Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2370/2021 22.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən,Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Teyyubova (Aydəmirova) Nərmin Malik qızı və Cavabdeh4 qarşı “kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyən etdim : İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Teyyubova (Aydəmirova) Nərmin Malik qızı və Cavabdeh4 qarşı “kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 10 manat məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən ödəniş qəbzini iddia ərizəsinə əlavə etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğdə dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Teyyubova (Aydəmirova) Nərmin Malik qızı və Cavabdeh4 qarşı “kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2370/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2370/2021
22.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver