Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2354/2021 16.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı Məmmədhüseyn oğlunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı Məmmədhüseyn oğlunun Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədhüseyn oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X6 İdarəsi tərəfindən tərtib edilmiş 30 iyun 2021-ci il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi, Akt əsasında yazılmış dəymiş ziyanın bərpasına dair 30 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi, həmin qərar əsasında onun abonent hesabıma yazılmış 216 (iki yüz on altı) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məmmədhüseyn oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, onun hazırda qeydiyyatda olduğu və yaşadığı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. Bundan sonra 25 aprel 2017-ci il tarixdə qaz sayğacı çıxarılmış, yerinə GT45331104 nömrəli sayğac quraşdırılmışdır. 29 avqust 2018-ci il tarixdə yenidən onun sayğacına baxılmış, 16 aprel 2019-cu il tarixdə 25 aprel 2017-ci il tarixdə quraşdırılmış qaz sayğacı növbəti yoxlanışa göndərilmişdir. Yenidən 2021-ci il tarixdə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən yaşadığı ünvana gələrək sayğaca baxış keçirilmiş və guya sayğacın hesablama mexaniziminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması qeyd edilərək, dəymiş ziyanın hesablanıb ödənilməsi ilə bağlı “0317821” nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında 30 iyun 2021-ci il tarixində qərar qəbul edilmiş və ona 2160 kub metr qazdan istifadəyə görə 216 (iki yüz on altı) manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qərarla hesablanmış zərər məbləği ilə razılaşmır. Fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı çöldədir və yüksək yerdə deyil. O, sayğacın çöldə olmasına, ona zərər yetirilməsinə görə məsuliyyət daşımır. O, qaz sayğacına kənar təsir göstərməmişdir. Onun abonent hesabına yazılmış aktdan, qərardan bu yaxınlarda xəbər tutmuşdur. Onu da qeyd etmişdir ki, həmin 04 iyun 2021-ci ildə G-4T tipli sayağac əvvəl başqa şəxsin istifadəsində olmuş, bundan əvvəlki sayağacdan şikayəti olmadan 04 iyun 2021-ci ildə G-4T tipli sayağac quraşdırılmışdır. Bundan başqa o, yaşlı insandır, bütün ödənişləri vaxtlı-vaxtında edir, gecikdirmir, məsuliyyətlidir. Heç vaxt istəməz ki, barəsində haqsız iş aparılsın. Hesab edir ki, o, Cavabdeh İB-yə zərər vurulmasına gətirib çıxara bilən təqsirli, hüquqa zidd əməl törətməmişdir. Məhkəmə iclasında İddiaçı Məmmədhüseyn oğlunun nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı Məmmədhüseyn oğlunun 2021-ci ilin iyun ayı üzrə akt əsasında 216 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan və fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Quba rayonunun Timiryazev kəndində 0,03 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 57,5 kv.metr olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi və 6,3 kv.metrdən ibarət tikili **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ilə 29 avqust 2013-cü il tarixdə qeydiyyata alınmaqla, X1 mülkiyyətindədir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 25 aprel 2017-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonunun Timiryazev kəndində yerləşən yaşayış evində Elester tipli, G4T markalı, ******* nömrəli, 04233405 plomb nömrəli sayğac çıxarılmış və əvəzində Elester tipli, G4T markalı, ******* nömrəli, 04364218 plomb nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 29 avqust 2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonunun Timiryazev kəndində yerləşən yaşayış evində Elester tipli, G4T markalı, ******* nömrəli, 04364218 plomb nömrəli sayğac çıxarılmış və əvəzində Elester tipli, G4T markalı, ******* nömrəli, 05295459 plomb nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 16 aprel 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Quba rayonunun Timiryazev kəndində yerləşən yaşayış evində Elester tipli, G4T markalı, ******* nömrəli, 05295459 plomb nömrəli sayğac çıxarılmış və əvəzində Elester tipli, G4T markalı, ******* nömrəli, 14331109 plomb nömrəli sayğac quraşdırılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı Məmmədhüseyn oğlu təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 30.06.2021-ci il tarixdə onun yaşadığı Quba rayonunun Timiryazev kəndində yerləşən mənzilində quraşdırılmış sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında Cavabdeh İB tərəfindən 30.06.2021-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf akda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 216 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın etibarsız hesab edilməsi, tələbnamənin ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yən iddiaçı aktın ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 216 manat məbləğində borc iddiaçının **********00090 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Məmmədhüseyn oğlunun **********00090 saylı abonent hesabına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2354/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2354/2021
16.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver