Məhkəmə qərarları › İş №2(027)-2335/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2335/2022

10.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2335/2022 10.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba rayon Şöbəsinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı Aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və hesablanmış 216 manat məbləğində borcun **********0040 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Amsar kəndi ərasizində yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. O, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Azəriqaz ASC ilə bağlanmış qazın alqı satqısına dair müqaviləyə əsasən təbii qazdan istifadə edirlər və istifadə etdiyləri qazın dəyərini vaxtlı-vaxtında ödəyirlər. 2021-ci ilin avqust ayında Azəriqaz İB-nın əməkdaşları Quba rayonu, Amsar kəndi üzrə yaşayış evlərinə quraşdırılmış qaz sayğaclarını dəyişmişlər. 17 avqust 2021-ci il tarixdə yaşadığı evə quraşdırılmış Elster tipli qaz sayğacını da çıxararaq, Zenner tipli yeni sayğacla əvəz etmiş və xx.xx.2021-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Akt tərtib etmişlər. Azəriqaz İB-nın əməkdaşları çıxarılmış qaz sayğacının işlək vəziyyətdə olduğunu, heç bir qüsuru olmadığını bildirmiş və bu səbəbdən də ona aktın bir surətini veriblər. Bundan sonra quraşdırılmış yeni sayğac üzrə də o, istifadə etdiyi təbii qazın dəyərinin vaxtlı-vaxtında ödəyir. Sonradan qaz borcu qəbzi gələrkən 216 manat məbləğində cərimənin olduğunu görmüşdür. Quba Qaz İB-nə müraciət edərək həmin borcun hansı səbəbə əsasən qeyd olunduğunu soruşduqda ona qeyd olunan borcun xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən hesablandığını bildirərək akt və tələbnaməni ona təqdim etmişlər. Həmin aktla tanış olduqda ona məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixli ******* saylı aktda Azəriqaz İB-nın əməkdaşlarının çıxardığı qaz sayğacına baxış keçirilmiş, güya qaz sayğacının hesablama mexanizminin üzərində olan qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsi və yapışqan maddə ilə yenidən yerinə bərpa olunduğu qeyd olunmuş və həmin akta əsasən də tələbnamə tərtib olunaraq 216 manat cərimə borcu hesablanmışdır. O, xx.xx.2021-ci il tarixli aktın tərtib olunmasından xəbəri olmadığını bildirmişdir. Həmin sayğacı çıxarılması barədə xx.xx.2021-ci il tarixli ******* saylı aktın ona verilmiş surətinin digər qeydlər hissəsində çıxarılmış sayğacda hər hansı bir nöqsanın olması göstərilməmiş, eləcə də, aktı tərtib edən podratçı təşkilatın nümayəndələrinin adları və soyadları qeyd olunmamışdır. Lakin, sonradan həmin aktın surəti qaz istismar idarəsi tərəfindən məhkəməyə müraciət etmək üçün verilən surətində saxtakarlıq edilmiş və digər qeydlər hissəsində zavod möhürü kəsiyi sözləri əlavə olunmuş, eləcə də, podratçı təşkilatın nümayəndəsi kimi soyad yazılsa da, oxunması mümkün deyildir. Həmin akt Qaz ii-nin əməkdaşları tərəfindən sonradan saxtalaşdırılmışdır. Onda olan xx.xx.2021-ci il tarixli aktın surətini də ərizəyə əlavə etmişdir. O, xx.xx.2021-ci il tarixli ******* saylı aktla və tələbnaməyə əsasən hesablanmış borcla razılaşmır. Sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. O, bildirmişdir ki, qaz sayğacı müvafiq qutuya yerləşdirilmiş olsa idi, sayğaca zərər dəyməzdi. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı Akt və həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamə ləğv edilməli, hesablanmış 72 manat cərimə onun **********04820 saylı abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir Cavabdeh nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin üzərində olan qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışan maddə ilə yenidən yerinə bərpa olunub. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci il üzrə 216 manat məbləğində borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin üzərində olan qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışan maddə ilə yenidən yerinə bərpa olunub. Həmin aktlara əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 216 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın və tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yəni iddiaçı aktın və tələbnamənin ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 216 manat məbləğində borc iddiaçının **********0040 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********0040 saylı abonent hesabına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar