Məhkəmə qərarları › İş №2(027)-2312/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2312/2023

18.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2312/2023 18.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba rayon Şöbəsinin əməkdaşları tərəfindən mərhum həyat yoldaşı X1 adına əsassız tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı Aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 3110,40 manat məbləğində borcun **********00020 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olmaqla istifadəsindədir. Azəriqaz ASC ilə ilkin olaraq mərhum həyat yoldaşı X3 arasında qazın alqı-satqısına dair müqavilə bağlanmış və biz də həmin müqaviləyə əsasən təbii qazdan istifadə edirək, istifadə etdiyəri qazın dəyərini vaxtlı-vaxtında ödəmişlər. Həyat yoldaşı X3 13 yanvar 2006-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra da qazın alqı-satqısına dair müqavilə əri Vaqifin adına qalmış, onunla isə Azəriqaz ASC arasında qazın alqı-satqısına dair 04 oktyabr 2023-cü il tarixdə müqavilə bağlanmışdır. 28 aprel 2023-cü il tarixdə Azəriqaz İB-nın əməkdaşları yaşadığı yaşayış evinə quraşdırılmış və istifadə etdiyi Zenner tipli qaz sayğacını çıxararaq digər Zenner tipli qaz sayğac ilə əvəzləşdirmişlər. 2023-cü ilin may ayında qaz borcu barədə bildiriş gələrkən 3110,40 manat məbləğində borc hesablandığını görmüşdür. Quba Qaz İİnə müraciət edərək, həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda ona qeyd olunan borcun xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablandığını bildirərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında akt və tələbnaməni ona təqdim etdilər. Həmin aktla tanış olduqda ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli ******* saylı aktda Azəriqaz İB-nın əməkdaşlarının çıxardığı Zenner tipli qaz sayğacına baxış keçirilmiş, güya qaz sayğacının plastmas qapağının üzərində zavod plastmas plombunun aşkar olunmadığı qeyd olunmuş və həmin akta əsasən də xx.xx.2023-cü il tarixli tələbnamə tərtib olunaraq mərhum əri Vaqif Ağayevin adına 3110,40 manat cərimə borcu hesablanmışdır. Aktda imza etməkdən imtina edildiyi qeyd olunmuşdur. Hansı ki, həmin aktın mövcudluğundan xəbərləri belə olmamışdır. İşdə olan aktlardan görünür ki, qaz sayğacına müdaxilə edilməsi barədə akt xx.xx.2023-cü il tarixdə tərtib olunuş, həmin akta əsasən dəymiş ziyanın hesablanmasına dair tələbnamə isə xx.xx.2023-cü il tarixdə yəni nöqsan aktından bir gün əvvəl tərtib edilmişdir. Bütün bunlar göstərir ki, həmin aktlar ziddiyyətli tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli ******* saylı aktla və xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış borcla razılaşmır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktda göstərilmişdir ki, saycağ abonentin həyətində quraşdırılıb və güya həyat yoldaşı Vaqif həmin akta imza etməkdən imtina edib. Hansı ki, həyat yoldaşı Vaqif 2006-cı ildə vəfat edib. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən aşkar olur ki, qaz sayğacı küçədə evin küçə hasarına küçə tərəfdən quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Qaz sayğacı müvafiq qutuya yerləşdirilmiş olsa idi, sayğaca zərər dəyməzdi. Mənimlə qaz paylayıcısı arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmışdır. Ondan sonra Quba Qaz İİ-dən 16 oktyabr 2023-cü il tarixdə onun adına verilmiş abonent saldosunda da mərhum həyat yoldaşı və onun adına açılmış **********0020 saylı eyni abonent hesabda da 3110.40 manat cərimə göstərilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı Akt və həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamə ləğv edilməli, hesablanmış 3110,40 manat cərimə onun **********0020 saylı abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, **********8 saylı sayğaca ümumi baxış keçirilən zaman, sayğacın plastmas qapağının üzərində zavod plastmas plombu aşkar olumamış və sayğac istismara yararsızdır. Müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, **********8 saylı sayğaca ümumi baxış keçirilən zaman, sayğacın plastmas qapağının üzərində zavod plastmas plombu aşkar olumamış və sayğac istismara yararsızdır. Həmin aktlara əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 3110,40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 3110,40 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). İddiaçı aktın və tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın və tələbnamənin ləğv edilməsi barədə iddia versə də (akt və tələbnamə özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 3110,40 manat məbləğində borc iddiaçının **********00020 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********00020 saylı abonent hesabına hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar