Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2388/2022 27.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Xaçmaz X4 İdarəsinin Quba X3 əməkdaşları tərəfindən tərib olunmuş 31 mart 2022-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış 4320 kub.metr ziyan məbləğində borcun yəni 518,40 manat məbləğində borcun onun abonent hesabından silinməsinə dair qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Quba şəhəri Qələbə küçəsində yerləşən özünə məxsus yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi o, cavabdeh "Azəriqaz” X2 X4 İdarəsinin X7 Sahəsi ilə bağlanılan müqaviləyə əsasən yaşayış evimdə qazdan istifadə edir. X6 İstismar Sahəsinə müqavilə bağlamaq ilə əlaqədar müraciət etsə də cavabdeh orqan onunla müqavilə bağlanılmamışdır. Evində istehlak etdiyi qazın haqqını vaxtlı vaxtında ödəyir. Bir neçə ay bundan qabaq ona təqdim olunan bildirişə əsasən qaz sərfiyyatına görə borcu olmasını bilmişdir. Məsələni araşdırmaq məqsədilə X7 Şöbəsinə müraciət etməli oldu. Məlum oldu ki, 31 mart 2021-ci il tarixində Quba X3 əməkdaşları evdə olmadığı vaxtı Quba şəhərində yerləşən yaşayış evimə gəlib küçədə yerləşən qaz sayğacına baxış keçirmiş və sayğacı yenisi ilə əvəz edərək cıxıb getmişlər. Şöbədə 31 mart 2022-ci il tarixli ******* nömrəli aktı təqdim edərək imzalamağı təklif etmişlər. O, da cavabında Quba X3 əməkdaşlarına sayğaca əl vurmadığını, sayğac küçədə olduğunu, sayğacın üstü örtülmədiyini, qutuda yerləşdirilmədiyini, sayğacın heç bir qüsüru olmadığından və onun iştirakı təmin edilmədən özbaşına sayğaçı çıxarıb yenisi əvəz edilməsi qanunsuz hesab edərək aktı imzalamaqdan imtina etmişdir. Quba X3 əməkdaşları əyər akta əsasən yaranmış borcun dəyərini ödəməyə razı olmasan onun evinə verilən qaz təchizatını dayandıracağını bildirmişlər. Bütün bu hallara baxmayaraq o, evdə istehlak etdiyi təbii qazın sərfiyyata uyğun olaraq haqqını vaxtlı vaxtında ödəməyə davam edir . Lakin o, həmin borc bildirişi almamış və öz etirazını bildirmişdir. Belə ki, sayğac dəyişdirilərkən tərtib edilən akta hər hansı əzilmə müəyyən edilməmişdir. Yoxlama qaydaları pozaraq vurulan plombun yoxlama zamanı açılmasında onun iştirakı təmin edilməmişdir. Bildirir ki, o, sayğaca əl vurmamışdır. Sayğaca hər ay qaz nəzarətçisi tərəfindən baxılır sayğacın bütövlüyünü, plomblarını yoxlayır, qaz sərfiyyatnı hesablayıb ona sayğacın göstərdiyi qaz sərfiyyatı barədə bildiriş verir. Quba X3 əməkdaşları tərəfindən ötən aylar ərzində ona sayğacın və sayğac üzərindəki plombun əzilməsi, sayğacın cıxış borusunun deşilməsi barədə heç bir irad bildirilməmişdir, o, da qaz nəzarətçisinin qaz sərfiyyatı barədə verdiyi bildirişləri əsasında aybaay sərf edilən qazın pulunu ödəmişdir. Lakin Quba X3 əməkdaşları bunlara məhəl qoymayaraq təbii qazdan istifadə qaydaları pozulması haqqında akt tətib etmiş və dəymiş zyanm bərpasına dair 31 mart 2022-ci il tarixli 4320 kub. metr qazdan qanunsuz tələbnaməni təqdim etmişlər İndi də X3 əməkdaşları ondan həmin ziyan borcu tələb edirlər, əks təqdirdə mənim evimə verilən qaz təchizatını kəsəcəkləri ilə hədələyirlər. Cavabdeh "Azəriqaz” İB-nin X5 İstismarı İdarəsinin Quba X3 əməkdaşları tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt etibarsız hesab edilməli və ona əsassız hesablanmış 4320 kub. metr qazın dəyəri məbləğində borc silinməlidir. Belə ki, 28.02 2022-ci il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan müəyyən olunur ki, cavabdeh orqan yeni sayğac quraşdırdığı tarixdən bir ay keçdikdən sonra 31 mart 20022-ci il tarixli yeni sayğac quraşdırılmışdır. Bundan başqa sayğac küçədə örtüksüz vəziyyətində quraşdırılmışdır. Həmin sayğac X7 Sahəsi əməkdaşları tərəfindən qaydalara zidd quraşdırılmışdır, həm də sayğacın üzəri Quba X3 əməkdaşları tərəfindən müvafiq örtük ilə örtülmədiyi üçün Qaydaların 4.7-ci bəndinə əsasən sayğacın çıxış borusunun deşilməsinə və sair qanunsuz hərkətlər görə o - istehlakçı deyil, X7 Sahəsi cavabdehlik daşıyır. Digər tərəfdən yeni sayğacın bir aydan sonra borusunun deşilməsi ilə tərtib edilən akt xəbəri olmadan iştirakı olmadan tətrib olunmuşdur. Ona görə də Quba X3 əməkdaşları tərəfindən tətib edilmiş 31 mart 2022-ci il tarixli ******* tnömrəli qazdan istifadə qaydalarının pozulması haqqında aktı əsassız hesab edərək həmin akta imza etməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Quba şəhəri, Qələbə küçəsində yerləşən yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində **********8 nömrəli sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli ******* nömrəli aktından görünür ki, ARDNŞnın Cavabdeh İB-nin sayğacların yoxlanılması, AKT№ MSK-29/1710-01330-1 saylı rəyinə əsasən ******* saylı sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilib. Hesablama mexanizminin iş prinsipinə mane törədilib. Nəticədə 4320 m3 həcmində dəymiş ziyan hesablanmışdır; xx.xx.2022-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4320 m3 sərfiyyat hesablanmışdır; **********01410 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, 518,40 manat borc kimi qalıq və aktlar qrafasında həmin abonentin-abonent saldosuna daxil edilmişdir. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğaçın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat 40 qəpik) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 518,40 (beş yüz on səkkiz manat 40 qəpik) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc İddiaçı **********01410 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 (bir min) manatadək olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc İddiaçı **********01410 saylı abonent hesabından silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2388/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2388/2022
27.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver