Məhkəmə qərarları › İş №2(027)-2319/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2319/2024

29.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2319/2024 29.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “aktın, tələbnamənin ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X6 İdarəsi tərəfindən tərtib edilmiş, 29 mart 2024-cü il tarixli, “0415114” nömrəli Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29 mart 2024-cü il tarixli Tələbnamə (qərarının) ləğv edilməsi, həmin Tələbnamə (qərar) əsasında **********05830 saylı abonent hesabına yazılmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altımış qəpik) manat məbləğində borcun ona məxsus abonent bazasından silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun hazırda yaşadığı Quba rayonu Dəvədabanı yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evində o ailəsi ilə birlikdə yaşayır. 22 fevral 2024-cü il tarixdə həmin fərdi yaşayış evinə quraşdırılmış ZENNER G-4 markalı, **********4 nömrəli qaz sayğacı cavabdeh qurumun əməkdaşları tərəfindən çıxarılmış, növbəti yoxlanışa göndərilmiş, yerinə ELSTER G-4 13747565 markalı qaz sayğacı quraşdırılmışdır. 29 mart 2024-cü il tarixdə "Azəriqaz” İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən yaşadığım ünvana gələrək 22 fevral 2024-cü il tarixdə çıxarılmış və yoxlanışa göndərilmiş qaz sayğacının çıxış plastmas borusunun fiziki təsir nəticəsində deşilməsi və sayğacın istismara yararsız olması səbəbindən dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı 29 mart 2024-cü il tarixli “0415114” nömrəli akt tərtib edilmişdir. Sayğacın onun tərəfindən zədələnmədiyi, sayğacın zədələnməsində onun və digər ailə üzvlərinin təqsiri olmadığı üçün aktı imzalamaqdan oğlu Elnur Fərhadov tərəfindən imtina edilmişdir. Həmin akt əsasında 29 mart 2024-cü ildə Dəymiş Ziyanın bərpasına dair Tələbnamə "Qərar” qəbul edilmiş və 6480 kub metr qazdan istifadəyə görə 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc hesablanmışdır. Lakin cavabdeh qurumun əməkdaşları tərəfindən tərtib edilmiş akt və tələbnamə **********05830 saylı abonent hesabı ilə bağlı tərtib edilsə də, adı həmin sənədlərdə yanlış olaraq Sərvər Fərhadov kimi yazılmışdır. Bundan sonra o, cavabdeh quruma müraciət edərək adının cavabdeh qurumun sənədlərində yanlış olaraq Sərvər Fərhadov kimi qeyd edildiyini bildirərək **********05830 saylı abonent məlumatlarının onun adına dəyişdirilməsini tələb etmişdir. Bundan sonra onunla cavabdeh qurum arasında 08 iyul 2024-cü il tarixli qazın alqı-satqısı müqaviləsi bağlanmış və abonent hesabı onun adına dəyişdirilmişdir. Öz adına tərtib edilmiş abonenet saldosu ilə tanış olduqda isə yuxarıda qeyd etdiyi akt əsasında 777,60 manat məbləğində borcun onun abonent saldosunda yazıldığını görmüşdür. O, qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmırdır. Fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı çöldədir və yüksək yerdə deyil. O, sayğacın çöldə olmasına, ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. O, qaz sayğacına kənar təsir göstərməmişdir. Bütün günü sayğacın keşiyini çəkə bilməz. Sayğacın əzilməsinə görə o, məsuliyyət daşımır. Bundan əlavə sayğac dövlət yoxlamasında olarkən o, çağırılmamışdır. Sayğac onun iştirakı olmadan yoxlanılmışdır. Onun fərdi yaşayış evinə çöldə quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyəti cavabdeh qurum özü daşıyır. Ona görə də qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmadığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində **********4 nömrəli sayğac çıxarılmış və əvəzində 13747566 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin 29 mart 2024-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin İT və Rİ-nin «Azəriqaz” İB-nin Xaçmaz X6 İdarəsi qaz sayğacının yoxlanılması zamanı qaz sayğacının çıxış plastmas borusunun fiziki təsir nəticəsində deşilməsi aşkar edilmiş və sayğacın istismara yararsız olması səbəbindən dəymiş ziyanın hesablanıb ödənilməlidir. -X1 29 mart 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 6480 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 29 mart 2024-cü il tarixli, ******* saylı akt olmuşdur; **********05830 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, 2024cü il üçün 777,60 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişdirilməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzetmə” göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin aktlara əsasən hesablanmış 777,60 manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 777,60 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 29 mart 2024-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 29 mart 2024-cü il tarixli tələbnamə ləğv olunmalı və həmin tələbnaməyə əsasən hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1036,80-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 29 mart 2024-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 29 mart 2024-cü il tarixli tələbnamə ləğv olunsun və həmin tələbnaməyə əsasən hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat məbləğində borc İddiaçı **********05830 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar