Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-229/2022 17.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN:477 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X14 atası X5 məxsus olmasına dair hüquqi əhəməiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon AİK-nın 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə atası X5 Quba rayonu, Digah kəndi ərazisindən 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və adına JN:477 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X16 verilmişdir. JN:477 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X13 atasının soyadı düzgün olaraq Mustafayev yazılsa da adı Gülməmməd əvəzinə səhvən Gülməhəmməd kimi, atasının adı Seyfulla əvəzinə səhvən Seyfullah kimi yazılmışdır. Atasının adının Gülməmməd, ata adının Seyfulla olması ərizəsinə əlavə etdiyi ölüm haqqında şəhadətnamə, onun doğum haqqında şəhadətnaməmsi və Quba rayon İHB-nın Xucbala İƏD üzrə nümayəndəliyin 25 oktyabr 2021-ci il tarixli 748 saylı arayışı ilə də öz təsdiqini tapır. Hazırda həmin torpaq sahəsinə dair çıxarış almaq istəyir. Lakin JN:477 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X13 ad və ata adında olan yalnışlığa görə həmin torpaq sahəsinə dair vərəsə olaraq onun sərəncam vermək hüququ məhdudlaşmışdır. Qeyd olunan torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRXnın saylı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi 04 noyabr 2021-ci il tarixli məktubu ilə ona qeyd olunan sənəddə olan ad və ata adında yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd edir ki, JN:477 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X15 verən AR DT və XK-İ ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də JN:477 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X14 atası X5 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli oldmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-477 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X12 görünür ki, X2 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə 0,84 hektar torpaq sahəsi verilmişdir, həmin dövlət aktında X3 adı “Gülməhəmməd”, ata adı “Seyfullah” kimi qeyd olunmuşdur. İş materiallarında olan 23 may 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 303851 №-li arayışdan görünür ki, X6 04.10.1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 06 fevral 1964-cü il tarixdə verilmiş A3 seriyalı, 632504 №li, doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxx 1964-cü il tarixdə anadan olmuş, şəhadətnaməndə soyadı, adı və atasının adı Ərizəçi kimi, atası X6, anası X7 göstərilmişdir. İş materiallarında olan Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəsinin 25 oktyabr 2021-ci il tarixli, 748 saylı arayışından görünür ki, Quba rayon AİKN-nın 15.08.1997-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş JN-477 (kod ********) Torpağa Mülkiyyət Hüququna X13 səhv olaraq X6 əvəzinə X4 yazılmışdır. X6 ilə, Mustafayev Gülməhəmməd Seyfullah oğlu eyni şəxslərdir. İş materiallarında olan Maraqlı şəxs 04.11.2021-ci il tarixli, **********52 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-477 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X13 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə JN-477 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X16 əsasında X3 mülkiyyətinə 0,84 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında ərizəçinin atası X3 adı “Gülməmməd” əvəzinə səhvən “Gülməhəmməd, ata adı “Seyfulla” əvəzinə səhvən “Seyfullah” kimi kimi qeyd olunması, X6 04.10.1998-ci il tarixdə vəfat etməsi, Ərizəçi Gülməmməd Mustafayevin vərəsəsi olması, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan Torpağa Mülkiyyət Hüququna Dair JN:477 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X1 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan Torpağa Mülkiyyət Hüququna Dair JN:477 Kod 30307038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-229/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-229/2022
17.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver