Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2291/2023 06.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı ““akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Xaçmaz Regional QİSin 26 oktyabr 2022-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 31 oktyabr 2022-ci il tarixli tələbnamənin (qərar) ləğv edilməsi, həmin tələbnamə əsasında onun abonent hesabına yazılmış 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin X2 Sahəsinin əməkdaşları ona məxsus evə “Zenner” tipli, G4 markalı, **********7 nömrəli qaz sayğacı quraşdırmış, daha sonra həmin sayğac çıxarılmış və yoxlanışa göndərilmişdir. “Sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirildiyi, plastmas boruda deşik aşkar olunduğu, hesablama mexanizminin minimal və nominal sərfıyyatda qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu” qeydi aparılaraq dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı 26 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. O, sayğacın onun tərəfindən zədələnmədiyi üçün aktı imzalamaqdan imtina etmişdir. Həmin akt əsasında 31 oktyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə “qərar" qəbul edilmiş və ona 8640 m3 qazdan istifadəyə görə 1036,80 manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmır. Göstərilən sayğac küçədə quraşdırılmış və birbaşa olaraq onun qorunması abonentin yox QİS-in səlahiyyətlərinə aiddir. O, istifadə etdiyi qaza görə vaxtında ödənişlər etmişdir. Sayğacın aparılması zamanı və ekspertizadan keçirilməsində iştirakı təmin olunmamışdır. Sayğacda hec bir müdaxilə olunmamışdır. Cavabdeh İB-nin Quba QİS-in əməkdaşlarının tərtib etdiyi ******* saylı aktla hesablanmış borc əsassızdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, tərtib edilmiş akta görə guya dəyişdirilmiş sayğacda dəlik aşkar edilmiş və həmin dəlik ev sakinlərinin müdaxilə nəticəsində yaranmışdır. Sayğacda nasazlıq olmamışdır. Sayğac Cavabdeh İB-nin X2 Sahəsinin əməkdaşları tərəfindən onun iştirakı olmadan çıxarılmış və onun iştirakı olmadan akt tərtib edilmişdir. Akt tərtib edilən zaman o işdə olmuş, aktı özü imzalamamışdır. O, istifadə etdiyi qaz sərfiyyatına görə hər ay ödənişlər etmişdir. O evə gəldikdən sonra ailəsi ona bildirmişdir ki, qaz idarəsinin işçiləri gəlib sayğacı yenisi ilə əvəz etmişlər. Aktdakı imza ona məxsus deyil. Ola bilsin ki, anası onun əvəzinə aktı imzalamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdehnə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Quba RİHB-nın Zərdabi İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-c il tarixli 927 nömrəli arayışından görünür ki, İddiaçı Quba rayonu, Zərdabi qəsəbəsində yaşayır; “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən yaşayış evində Zenner tipli **********7 nömrəli sayğac çıxarılmış və əvəzində Zenner Smart tipli **********992 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli ******* nömrəli aktından görünür ki, baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, kamera vasitəsilə sayğacın daxilinə baxış keçirildiyi, plastmas boruda deşik aşkar olunduğu, hesablama mexanizminin minimal və nominal sərfıyyatda qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Nəticədə 8640 m3 həcmində dəymiş ziyan hesablanmışdır; xx.xx.2022-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 8640 m3 sərfiyyat hesablanmışdır; **********02390 saylı abonent saldosundan görünür ki, abonent İddiaçı 2022-ci ilin oktyabr ayının sonuna 1036,80 manat məbləğində təbii qaz sərfiyyatı borcu vardır; Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğacın ekranında deşiyin aşkar edilməsi barədə məlumat aktda qeyd olunmuşdur. Sayğaca baxış İddiaçı iştirakı ilə həyata keçirilməsi qeyd olunsa da, məhkəmə iclasında cavabdeh aktın onun iştirakı olmadan tərtib edilməsini, aktda olan imzanın özü tərəfindən icra edilmədiyini iddia edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən tərtib edilmiş tələbnamə əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq 8640 m3 əlаvə sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq əlаvə sərfiyyаt hesаblаnmışdır. İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İBnin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında xx.xx.2022-ci tarixli tələbnamə (qərar) ləğv edilməli, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 1036,80 manat borc İddiaçı **********02390 saylı abonent hesabından silinməlidir. Bundan başqa, iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2021-ci il tarixli qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 26 oktyabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında 31 oktyabr 2022-ci il tarixli tələbnamə (qərar) ləğv edilsin. 26 oktyabr 2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat borc İddiaçı **********02390 saylı abonent hesabından silinsin. İddiaçının azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2291/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2291/2023
06.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver