Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2361/2021 22.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X26 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, onların etibarnamə əsasında nümayəndəsi və vəkili X20 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı miras əmlaka vərəsəlik hüququmuzun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı miras əmlaka vərəsəlik hüququmuzun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qoyan 25 mart 2018-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* seriyalı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilə bizim vərəsəlik üzrə buraxılmış müddətin uzadılması, X3 adına X38 Xidmət Mərkəzində verilmiş 04 mart 2021-ci il tarixli, V-61/2021 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizələrini onunla əsaslandırmışlar ki, ataları X13 ilə anamız X14 19 aprel 1973-cü ildə nikahlarını rəsmi qeyd etdirərək ailə qurmuşlar. Onların nikahlarından üç uşaqları olmuşdur. Onlar və qardaşları Hüseyn. Birlikdə ailəlikcə yaşadıqları dövrdə ünvan 2 ünvanında yerləşən mənzili order əsasında əldə etmişlər. Daha sonra həmin mənzili özəlləşdirmişlər. Qardaşları Hüseyn ailə qurmuş, ailəsi ilə birlikdə başqa ünvanda yaşamışdır. Atası və anası yaşlandıqdan sonra onların qeydiyyatı başqa ünvana olsa da, faktiki olaraq atasının və anasının yanında olmuşlar. Ataları 10 iyun 2014-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra anaları tək qaldığı üçün onun yanında daha çox gəlib getmişlər. Anaları 25 mart 2018-ci ildə vəfat etmiş, onun dəfn xərclərini onlar özləri çəkmişlər. Hətta analarının ölümündən sonra ondan qalmış evə onlar baxmışlar. Hal-hazırda da onlar baxırlar. Həmin evi onlar kirayəyə vermişlər. Evin kommunal xərclərini onlar ödəyər. Beləliklə qanunla anasından miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildən ibarət miras əmlakı faktiki olaraq idarə etməklə biz qəbul etmişlər. Qardaşları Hüseyn 05 mart 2019-cu ildə vəfat etmişdir. Onlar analarından qalmış miras əmlaka vərəsəlik işinin açılması üçün X38 Xidmət Mərkəzinin Notariat Ofisinə müracət etsələr də, həmin vaxtı onların mirasın qəbulu üçün müddəti buraxıldığını bildirmiş və 21 oktyabr 2019-cu il tarixli imtina məktubu vermişlər. Həmin imtina məktubu özü qanunsuzdur, ona görə ki, onlar mirası faktiki idarə etməklə qəbul etmişlər, müddəti ötürməmişlər. Onlar həmin vaxtı məhkəməyə müraciət etmək istəsələr də, üzürlü səbəbdən əvvəlcə maddi imkanı olmaması səbəbindən, sonradan isə COVİD- 19 pandemiyası ilə bağlı müraciət edə bilməmişlər. Anasından qalmış miras əmlaka dair hüquqmüəyyənedici sənəd olan çıxarışın əsli onlardadır. Bir neçə gün bundan əvvəl onlar yenidən X38 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etmiş, bu zaman onlara məlum olmuşdur ki, 2020-ci ildə ölən qardaşının oğlu vərəsəlik işi açdırmış və miras əmlaka təkbaşına vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə qismən qanunsuz hesab edirlər. Belə ki, anasının dəfn və digər xərclərini də çəkməklə onlar miras əmlakı faktiki olaraq qəbul etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, anası ölməmişdəm qabaq, anası öləndən sonra ondan qalmış miras əmlakı bacısı digər iddiaçı ilə birlikdə idarə etmişlər. Hətta kirayəyə də vermiş, kirayə pulunu da onlar alırlar. Anası öləndən sonra dəfnə başları qarışmış, qanunla mirasın qəbul edilməsi üçün 6 aylıq müddəti ötürmüş. Belə bir müddətin olmasını bilməmişlər. Bundan sonra onlar analarından qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün X38 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etmişlər. Qanunla mirasın qəbulu üçün 6 aylıq müddəti ötürdükləri üçün onlar imtina məktubu vermişlər. Lakin onlar faktiki olaraq həmin vaxtı mirası qəbul etmişlər, müddəti ötürməmişlər. Həmin vaxt Notariat Kontorunda onlara qanunun tələbi başa salınmamış, məhkəməyə müraciət etmək hüquqlarının olması barədə heç bir söz deyilməmişdir. Həmin imtina məktubundan sonra ölkədə COVİD 19 pandemiyası olduğu üçün məhkəməyə müraciət edə bilməmişlər, yalnız indi müraciət etmişlər. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə əsasında nümayəndəsi X27 məhkəməyə verdiyi izahatında bildirdi ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh X1 qanuni nümayəndəsi Qanuni nümayəndə və cavabdeh Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehinlərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 məhkəməyə verdiyi ifadəsində bildirdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tanıyır. Həmin evi onlar ona kirayə vermişlər. Qeyd edilən mənzilin iddiaçıların anasının olduğunu bilmişdir. O, iddiaçıların anasından qalmış, ünvan 1 ünvanında yerləşən mənzildə ailəsi ilə birlikdə 2019-cu ildən kirayədə qalır. Məhkəmə iddiaçıların və onların etibarnamə əsasında nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxxxxx 1975-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1976-cı il tarixdə Quba rayonunda doğulmuş, hazırda Siyəzən şəhəri, Nizami küçəsi, ev 15 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, X38 Xidmət Mərkəzinin Notariat Ofisinin 21 oktyabr 2019-cu il tarixli, 1499 nömrəli məktubundan görünür ki, İddiaçı2 və İddiaçı1 25.03.2018-ci il tarixdə vəfat etmiş X6 qalmış mirası qəbul etmək və vərəəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişlər, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbi üzürlü sayarsa, uzada biləcəyi və məhkəməyə müraciət edilməsi tövsiyyə edlmişdir. İş materiallarına əlavə edilmiş Quba RİH-nın 4 saylı Mənzil Tikinti Kooperativinin 08 sentyabr 2014-cü il tarixli, 34 nömrəli arayışından görünür ki, X2 şəhəri, M.Qorki küçəsi 24 ünvanında, 19 nömrəli mənzildə yaşamış, 5 mərtəbəli evin 5-ci mərtəbəsində 52 kv.m sahəsini tutmuş, mənzil şəraiti su, qaz, enerji və kanalizasiya xətləri vardır. X13 10.06.2014-cü il tarixdə Quba şəhərində vəfat etmiş, vəfat etdikdən sonra üç vərəsəsi (X14-həyat yoldaşı, İddiaçı1-qızı, X30-oğlu) vərəsələri qalmışdır. İş materiallarına əlavə edilmiş, X38 Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 mart 2019-cu il tarixli, AZ-İİ 001260 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 05 mart 2019-cu il tarixdə Quba şəhərində vəfat etmişdir İş materiallarına əlavə edilmiş, Quba rayon Qeydiyyat şöbəsinin 20 iyun 2014-cü il tarixli, AZ-İ 685561 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 10.06.2014cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınamz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, RX Seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ümumi sahəsi 81,1 kv.metr olan ünvan 7 ünvanında yerləşən mənzil ********** qeydiyyat nömrəli, 08.07.2017-ci il tarixli Çıxarışa əsasən X10 məxsusdur. İş materiallarına əlavə edilmiş, X38 Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 mart 2018-ci il atrixli, AZ-İ 919551 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 25.03.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba rayonu, VVAQ şöbəsi tərəfindən verilmiş 19 aprel 1973-cü il tarixli, AZ-303988 nömrəli nikah haqqında şəhadətnamədən görnür ki, X13 ilə X16 19 aprel 1973-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikaha daxil olduqdan sonra arvada Əskərova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 oktyabr 2019-cu il tarixli, AZ-T 113183 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X17 xx xxxxxx 1976-cı il tarixdə Quba şəhərində anadan olmuş, atası X13, anası X11r. İş materiallarına əlavə edilmiş Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 oktyabr 2019-cu il tarixli AZ-T 113182 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx xxxxxxx 1975-ci il tarixdə Quba şəhərində anadan olmuş, atası X13, anası X11r. İş materiallarına əlavə edilmiş, Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 yanvar 2019-cu il tarixli, 4993 nömrəli arayışdan görünür ki, X19 25.03.2018ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra onun X17 və Bağırova (Əskərova) Sevda Məzahir qızı adlı vərəsələri qalmışdır. İş materiallarına əlavə edilmiş Quba Bələdiyyəsinin 06 oktyabr 2021-ici il tarixli, 970 nömrəli arayışından görünür ki, X14 25.03.2018-ci il tarixdə vəfat etmiş və Quba şəhəri ərazisində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Dəfn xərclərini İddiaçı2 çəkmişdir. İş materiallarına əlavə edilmiş 2 saylı Regional Ərazi filialının 01 oktyabr 2021-ci il tarixli **********5 nömrəli arayışından görünür ki, İddiaçı1 mərhum anası X14 25.03.2018-ci il tarixdə vəfat etmiş və 2018-ci iln aprel ayında 330 manat məbləğində birdəfəlik müavinət İddiaçı1 verilmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsi tərəfinədn verilmiş 02 sentyabr 2019-cu il tarixli arayışdan görünür ki, X15 12 sentyabr 1974-cü ildə anadan olmuş, atası X13, anası X11r. İş materiallarında olan X38 Xidmət mərkəzində Notariat ofisi tərəfindən verilmiş 04 mart 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X7 vərəsələri X15 vərəsəsi olan Əskərov X5 Solmaz Məmməd qızına məxsus ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 80,9 kv.m, yaşayış sahəsi 53,3 kv.m, yardımçı sahəsi 27,6 k.vm olan 4 otaqlı mənzildən ibarət miras əmlak 1/1 hissə pay verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-ci maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Beləliklə,məhkəmə araşdırması zamanı sübuta yetirldi ki, X13 ilə X14 19 aprel 1973cü ildə nikahlarını rəsmi qeyd etdirərək ailə qurmuş, onların nikahlarından üç uşaqları olmuş, onlara ünvan 1 ünvanında yerləşən mənzili order əsasında verilmiş, daha sonra həmin mənzili onlar özəlləşdirmiş, həmin mənzildə iddiaçılar ataları və anaları yaşamış, ataları X13 10 iyun 2014-cü ildə, anaları X14 25 mart 2018-ci ildə vəfat etmiş, analarının dəfn xərclərini onlar çəkmiş, analarından qalmış evə anaları öldüyü vaxtdan onlar baxır, həmin evi kirayəyə vermiş, evin kommunal xərclərini ödəyərək iddiaçılar miras qoyan X7 ölümündən sonra ondan miras qalmış əmlakı faktiki olaraq idarə etməklə qəbul etmiş, qardaşları Hüseyn 05 mart 2019-cu ildə vəfat etmiş, onlar analarının ölümüdən sonra ondan qalmış miras əmlaka vərəsəlik işinin açılması üçün X38 Xidmət Mərkəzinin Notariat Ofisinə müracət etmiş, mirasın qəbulu üçün müddəti buraxıldığı barədə onalara məktub verilmişdir. Lakin sonradan iddiaçıların payının saxlanılmadan digər vərəsə X8 oğlu X4 miras qoyan X6 qalmış miras əmlaka 1/1 hissə, yəni tam payla 04 mart 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməli, miras qoyan 25 mart 2018-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* seriyalı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı1 və İddiaçı2 mirasın qəbulu üçün buraxılmış müddət üzürlü hesab edilərək uzadılmalı, X3 adına X38 Xidmət Mərkəzində verilmiş 04 mart 2021-ci il tarixli, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə . QƏT ETDİ: İddia təmin edilsin. Miras qoyan 25 mart 2018-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* seriyalı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçı1 və İddiaçı2 mirasın qəbulu üçün buraxılmış müddət üzürlü hesab edilərək uzadılsın, X3 adına X38 Xidmət Mərkəzində verilmiş 04 mart 2021-ci il tarixli, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2361/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2361/2021
22.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver