Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2337/2021 07.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X24 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, DT və XK-nm Xaçmaz rayon Şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən 22 dekabr 1998-ci il tarixdə Ərizəçi, adına verilmiş JN-0024 KOD 30313068 olan Torpağa mülkiyyət hüququna X32 Ərizəçi, X5, X19, X16 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərzəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə ona Ərizəçi və ailə üzvlərinə Quba rayon ərazisində 2.45 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ JN-0024 KOD 30313068 olan Torpağa mülkiyyət hüququna X35 ilə təsdiq olunur. Hal-hazırda mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair yeni mülkiyyət sənədi çıxarış almaq istəyir. Bu məqsədlə Xaçmaz rayon Notariat ofisinə müraciət etdikdə təqdim edilmiş sənədlərdə bəzi uyğunsuzluqların olması müəyyən edilmişdir. Belə ki, JN-0024 KOD 30313068 olan torpağın mülkiyyətə verilməsinə X31 həyat yoldaşının ata adı “X9” olduğu halda səhvən “X6” kimi yazılmışdır, qızı “X22” olduğu halda, səhvən “X25” kimi yazılmışdır, oğlu “X20” olduğu halda, səhvən “X21” kimi yazılmışdır. Həmin sənədlərdə müxtəlif qaydada yazıldığından Notarius vərəsəlik hüquqi haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və həmin uyğunsuzluğların aradan qaldırılması üçün DƏDRX-nm 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməyi tövsiyyə olunmuşdur. O, adlarına olan JN-0024 KOD 30313068 olan torpağın mülkiyyətə verilməsinə dair Torpağa mülkiyyət hüququna X31 düzəlişin edilməsi üçün DƏDRX-nm 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. 11.10.2021-ci il tarixli məktubla cavab verilmişdir ki, sözügedən Dövlət Aktında ad, soyad, ata adı ilə bağlı düzəlişlərin edilməsi onların səlahiyyətlərinə aid deyildir və bu barədə məhkəməyə müraciət etməyim tövsiyyə olmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Tahirova (Vəlixanova) Arzu Tahir qızı 25.01.1985-ci il tarixdə anadan olmuşdur. Onun şəhadətnamədə soyadı ”Tahirova” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X22 arasında 04.05.2006-cı il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra X19 “Vəlixanova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, X20 13.11.1989-cu il tarixdə anadan olmuşdur. Şəxsiyyətini təsdiq edən sənədlərdə onun adı “Pərvin” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, X9 29.07.1957-ci il tarixdə anadan olmuşdur. Şəxsiyyətini təsdiq edən sənədlərdə onun atasının adı “Yarəhməd” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Şahkərim oğlu ilə X7 arasında 03.07.1981-cı il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra X3 “Tahirova” soyadı verilmişdir. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, həqiqətən onun adına verilmiş JN-0024 KOD 30313068- saylı Torpağa Mülkiyyət Hüququna X31 mülkiyyət sahiblərindən X4 adı və ata adının səhvən X2,Vəlixanova (Tahirova) Arzu Tahir qızının soyadı və cinsinin səhvən X10,X14 adının səhvən Pərviz kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna X32 surətindən görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın 22.12.1998-ci il tarixli 17 saylı qərarına əsasən JN-0024, KOD 30313068 saylı Torpağa Mülkiyyət Hüququna X35 tərtib edilərək 2.45 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi, X5, X19, X18 Quba rayon AİK-nın 22.12.1998-ci il tarixli 17 saylı qərarına əsasən 2.45 ha torpaq sahəsi verilərək JN-0024, KOD 30313068 saylı Torpağa Mülkiyyət Hüququna X35 tərtib edilmişdir. JN-0024, KOD 30313068 saylı Torpağa Mülkiyyət Hüququna X31 ““X9” əvəzinə səhvən “X6” kimi, “X22” əvəzinə səhvən “X25” kimi, “X20” əvəzinə səhvən “X21” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-0024, KOD 30313068 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1, X19 və X16 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni JN-0024, KOD 30313068 saylı Torpağa Mülkiyyət Hüququna X32 Ərizəçi və X23 ilə yanaşı, X5, X16 və X19 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-0024, KOD 30313068 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1, X16 və X19 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2337/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2337/2021
07.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver