Məhkəmə qərarları › İş №2(027)-2319/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2319/2022

12.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2319/2022 12.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 26 iyul 2021-ci il tarixli Aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair 30 iyul 2021-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış 216 manat məbləğində borcun onun **********00060 saylı abonent hesabından silinməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Nügədi Qazmaları kəndində yerləşən və ailəsi ilə birlikdə yaşadığı yaşayış evi və 0.08 ha həyətyanı torpaq sahəsi ona məxsusdur. Qaz paylayıeısı olan Cavabdeh ilə liziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən, o və ailəsi təbii qazdan istifadə edirlər və istifadə etdikləri qazın dəyərini vaxtlı-vaxtmda ödəyir. Bildirir ki, 2021-ci ilin aprel ayının ortalarında o ailə üzvləri ilə birlikdə Masallı şəhərinə qudasıgilə qonaq getmişdir. Təxminən bir həftə qaldıqdan sonra qayıtmışlar. Gecə qaranlıq düşən vaxt evlərinə çatmışlar. Gecəni yatıb səhər erkəndən Quba şəhərinə qayntasıgilə getmişlər. Qaynatasıgildə olan zaman onların əraziyə nəzarət edən X3 İdarəsinin əməkdaşları oğluna zəng edərək bildirmişdir ki, onların qaz sayğacı sındırılıb. O, qayıdıb öz evinə gəlmiş, görmüşdür ki, həqiqətən də, sayğacın plastmas üst qapağı küt alətlə sındırılmışdır. Qaz İstismar İdarəsinin əməkdaşlarına bildirmişdir ki, bir həftədir onlar ailəliklə Masallı rayonunda qonaq olmuşlar, evə gecə gəlmişlər, gəldiyi günün səhəri isə qaynatasıgilə getmişlər. Qaz sayğacının sınmasından xəbəri yoxdur. Quba Qaz İİ-nin əməkdaşları zədəli sayğacı çıxararaq yeni eyni tipli sayğac ilə əvəz etdilər. Qaz sayğacının çıxarılıb yenisi ilə əvəz edilməsi barədə tərtib olunmuş akta imza etmişdir. 2021-ci ilin sonunda və 2022-ci ilin əvvəllərində evə istifadə etdiyi, qaz borcundan əlavə bildirişlərdə 216 manat borc gəldiyini görmüş və X3 İdarəsinə gedərək həmin borcun nədən yarandığını aydınlaşdırdıqda ona bildirdilər ki, həmin borc əvvəlki sınmış sayğaca görə hesablanmışdır. O, onlara bir daha bildirdi ki, onun həmin sayğacın sınmasından xəbəri yoxdur. Qaz İstismar İdarəsindən bildirdilər ki, narahat olmasın, hər şey yoluna qoyulacaqdır. O, da onlara inanıb qayıtmışdır. Bir müddətdən sonra Qaz İstismar İdarəsinin əməkdaşları yenidən onun evinə quraşdırılmış qaz sayğacını dəyişərək Smart markalı sayğac quraşdırdılar. O, həmin sayğaca kart vasitəsilə ödəniş edir. Görmüşdür ki, ödədiyi qaz ödənişinin yarı hissəsi həmin borca çıxılır. O, yenidən Qaz İstismar İdarəsinə getmiş və karta ödədiyi pulun yarı hissəsinin borca tutulmasına etirazını bildirdi. Ona izah etdilər ki, o həmin borcu yalnız məhkəmə qaydasında sildirə bilər, bundan sonra kartla ödədiyi pulun həcmində tam şəkildə qazdan istifadə edə bilər. O, hesab edir ki, 26 iyul 2021-ci il tarixli ******* saylı akta və həmin akt əsasında tərtib olunmuş 30 iyul 2021-ci il tarixli tələbnaməyə əsasən hesablanmış 216 manat borc əsassız hesablandığından razılaşmır və həmin borc onun abonent hesabından silinməlidir. Qeyd etmək istəyir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvatiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bəlkə də qaz sayğacı müvafiq qutuya yerləşdirilmiş olsa idi, sayğaca zərər dəyməz idi. Ona görə də hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı Akt və həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli, hesablanmış 216 manat cərimə onun **********00060 saylı abonent hesabından silinməlidir. Ərizəsinə əlavə etdiyi fotoşəkillərdən də görünür ki, yaşayış evinə quraşdırılmış qaz sayğacı kənar müdaxilə nəticəsində küt alətlə onlar evdə olmadığı müddətdə sındırılmışdır. Onun təbii qaza dair heç bir borcum olmamış, sayğaca müdaxilə etməyis əsassızdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh İB-nin X2 İstismarı İdarəsi ilə İddiaçı arasında bağlanmış Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Qaraçay kəndində yerləşən yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində **********5 nömrəli sayğac quraşdırılmışdır; xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, ARDNŞ-nın Cavabdeh İB-nın qaz sayğacnın yoxlanılması, 2911710-02877-1 saylı rəyinə əsasən ******* nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağı üst hissədən sınıb. Nəticədə dəymiş ziyan hesablanmışdır; xx.xx.2021-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2160 m3 sərfiyyat hesablanmışdır; **********00060 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “NKDY” göstərilmiş, sayğaçın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 216 (iki yüz on altı) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc İddiaçı **********00060 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc İddiaçı **********00060 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına (elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar