Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-241/2022 01.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti Başçısı yanında qəyyumluq və himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə Ərizəçi maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonun 2-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan 19 noyabr 2002-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, onun X3 ilə birgə nikahdan 19 noyabr 2002-ci il təvəllüdlü X10 adında övladı doğulmuşdur. X11 anadangəlmə kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici tetraplegik hiperkimtik forma, spastik paraplegiya, spastik tetraplegiya qıcolma və spazm, davranış və emosiyaların qarışıq pozuntuları, prenetal səbəbli imbesillik diaqnozu ilə birinci dərəcəli müddətsiz əlil hesab olunmuşdur. Doğulduğu vaxtdan etibarən hazıradək ona özü baxır və qulluq edir. O xəstəlikləri ilə əlaqədar öz hərəkətlərini tənzimləyə bilmədiyindən başqa şəxsin köməyinə və qayğısına ehtiyacı vardır. Bəzi hallarda onun tərfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşirik. Odur ki, X6 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun tam fəaliyyət qabiliyyəti olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Quba rayon İcra Hakimiyyəti Başçısı yanında qəyyumluq və himayəçilik Komissiyasının nümayəndəsi X4 ərizəni qəbul edərək göstərmişdir ki, ərizəçinin oğlu X10 anadangəlmə kvadropledik iflic, uşaq serebral filici tetrapledik hiperkimtik forma, spastik paraplegiya, spastik tetraplegiya, qıcolma və spazm, davranış və emosiyaların qarışıq pozuntuları, prenetal səbəb imbesillik xəstəliyinə düçar olmuş, tam olaraq fəaliyyət qabiliyyəti ni itirmişdir. Bu hal iş materialları və ekspert rəyi ilə tam təsdiq olunur. Onun daim olaraq kənar şəxsin qulluğuna ehtiyacı olduğundan üzərində qəyyum təyin olunması zəruridir. Ona görə də ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA seriyalı, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X10 19.11.2002-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışdan görünür ki, X1 spastik serebral iflic, uşaq serebral iflici tetraplegik hiperkimtik forma, spastik paraplegiya, spastik tetraplegiya spazm, davranış və emosiyaların qarışıq pozuntuları, prenetal səbəbli imbesillik qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Espertiza Mərkəzi” X12-Ambulator Məhkəmə Psixatrik Ekspretizasının 04.02.2022-ci il tarixli, 265 saylı rəyindən görünür ki, X7 “UŞAQ SEREBRAL İFLİCİ İLƏ ƏLAQƏDAR AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ)” (F72) qeyd olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə, iş üzrə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, həmin sübutlarla X6 Ərizəçi oğlu olması, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması və bu halın onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas verməsi müəyyən edilir. Ona görə də X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 319-cu maddəsnə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda, onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Beləliklə, məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdəki sübutları araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 19.11.2002-ci il tarixdə anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 19.11.2002-ci il tarixdə anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-241/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-241/2022
01.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver