Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2363/2021 19.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “30 yanvar 2020-ci il tarixli, ******* saylı aktın və həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 30 yanvar 2020-ci il tarixli tələbnamənin, 29 iyul 2020-ci il tarixli, ******* saylı aktın və həmin akt əsasında tərtib olunmuş dəymiş ziyanın bərpasına dair 30 iyul 2020-ci il tarixli tələbnamənin ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz" istehsalat X2 Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən əsassız tərtib olunmuş 30.01.2020-ci il tarixli ******* saylı Akt və 29.07.2020-ci il tarixli № ******* saylı Akt və həmin aktlar əsasında dəymiş ziyanın bərpasına dair tələbnamələrin ləğv edilməsi və həmin tələbnamələrə əsasən hesablanmış 432 (216+216) manat məbləğində borcun onun **********00930 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Quba şəhəri 29-cu məhəllədə yerləşən yaşayış evi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Çıxarışına əsasən ona məxsusdur. Qaz paylayıcısı olan Cavabdeh ilə fiziki şəxs olan istehlakçı İddiaçı arasında bağlanmış qazın alğı-satqısı barədə müqaviləyə əsasən həmin ünvanda yerləşən yaşayış evi qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. Digər abonentlər kimi o, hər ay istifadə etdiyi qaz sərfiyyatına görə mütəmadi olaraq qaz borcunu ödəyir. Cavabdeh əməkdaşları 2019-cu ilin sentyabr ayında yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirərək, sayğacın qüsurlu olduğunu bildirdilər və sayğacı çıxarıb yerinə müvəqqəti olaraq istismara yararsız sayğac quraşdırdılar. Sonradan şikayəti əsasında qaz sayğacı yeniləndi. Bir müddətdən sonra yenidən Cavabdeh əməkdaşları 29 iyul 2020-ci il tarixdə yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirərək, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cırıq izləri olunması barədə ******* saylı Akt tərtib etmişlər. Həmin Akta əsasən Cavabdeh tərəfindən 30 iyul 2020-ci il tarixli tələbnamə tərtib olunmuş və 216 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Sonradan məlum olmuşdur ki, 2019-cu ildə baxış keçirərək çıxarıb apardıqları qaz sayğacının qüsurlu olması barədə 30 yanvar 2020-ci il tarixdə ******* saylı Akt tərtib edərək sayğacın hesablama mexanizminin qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmasını qeyd etmişlər. Həmin Akta əsasən də Cavabdeh tərəfindən 30 yanvar 2020-ci il tarixli tələbnamə tərtib olunmuş və 216 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmin aktların mövcudluğundan xəbəri olmamış, 2021-ci ilin iyun ayına kimi ona 432 manat cərimə olunmağı barədə bildiriş gəlməmişdir. 2021-ci ilin iyun ayında 432 manat borcu olması bildirilmişdir. Bundan sonra o, X4 İdarəsinə müraciət edərək həmin aktları və tələbnamələri əldə etmişdir. Həmin aktlar və tələbnamələr əsassız olaraq tərtib olunduğundan o, Azərbaycan Respublikası Energetika Nazirliyinə ərizə ilə müraciət etmişdir. Həmin müraciətini Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 Filialı araşdıraraq, ona 25 iyun 2021-ci il tarixli məktuba əsasən məhkəməyə müraciət etməyi izah olunmuşdur. O, həmin borcla razılaşmır. Həmin aktlar və tələbnamələr əsassız olaraq tərtib olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğaca ümumi baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 sərfiyyat müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2020-ci ilin yanvar ayı üzrə ******* saylı akt əsasında 216 manat, 2020-ci ilin iyul ayı üzrə ******* saylı akt əsasında 216 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Quba şəhəri, 29-cu məhəllədə 0,06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 57,6 kv.metr olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi **********97-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə 18 mart 2014-cü il tarixdə qeydiyyata alınmaqla, İddiaçı mülkiyyətindədir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 09 sentyabr 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı Quba şəhəri, 29-cu məhəllədə yerləşən yaşayış evində Elester tipli, G4T markalı, ******* nömrəli, 10032849 plomb nömrəli sayğac çıxarılmış və əvəzində Elester tipli, G4T markalı, ******* nömrəli, 10336458 plomb nömrəli sayğac quraşdırılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 30.01.2021-ci il tarixdə onun yaşadığı Quba şəhəri, 29-cu məhəllədə yerləşən mənzilində quraşdırılmış sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında Cavabdeh İB tərəfindən 30.06.2021-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Bundan başqa Cavabdeh İB-nin əməkdaşları tərəfindən 30.017.2021-ci il tarixdə İddiaçı yaşadığı Quba şəhəri, 29-cu məhəllədə yerləşən mənzilində quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında Cavabdeh İB tərəfindən 30.07.2021-ci il tarixli tələbnamə tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf akda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq ******* saylı akt əsasında 216 manat, ******* saylı akt əsasında 216 manat olmaqla cəmi 432 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. İddiaçı aktın ləğv edilməsi tələbini qoysa da mahiyyətcə borcun silinməsi barədə tələb irəli sürür. Göründüyü kimi iddiaçının prosessual məqsədi onun hesabında sayğacdan kənar hesablanmış borcun qanunsuz sayılması olduğundan borcun silinməsidir. Yən iddiaçı aktın ləğv edilməsi barədə iddia versə də (akt özlüyündə mövcuddur), məhkəmə iddianı akt üzrə nəzərdə tutulan ödəmənin silinməsi barədə iddia kimi qəbul edir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 432 manat məbləğində borc iddiaçının **********00930 saylı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********00930 saylı abonent hesabına hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc pul onun abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2363/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2363/2021
19.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver