdir Cavabdeh3, X34, X35, X24, X25, Cavabdeh8 və X8 hər birinin miras əmlakda payı müəyyən edilməlidir, həmçinin mərhumun arvadı X41 həmin əmlakda yaşamaqla mirası qəbul etmişdir. Cavabdeh X13 isə miras əmlakda payı müəyyən edilməməlidir, ona görə ki, cavabdeh sözügedən miras əmlakı faktiki olaraq qəbul etməsinə dair sübutlarını məhkəmə təqdim etməmiş, öz fikrini sadəcə sözlə ifadə etmiş, bildirdiyi halların təsdiqedici sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunların nəticəsində mərhum X10 miras qalan 0.0669 ha torpaq sahəsinin ½ hissəsində vərəsələrin miras payı 1/16 hissədə (1/2 hissə miras əmlak 8 vərəsə arasında-mərhum X41, Cavabdeh3, X34, X35, X24, X25, Cavabdeh8 və X28 arasında bərabər bölünməklə) müəyyən edilməlidir. Bunun nəticəsində isə X3 mülkiyyəti 1/16+1/2=9/16 hissədə müəyyən edilməlidir və həmin miras kütləsi üzrə miras qoyanın vərəsələrinin miras əmlakı qəbulu faktı araşdırılmaqla payları müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X26 vəsiyyətnaməsi əsasında iddiaçının miras əmlakı qəbul etməsi məhkəmədə işə baxılan zaman şahid ifadələri, rəsmi sənədlərlə müəyyən edildiyindən mirası qəbul edən digər vərəsələrin payı məcburi pay şəklində müəyyən edilməlidir. Belə ki, vəsiyyətnamə üzrə verilən əmlak faktiki olaraq miras qoyanlar tərəfindən inşa edilən və onlar vəfat edənə qədər mövcud olan əmlak olmuşdur. Lakin həmin əmlak qeydiyyata alınmamışdır. Əmlakın yerləşdiyi torpaq sahəsi isə qeydiyyata alınmışdır. Mirasdan pay almaq hüququndan məhrumetmə qanunvericiliklə tənzimlənmişdir və bu cür məhrumetmənin mümkünlüyü Mülki Məcəllənin 1176.1-ci maddəsində göstərilmişdir. Lakin vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Yəni bu halda miras qoyan X26 8 vərəsəsiövladı vardır və işin halları ilə müəyyən edilir ki, onlardan cavabdeh X30 miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Lakin məcburi pay müəyyənləşən zaman bütün vərəsələr nəzərə alınaraq pay müəyyən edilməli, mirası qəbul etməyən vərəsəyə çatacaq məcburi pay isə vəsiyyətnamə üzrə vərəsənin payına daxil edilməlidir. Mülki qanunvericiliyə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. İşin hallarından aydın olur ki, mərhum X41 vərəsələrinin məcburi pay almaq hüququndan məhrum edilmələri barədə məhkəməyə müraciət edilməmişdir. Ona görə də onun mirası faktiki qəbul edən vərəsələrinin məcburi pay hüquqları vardır. İş materiallarında olan sənədlərdən aydın olur ki, X41 xx.xx.2006-cı ildə vəfat etmişdir. Bu halda ondan qalan miras əmlakla bağlı məsələlər qüvvədə olan mülki qanunvericiliyin vərəsəlik hüquq normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi miras qoyanın vəsiyyəti qanun üzrə vərəsəlikdən daha üstün tutulur. Lakin miras qoyan vəsiyyətnamə qoymadığı halda, qanun üzrə vərəsəlik qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi). Konstitusiya Məhkəməsi dəfələrlə vərəsəlikdə məcburi pay institutu ilə bağlı normaları ətraflı şəkildə təhlil edərək bu institutun mahiyyətinin və cəmiyyətin həyatında rolunun açıqlanmasına dair bir sıra qərarlar qəbul etmişdir. Plenumun formalaşdırdığı hüquqi mövqeyə görə, məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli Qərar). Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.2-ci maddəsinə görə məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ünvan 2 ünvanında nənəsi mərhum X41 tərəfindən ona vəsiyyət edilən əmlakda yaşamışdır. Məhkəmə işin bu halını mübahisəsiz hal hesab edir və qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin məhz miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə şərtləndirilmir, həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı ünvan 2 ünvanında yerləşən miras əmlakın qorunması üçün həyata keçirdiyi hərəkətləri məhkəmə tərəfindən həmin mirasın onun tərəfindən qorunması, mirasa sahiblik etməklə faktiki idarə etməsi kimi qiymətləndirilir. Məhkəmə iddia tələbinin digər hissəsinə-miras əmlakdan payların müəyyən olunması tələbinə hüquqi qiymət verərək aşağıdakı halların zəruriliyini qeyd edir. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından aydın olduğu kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçının payının hansı hissədə müəyyən edilməsi məsələsi araşdırılarkən miras qoyanın qoyanın bütün vərəsələri tam araşdırılmalı və mirası qəbul etmiş şəxslərə münasibətdə paylar müəyyən edilməli, iddiaçının payı da həmçinin bu araşdırma nəticəsində müəyyənləşdirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Plenum Qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq miras əmlakla bağlı bütün məsələlərin aydınlaşdırılmasını zəruri hesab edir və qeyd edir ki, bu halın müəyyən edilməsi iddia tələbindən kənara çıxarılma olaraq qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 05 oktyabr 2012-ci il tarixli Qərarında qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Göstərilənlərlə əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, bu öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin faktiki qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən, mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İşə baxılan zaman həmçinin müəyyən edilmişdir ki, Cavabdeh5 anasının adına olan bank əmanətinin digər bacı-qardaşalarının razılığı əsasında götürmüşdür. Cavabdeh5 izahatında götürdüyü bank əmanəti üzrə pulu hər bir bacı-qardaşına atası və anasından qalan ümumi puldan 100 manat olaraq verdiyini bildirmişdir. Məhkəmə tərəfindən birinci növbəli vərəsələrin sözügedən ərizələrinin olub-olmaması, notariat orqanlarında vərəsəlik işinin mövcud olub-olmaması, bank əmanətinin hansı miqdarda kim tərəfindən alınması barədə müafiq orqanlara sorğular verilmiş, lakin heç bir təsdiqedici cavablar alınmamışdır. Bu halda isə məhkəmə tərəflərin izahatları əsasında həmin halı mübahisəsiz hal kimi qiymətləndirmiş, lakin mirasdan digər vərəsələrin imtina ərizəsi mövcud olmadığından bu halda bu hissəyə münasibətdə mirasdan imtina kimi qiymətləndirmə aparılmamışdır. Bununla yanaşı məhkəmə belə hesab edir ki, sözügedən ərizələrin məzmunu məhkəmə üçün aydın olmadığından bütün vərəsələrin razılığı ilə Cavabdeh5 bank əmanətini götürməsi və daha sonra pulu bərabər şəkildə vərəsələr arasında bölməsi hər bir vərəsənin miras əmlakı faktiki olaraq qəbul etmələri kimi qiymətləndirilməlidir. Lakin tərəflərin izahatları ilə müəyyən edilir ki, qeyd edilən pul məbləği X19 verilməmiş, bunun səbəbi isə onun həmin pulu istəməməsi qeyd edilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, X20 miras qalan bank əmanəti alınan zaman sağ olan vərəsələri-hansı ki, pul onlara da verilmişdir Cavabdeh3, X34, X35, X24, X25, Cavabdeh8 və X8 hər birinin miras əmlakda məcburi payı müəyyən edilməlidir. Cavabdeh X13 isə miras əmlakda payı müəyyən edilməməlidir, ona görə ki, cavabdeh sözügedən miras əmlakı faktiki olaraq qəbul etməsinə dair sübutlarını məhkəmə təqdim etməmiş, öz fikrini sadəcə sözlə ifadə etmiş, bildirdiyi halların təsdiqedici sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunların nəticəsində mərhum X20 miras qalan 0.0669 ha torpaq sahəsinin 9/16 hissəsində vərəsələrin- Cavabdeh3, X34, X35, X24, X25, Cavabdeh8 və X8 miras əmlakda məcburi payı 9/256 hissədə (9/16 hissə miras əmlak 8 vərəsə olması nəzərə alınmaqla və vəsiyyətnamə mövcud olduğundan onlara mirası qəbul edən vərəsələr üzrə çatası payın yarısı həcmində bərabər bölünməklə) məcburi pay hüququ müəyyən edilməlidir. Bunun nəticəsində isə cavabdehlər Cavabdeh3, X34, X35, X24, X25, Cavabdeh8 və X8 mərhum X7 və mərhum X20 miras qalan 0.0669 ha torpaq sahəsində pay hüququ hər birinin 25/256 hissədə (1/16 atadan qalan pay+9/256 anadan qalan payın cəmi=25/256) müəyyən edilməlidir. İddiaçı isə nənə X20 qalan əmlak üzrə payı vəsiyyətnamə nəzərə alınaraq, mirası faktiki qəbul edən vərəsələrin məcburi payları çıxıldıqdan sonra 81/256 hissədə müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə miras şərikliyinə son qoyulması ilə nəticələnən məhkəmə aktı qəbul etməklə yekunda belə nəticəyə gəlir ki, X26 1999-cu ildə vəfat etmiş X6 qalmış ünvan 2 ünvanında yerləşən əmlakın ½ hissəsinin sağlığında faktiki qəbul etməsi faktının tanınmasını və həmin miras əmlakda 1/16 hissə pay hüququ müəyyən edilməsini, İddiaçı mərhum X2 vəfatından sonra ondan qalan ünvan 2 ünvanında yerləşən miras əmlakın vəsiyyətnamə nəzərə alınaraq İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktının tanınmaqla miras əmlaka 81/256 hissədə pay hüququ müəyyən edilməsini düzgün hesab edir. Eləcə də məhkəmə miras qoyanlar mərhumlar X27 və X20 miras qalan sözügedən 0.0669 ha torpaq sahəsində cavabdehlər Cavabdeh3, X34, X35, X24, X25, Cavabdeh8 və X8 hər birinin 25/256 hissədə pay hüququnun müəyyən edilməsi əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 21 oktyabr 2024-cü il tarixdə 16084 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh7, Cavabdeh5, Cavabdeh4, X28, X15 və X11 müştərək qaydada tutularaq İddiaçı qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. X3 1999-cu ildə vəfat etmiş X6 qalmış ünvan 2 ünvanında yerləşən əmlakın ½ hissəsinin sağlığında faktiki qəbul etməsi faktı tanınsın və payı 1/16 hissədə müəyyən edilsin. İddiaçı mərhum X2 vəfatından sonra ondan qalan ünvan 2 ünvanında yerləşən miras əmlakın faktiki olaraq qəbul edilməsi faktı tanınsın və payı 81/256 hissədə müəyyən edilsin. Həmçinin mərhumlar X27 və X20 miras qalan sözügedən 0.0669 ha torpaq sahəsində cavabdehlər Cavabdeh3, X34, X35, X24, X25, Cavabdeh8 və X8 hər birinin 25/256 hissədə pay hüququ müəyyən edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 21 oktyabr 2024-cü il tarixdə 16084 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh7, Cavabdeh5, Cavabdeh4, X28, X15 və X11 müştərək qaydada tutularaq İddiaçı qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva.