Məhkəmə qərarları › İş №2(027)-2346/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2346/2022

14.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2346/2022 14.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “qardaşı X2 ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1967-ci il tarixdə doğulmuş qardaşı X4 xx.xx.1997-ci il tarixdə Quba rayonu, Əski iqriq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun qardaşıdır. Qardaşı xx.xx.1967ci il il tarixdə doğulmuş, uzun müddət Quba rayonu, Əski iqriq kəndində yaşamışdır. X5 uzun müddət xəstə olmuş və mütəmadi olaraq müalicə almışdır. Qardaşı 14 sentyabr 1997-ci il tarixdə Quba rayonu, Əski-iqriq kəndində vəfat etmiş, qohumların və qonşuların iştirakı ilə tərəfilərindən Quba rayonu Əski iqriq kənd qəbiristanlığında dəfn olunmuşdur. Qardaşının 14 sentyabr 1997-ci il tarixdə Quba rayonu. Əski İqriq kəndində ölməsi və kənd qəbiristanlığında dəfn olunması ərizəsinə əlavə etdiyi şahidlərin iştirakı ilə tərtib olunmuş Akt və məzar daşının fotoşəklləri ilə də təsdiq olunur. Həmin vaxt qanunu bilmədiylərindən qardaşının ölümünü rəsmiləşdirə bilməmişlər. Hazırda vərəsəlik mübahisəsinin həlli ilə əlaqədar qardaşı X2 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-476 saylı məktubu ilə X4 ölümünün qeydə alınmasının qeyrimümkün olduğu izah olunaraq, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyə olunmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8, X3 bildirmişlər ki, xx.xx.1967-ci il təvəllüdlü X5 həqiqətən də, xx.xx.1997-ci il tarixdə Quba rayonu, Əski-iqriq kəndində vəfat etmiş Quba rayonu Əski iqriq kənd qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il təvəllüdlü Quba rayon Əski İqriq kəndində anadan olmuşdur. İş materiallarında olan 374 nömrəli, xx.xx.2022-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X5 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, mərhum X5 xx.xx.1997-ci ildə vəfat etmiş və Quba rayonu, Əski-İqriq kənd ərazisində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Dəfn xərclərini Ərizəçi çəkmişdir. İş materialların olan məzardaşı foto şəkillərindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X5 xx.xx.1997-ci ildə vəfat etmişdir. İş materiallarında olan X8, X1 iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X5 həqiqətən də, xx.xx.1997-ci il tarixdə Quba rayonu, Əski-iqriq kəndində vəfat etmiş Quba rayonu Əski iqriq kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə qismən təmin olunaraq, xx.xx.1967-ci ildə anadan olmuş X2 xx.xx.1997-ci il tarixdə Quba rayonu, Əski-iqriq kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.1967-ci ildə anadan olmuş X2 xx.xx.1997-ci il tarixdə Quba rayonu, Əski-iqriq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar