Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-234/2022 21.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, atası miras qoyan X11 qalmış Quba rayonu, Xırt kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən ibarət mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməsinin səbəbi üzürlü sayılaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı atası miras qoyan X11 qalmış Quba rayonu, Xırt kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən ibarət mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməsinin səbəbi üzürlü sayılaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X8 1925-ci il tarixdə Quba rayonu, Xırt kəndində, anası X6 1923-cü il tarixdə Quba rayonu, Xırt kəndində anadan olmuşdur. X21 və X6 ilə ailə qurmuşlar. Onların nikahından o, İddiaçı xx xxxxxx 1955-ci il tarixdə, qardaşı X12 1955-ci il tarixində və bacıları X10 1952-ci il tarixdə, X4 1950-cu il tarixdə anadan olmuşdur. X8 02 mart 1997-ci il tarixdə, anası X6 07 mart 2005-ci il tarixdə vəfat etmişdir. X2 Quba rayonu, Xırt kəndində 0,10 ha pay torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsi və ümumi sahəsi 69 kv.metr, yaşayış sahəsi 46 kv.metr olan yaşayış evi miras qalmışdır. Atası X3 həyatda olarkən və o öldükdən sonra da ondan qalmış miras əmlakı o, qəbul edərək idarə etmiş, fərdi yaşayış evində yaşamış, əmlaka dair vergiləri o, ödəmişdir. O, hal-hazırda X1 miras qalmış evdə ailəsi ilə birlikdə yaşayır. Lakin qanunu bilməməzlikdən X8 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməmişdir. Belə ki, hazırda o, atasından miras qalan payı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 10 noyabr 2021-ci il tarixli məktub verilmiş və buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyin məqsədə müvafiq olduğu qeyd edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X17 iddianı müdafiə edərək, iddia ərizəsində yazılnalara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazım qaydada xəbərdar edilmiş cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin dinləyərk, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Qeydiyyat şöbəsinin 3 noyabr 2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Quba rayonu, Qonaqkənd kəndində anadan olmuşdur, atası qrafasında X26 oğlu, «anası» qrafasında X5 göstərilmişdir. İş materiallarına əlavə olunmuş 04.10.2021-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı 190425 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Salamov Tasin Kaha oğlu 02.03.1997-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filalının 15 oktyabr 2021-ci il tarixli, 1031 saylı arxiv arayışından görünür ki, Quba RİHB-nın Güləzi İƏV üzrə nümayəndəliyinin 1991-1995-ci illərə aid Xırt kəndi üzrə 07 №li təsrrüfatbaşına kitabında vətəndaş X21 322 saylı təsərrüfatın işçisi olub, onun şəxsi istifadəsində 1990- 1996-cı illərdə 0,10 ha həyətyanı torpaq sahəsi, şəxsi mülkiyyətində 1991-1996-cı illərdə ümumi sahəsi 69 kv.metr, o cümlədən yaşayış sahəsi 46 kv.metr olan yaşayış evinin olduğu qeyd edilmişdir. İş materiallarında olan Quba rayon İnzibati Ərazi Vahid Üzrə Nümayəndəliyinin 29 oktyabr 2021-ci il tarixli, 410 saylı arayışından görünür ki, X21 1925-ci il tarixdə Quba rayonun Xırt kəndində anadan olmuş, Quba rayonunun Xırt kəndində yaşamış, 02.03.1997-ci il tarixdə həmin kənddə vəfat etmişdir. Vəfatından sonra vərəsələri arvadı X7 (07.03.2005-ci ildə vəfat edib), qızı Səfərəliyeva Səyyarə Tasin qızı, qızı X10, oğlu X12, oğlu İddiaçı qalmışlar. İş materiallarında olan Quba rayon İnzibati Ərazi Vahid Üzrə Nümayəndəliyinin 05 noyabr 2021-ci il tarixli, 415 saylı arayışından görünür ki, İddiaçı, doğulduğu gündən halhazıra kimi qeydiyyatda olduğu Xırt kəndində ümumi sahəsi 70 kv.metr, yaşayış sahəsi 65 kv. metr olan yaşayış evində yaşayır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Quba rayonu, Qonaqkənd kəndində anadan olmuş, X8dur. X21 02 mart 1997-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra vərəsələri X7 (07.03.2005-ci ildə vəfat edib), Səfərəliyeva Səyyarə Tasin qızı, X10, X12, İddiaçı qalmışlar. X21 həyatda olarkən və o öldükdən sonra da ondan qalmış miras əmlakı faktiki olaraq iddiaçı idarə etməklə qəbul etmiş, miras əmlaka dair vergiləri ödəmiş, təsərrüfatı o idarə etmişdir. Lakin qanunu bilməməzlikdən və savadsızlıqdan atası vəfat etdikdən sonra notariat kontorunda miras qəbul edilməsi barədə ərizə verməmişdir. X1 qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən və qanunla müəyyən edilmiş müddətdə buraxdığı üçün miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246.1-ci maddəsinə əasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı X1 qalmış Quba rayonu, Xırt kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən ibarət mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməsinin səbəbi üzürülü sayılaraq uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı X1 qalmış Quba rayonu, Xırt kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən ibarət mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməsinin səbəbi üzürülü sayılaraq uzadılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-234/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-234/2022
21.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver