Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-230/2024 09.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı maraqlı tərəf X4 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilmə müddətinin bərpa edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 avqust 2017-ci il tarixdə vəfat etmiş anası X2 miras qalımış əmlaka mirasın qəbul etməsinə dair ötürülmüş müddətin bərpa edilməsi və X1 miras qalmış əmlaka payına uyğun vərəsəlik hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində işin məhkəmədən kənar həll edilməsi ilə əlaqədar baxılmamış saxlanmasını xahiş etmişdir. İş üzrə cavabdeh tərəfindən hazırki işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəmə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı maraqlı tərəf X4 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilmə müddətinin bərpa edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı maraqlı tərəf X4 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilmə müddətinin bərpa edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-230/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-230/2024
09.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver