Məhkəmə qərarları › İş №2(027)-2358/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2358/2024

05.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2358/2024 05.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon İHB-nin Alekseyevka İƏV üzrə nümayəndəliyinin 1991-1995-ci illərə aid Zizik kəndi üzrə 10 saylı təsərrüfatbaşına kitabında “677 saylı təsərrüfatın başçısı X5 mülkiyyətində ümumi sahəsi 210 kv.m, o cümlədən yaşayış sahəsi 86,4 kv.m olan yaşayış evinin və şəxsi istifadəsində 0,19 ha torpaq sahəsinin olduğu” qeyd edilmiş, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş arxiv arayışının 23 may 1994-cü il tarixdə vəfat etmiş mərhum X6na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1960-cı ildə Qubu rayonu, Zizik kəndində anadan olmuşdur. X1 və X21 olmuşdur. X6 23 may 1994-cü il tarixdə vəfat etmişdir. O, anasının vərəsəsidir və bununla bağlı notariat ofisinin məktubunu da ərizəmə əlavə edir. O, anasından miras qalmış Quba rayonu, Zizik kəndi ərazisində yerləşən fərdi yaşayış evini və 0,19 ha həyətyanı torpaq sahəsini vərəsəlik qaydasında öz adına keçirmək istəyir. Bununla bağlı sənədləşmə işlərini apararkən Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialından arxiv arayışı almışdır. Həmin arayışda Quba RİHB-nin Alekseyevka İƏV üzrə nümayəndəliyinin 1991- 1995-ci illərə aid Zizik kəndi üzrə 10 saylı təsərrüfatbaşına kitabında anasının 677 saylı təsərrüfatın başçısı olduğu, onun şəxsi mülkiyyətində ümumi sahəsi 210 kv.m, o cümlədən yaşayış sahəsi 86,4 kv.m olan yaşayış evi və şəxsi istifadəsində 0,19 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. O, arxiv arayışını, o cümlədən digər sənədləri də əlavə edərək qeyd edilən fərdi yaşayış evinin və torpaq sahəsinin X23ma məxsus olması haqqında ölən şəxsin adına arayışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etmişdir. Həmin qurumdan ona imtina məktubu ilə cavab verilərək ərizəsinə əlavə edilmiş Dövlət arxivinin Quba rayon filialının arxiv arayışında Quba RİHB-nin Aleksyevka İƏV üzrə nümayəndəliyinin 1991-1995-ci illərə aid Zizik kəndi üzrə 10 saylı təsərrüfatbaşma kitabında hüquq sahibinin adında uyğunsuzluq olduğunu, yəni arxiv arayışında hüquq sahibinin soyadının Məsimova əvəzinə Mövsümova kimi qeyd edilməsini əsas gətirərək arayış verilməsindən imtina edilmişdir. Bildirmək istəyir ki, onun və digər bacı-qardaşlarının hər birinin doğum haqqında şəhadətnamələrində analarının adı X7 qeyd edilmişdir. Eyni zamanda anasının ölüm haqqında şəhadətnaməsində də anasının soyadı Məsimovadır. Arxiv arayışında qeyd edilən təsərrüfatbaşma kitabda isə anasının soyadı yanlış olaraq Mövsümova kimi yazılmışdır. Arxivə təhvil verilmiş təsərrüfatbaşına kitabda anasının adının səhv yazılmasını Quba rayon İHB-nin Alekseyevka kənd İƏD üzrə nümayəndəliyi təsdiq edir və bununla bağlı arayış da vermişdir. Lakin sənədlər artıq arxivə təhvil verildiyi üçün təsərrüfatbaşına kitabın özündə düzəliş aparılma artıq mümkün deyildir. O, bütün sənədlərini, o cümlədən Quba RİHB-ni Alekseyevka kənd İƏD üzrə nümayəndəliyinin arayışını da əlavə edərək yenidə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçma Ərazi İdarəsinə müraciət etsə də, Quba regional ASAN Xidmət mərkəzində həmi qurumun əməkdaşları icra nümayəndəliyinin arayışı ilə həmin sənədləri götürə bilmədiklərini və bunun üçün arxiv arayışının mərhum anası X19 məxsus olmasına dair məhkəmə qətnaməsinin olmasını tələb edərək ümumiyyətlə sənədlərimi qəbul etməkdən imtina edirlər. Hal-hazırda mərhum anasına mülkiyyətin məxsus olmasını təsdiq edən hüquq müəyyənedici sənədlərdəki uyğunsuzluğu başqa qaydada aradan qaldıra bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilən faktın təsdiqi oan vərəsəlik məsələsinin həll üçün vacibdir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 və X25 ifadələrində Ərizəçi qonşusu olduğunu, arxiv arayışında ərizçinin mərhum anası X2 “Məsimova” əvəzinə səhvən “Mövsümova” kimi qeyd olunduğunu bildirmişlər Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 15..12023-cü il tarixli arayışından görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə anadan olmuşdur. X3, X6dır. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X21 xx.xx.1994-cü ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 12 oktyabr 2023-cü il tarixli arxiv arayışından görünür ki, Quba rayon Alekseyevka kənd X31 İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid Zizi kəndi üzrə 6 saylı təsərrüfatbaşma kitabında X11 421 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 1964-cü ildə tikilmiş ümun sahəsi 220,4 kv.metr, o cümlədən yaşayış sahəsi 86,4 kv.metr olan yaşayış evinin və şəx: istifadəsində 0,19 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. X4 adının üstündən çarpaz xətt çəkilmiş və ona aid sütunun təsərrüfatı tərkibindən tamamilə çıxan ailə üzvləri haqqında qeyd qrafasında “vəfat edib 01/İİİ-1988 №li 12” sözləri yazılmışdır. Quba RİHB-nm Alekseyevka İƏV üzrə nümayəndəliyinin 1991 -1995-ci illərə aid Zizi kəndi üzrə 10 saylı təsərrüfatbaşma kitabında X18 677 say təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində ümumi sahəsi 210 kv.metr, o cümlədən yaşayış sahəsi 86,4 kv.metr olan yaşayış evinin və şəxsi istifadəsində 0,19 ha torpaq sahəsin olduğu qeyd edilmişdir. X12 adının üstündən çarpaz xətt çəkilmiş və ona aid sütunun təsərrüfatın tərkibindən tamamilə çıxan təsərrüfat üzvlər haqqında qeyd qrafasında “vəfat etmişdir 23/V-1994 № 16” sözləri yazılmışdır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Alekseyevka kənd inzibati ərazi Dairəsi üzrə nümayəndəliyinin 29 avqust 2024-cü il tarixli 567 № li arayışından görünür ki, 23 may 1994-cü ildə vəfat etmiş Sirac Məmmədovun anası X14 adı Quba rayon. İHB-nın Alekseyevka İƏV üzrə nümayəndəliyinin 1991-1995-ci illərə aid Zizik kəndi üzrə 10 saylı təsərrüfatbaşına kitabında 677 saylı təsərrüfatın başçısı kimi texniki səhv olaraq X5 qeyd edilmişdir. Quba rayon İHB-nın Alekseyevka İƏV üzrə nümayəndəliyinin 1991-1995-ci illərə aid Zizik kəndi üzrə 10 saylı təsərrüfatbaşına kitabında 677 saylı təsərrüfatın başçısı kımı mülkiyyətində ümumi sahəsi 210 mv.m, o cümlədən yaşayış sahəsi 86.4 kv.m olan yaşayış evinin və şəxsi istifadəsində 0.19 ha torpaq sahəsinin olduğu qeyd edilmiş X18 23 may 1994-cü ildə vəfat etmiş X21 olmuşdur. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 4277№li arayışından görünür ki, xx.xx.2023-cü il tarixli V-948 nömrəli vərəsəlik işinə əsasən Ərizəçi xx.xx.1994-cü il tarixdə vəfat etmiş X13 vərəsəsi sırasına daxildir. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, ərizəçinin 23 may 1994-cü il tarixdə vəfat etmiş mərhum anası “X21” olduğu halda, Quba rayon İHB-nin Alekseyevka İƏV üzrə nümayəndəliyinin 1991-1995-ci illərə aid Zizik kəndi üzrə 10 saylı təsərrüfatbaşına kitabında “677 saylı təsərrüfatın başçısı X5 mülkiyyətində ümumi sahəsi 210 kv.m, o cümlədən yaşayış sahəsi 86,4 kv.m olan yaşayış evinin və şəxsi istifadəsində 0,19 ha torpaq sahəsinin olduğu” qeyd edilmiş, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 12 oktyabr 2023-cü il tarxli arayışında soyadı “Məsimova” əvəzinə səhvən «Mövsümova» kmi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında məhkəmələrə tövsiyyə edilir: “Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.” Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib məhkəmə hesab edir ki, Quba rayon İHB-nin Alekseyevka İƏV üzrə nümayəndəliyinin 1991-1995-ci illərə aid Zizik kəndi üzrə 10 saylı təsərrüfatbaşına kitabında “677 saylı təsərrüfatın başçısı X5 mülkiyyətində ümumi sahəsi 210 kv.m, o cümlədən yaşayış sahəsi 86,4 kv.m olan yaşayış evinin və şəxsi istifadəsində 0,19 ha torpaq sahəsinin olduğu” qeyd edilmiş, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 12 oktyabr 2023cü il tarixdə verilmiş arxiv arayışının 23 may 1994-cü il tarixdə vəfat etmiş mərhum X15 məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Quba rayon İHB-nin Alekseyevka İƏV üzrə nümayəndəliyinin 1991-1995-ci illərə aid Zizik kəndi üzrə 10 saylı təsərrüfatbaşına kitabında “677 saylı təsərrüfatın başçısı X5 mülkiyyətində ümumi sahəsi 210 kv.m, o cümlədən yaşayış sahəsi 86,4 kv.m olan yaşayış evinin və şəxsi istifadəsində 0,19 ha torpaq sahəsinin olduğu” qeyd edilmiş, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 12 oktyabr 2023-cü il tarixdə verilmiş arxiv arayışının 23 may 1994-cü il tarixdə vəfat etmiş mərhum X15 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar