Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2289/2022 01.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Ömərova (Kazımova) Xəyalə qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, və Quba regional “Asan Xidmət” mərkəzinə qarşı «miras əmlaka tam payın müəyyən edilməsi» tələbinə dair ərizə üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 23 avqust 2016-cı il tarixində vəfat etmiş oğlu miras qoyan X3 miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeyddiyyat tarixli, **********61 reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu, Digah kəndi ərazisində yerləşən 1,7598 ha torpaq sahəsinin 2/10 hissəsinə vərəsəlik üzrə tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X5 ilə 21 avqust 1967-ci il tarixində nikahlarını qeyd edərək ailə qurmuşlar. X2 19 may 2004-cü il tarixində vəfat etmişdir. Birgə nikahlarında olan 12 oktyabr 1976-cu il təvəllüdlü oğlu X8 isə 23 avqust 2016-cı il tarixində vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra oğlunun birinci dərəcəli vərəsələri o, arvadı Ömərova (Kazımova) Xəyalə qızı və uşaqları Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qalmışdır. Oğlu vəfat edikdən sonra onun arvadı cavabdeh Ömərova (Kazımova) Xəyalə qızı onu pis vəziyyətdə qoyaraq uşaqlarını alaraq Qusar şəhərinə getmiş və başqa şəxslə evlənmişdir. Həmin vaxtdan sonra onunla maraqlanmamış, miras əmlakıın qəbul edilməsi barəsində heç bir iş görməmişdir. Əksinə o, oğlundan qalan miras əmlakı qəbul etmişdir. Miras əmlakı həmin vaxtdan idarə edir. Buna baxmayaraq dəfələrlə cavabdehlərin Digah kəndində yaşayan qohumları ilə xəbər göndərərək miras əmlakı rəsmiləşdirilməsi üçün gəlmələrini, sənədləşmənin bu vəziyyətdə qalmasına görə həmin miras əmlakla birlikdə olan öz əmlakına belə sərəncam verə bilmədiyini bildirmişdir. Lakin bnun heç bir nəticəsi olmamışdır. O, artıq yaşlaşmış, özündən sonra mübahisə qoyub getmək istəmir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə cavabdeh Ömərova (Kazımova) Xəyalə qızının, Cavabdeh2nın, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5nın və Cavabdeh6 məhkəmə iclaslarına gəlməməsini onlar iddianın etirafı kimi qəbul edir və ona görə də, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Ona görə də məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını qərara almışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi Vəkil iddianı müdafiə edərək təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehinlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə əsasında nümayəndəsininn izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 29 avqust 2005-cı il tarixdə Quba RPŞ bölməsi tərəfindən verilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxxxxx 1949-cu il tarixdə Quba rayonu, Digah kəndində doğulmuşdur. İş materiallarına əlavə olunmuş Quba rayon Xucbala kənd soveti tərəfindən verilmiş AZ 059326 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X5 ilə İddiaçı 21 avqust 1964-cü ildə nikahlarını bağlamış, bu barədə nikah akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli, 05/Q-434 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2009-cu il tarixli nikah haqqında akt qeydinə əsasən Kazımova (Ömərova) Xəyalə Nadir qızı ilə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2008-ci ildə Cavabdeh2, xx.xx.2009-cu ildə Cavabdeh3 və xx.xx.2012-ci ildə Cavabdeh4 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat şöbəsinin 15 avqust 2022-ci il tarixli 0077 nömrəli arayışından görünür ki, X8 20 sentyabr 1976-cı ildə Quba aynu Digah kəndində anadan olmuş, atası X5 anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Quba rayonu, Xucbala İ.Ə.D. nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2016-cı il tarixli AZ-İ 823382 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 23 avqust 2016-cı ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın, Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 may 2019-cu il tarixli AZ-İİ 001421 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 19 may 2004-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Quba RHİB-nın Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli, 623 nömrəli arayışdan görünür ki, X1 yaşamış xx.xx.2016-ci il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra atası X5 (vəfat edib), anası İddiaçı, arvadı Kazımova (Ömərova) Xəyalə Nadir qızı, uşaqları X4, Cavabdeh3, Cavabdeh4 adlı vərəsələri qalmışdır. İş materiallarına əlavə olunmuş Quba RHİB-nın Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 04 noyabr 2022-ci il tarixli AKT-dan görünür ki, Quba rayonu, Digah kənd sakini Qanuni nümayəndə1 həyat yoldaşı X8 vəfat etdikdən sonra o qısa bir müddətdə ər evində yaşamış, sonra ailəsi ilə birlikdə Qusar şəhərinə köçmüş və yeni ailə quraraq hal-hazırda Qusar şəhərində yaşayır. İş materiallarına əlavə olunmuş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********61 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Digah kəndi ərazisində yerləşən 1,7598 ha torpaq sahəsinin 2/10 hissəsi Cavabdeh6, Cavabdeh5, X6, 3/10 hissəsi isə İddiaçı məxsusdur. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı X5 ilə 21 avqust 1964-cü il tarixində nikahlarını qeyd edərək ailə qurmuş, onların nikahların X8 və digər uşaqları doğulmuş, iddiaçının X2 19 may 2004-cü il tarixində vəfat etmiş, X8 xx.xx.2009-cu il tarixdə Kazımova (Ömərova) Xəyalə Nadir qızı ilə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2008-ci ildə Cavabdeh2, xx.xx.2009-cu ildə Cavabdeh3 və xx.xx.2012-ci ildə Cavabdeh4 adlı uşaqları doğulmuş, X8 isə 23 avqust 2016-cı il tarixində vəfat etmiş, oğlu vəfat etdikdən sonra oğlunun birinci dərəcəli vərəsələri İddiaçı, arvadı Ömərova (Kazımova) Xəyalə qızı və uşaqları Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qalmış, cavabdeh Ömərova (Kazımova) Xəyalə qızı X8 öldükdən həmin evdən çıxıb getmiş, iddiaçı ilə maraqlanmamış, miras əmlakıın qəbul edilməsi üçün heç bir hərəkət etməmiş, iddaçı mirası faktiki idarə edərək qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeyddiyyat tarixli, **********61 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Digah kəndi ərazisində yerləşən 1,7598 ha torpaq sahəsindən miras qoyan 23 avqust 2016-cı il tarixində vəfat etmiş X3 miras qalmış 2/10 hissəsinə İddiaçı vərəsəlik üzrə tam payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********61 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Digah kəndi ərazisində yerləşən 1,7598 ha torpaq sahəsindən miras qoyan 23 avqust 2016-cı il tarixində vəfat etmiş X3 miras qalmış 2/10 hissəsinə İddiaçı vərəsəlik üzrə tam payı müəyyən edilsin. Qiyabi Qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2289/2022
Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-2289/2022
01.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver