Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-243/2022 07.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aktların, tələbnamənin ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qaz sayğacının yoxlanılması barədə tərtib olunmuş 28 aprel 2020-ci il tarixli №MSK-29/1710-00912-2 saylı və 23 avqust 2021-ci il tarixli Aktların və dəymiş ziyanın bərpasına dair 31 avqust 2021-ci il tarixli tələbnamənin ləğv edilməsi və əsassız hesablanmış 216 manat cərimə və 80 manat qaz sərfiyyatı borcunun onun **********00830 saylı abonent hesabımdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Digah kəndində qeydiyyatda olmaqla ailəsilə birlikdə həmin kənddə yaşayır. Sonradan 2004-cü ildə Quba şəhəri, Hacıbaba Əliyev küçəsində yerləşən 2 mərtəbəli binadakı ev 34A, 1 saylı mənzili satın almış və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən Seriya RX N20734512 saylı, ********** qeydiyyat nömrəli, 18.09.2015-ci il qeydiyyat tarixli, **********49-05101-093002 Çıxarışa əsasən onun mülkiyyətindədir. Mənzil təmirsiz olduğu üçün satın aldığı vaxtdan hal-hazıradək orada yaşamamış, ailəsi ilə birlikdə Quba rayonu, Digah kəndində yerləşən yaşayış evində yaşadığından həmin evə vaxtlı-vaxtında nəzarət edə bilməmişdir. 24 dekabr 2019-cu il tarixdə saat 16:30 radələrində qeyd etdiyi mənzilə gələrkən evin bir pəncərəsinin şüşəsinin, eləcə də, binanın arxa tərəfində əsas qaz xəttinin üzərində onun evinə girən qaz borusuna birləşdirilmiş qaz sayğacının naməlum şəxs tərəfindən sındırıldığını və üzərində nəzarətçi tərəfindən bildiriş qoyulduğunu görmüşdür. Həmin bildirişdə qeyd olunan mənzilində yaşayış olmadığı halda 79,20 manat borcun olması göstərilmişdir. Bundan sonra həyat yoldaşı Adil Mirzəxanov 104 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, mütəxəssislər tərəfindən hadisə yerinə baxış keçirilərək qaz sayğacının ekran çərçivəsinin yandırılaraq müdaxilə edildiyi, sonradan borudan sındırıldığı və buna görə də onun 300 manat məbləğində cərimə ediləcəyi bildirilmişdir. Lakin sonradan məlum olmuşdur ki, qaz sərfiyyatı ilə bağlı ünvanına göndərilmiş bildirişdə əks olunan 79,20 manat borc sayğacın naməlum şəxs tərəfindən əsas qaz xəttindən sındırılması ilə borudan qazın sızması nəticəsində yaranmış, qeyd olunan sayğacın ekran çərçivəsinin üst tərəfi isə, sındırılmış borunun təmiri zamanı qaynağın istisi nəticəsində ərimişdir. Bundan sonra həyat yoldaşı DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. 05 mart 2020-ci il tarixdə cavabdeh “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları mənzilinə quraşdırılmış qaz sayğacını çıxarıb əvəzinə yenisini quraşdırmış, bu barədə 05 mart 2020-ci il tarixli ******* saylı akt tərtib etmişlər. Son vaxtlar ona qaz sərfiyyatı ilə bağlı borcunun olması bildirilmiş, qeyd olunan mənzildə yaşayış olmadığı halda həmin borcun əsassız hesablandığını bildirdikdə, ona izah edilmişdir ki, həmin borcun silinməsi üçün məhkəməyə müraciət etməlidir. Məhkəməyə müraciət etməklə əlaqədar sənədlərin surətlərini əldə edərkən ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh qaz sayğacının yoxlanılması barədə 28 aprel 2020-ci il tarixli MSK-29/1710-00912-2 Aktda qeyd olunur ki, mənzilinə quraşdırılmış sayğaca ümumi baxış keçirilmiş, plastmas qapağın yan tərəfinin əridilib, hesablama mexanizminin iş prinsipinə müdaxilə edilməsi mümkündür. 1 il sonra isə 31 avqust 2021-ci il tarixli tələbnaməyə əsasən 216 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmin borcun hesablanmasına əsas kimi 30 avqust 2021-ci il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt göstərilsə də, ona Qaz İdarəsi tərəfindən həmin aktın mövcud olmadığı bildirilərək, 23.08.2021-ci il tarixli akt digər sənədlərlə birlikdə təqdim olunmuşdur. Aktların mövcudluğundan sənədləri əldə edərkən məlumatı olmuşdur. Bundan başqa qeyd olunan mənzildə yaşamadıqları halda 80 manat məbləğində qaz sərfiyyatı borcu yazılmışdır. Qeyd olunan borcla razılaşmır. Həmin akt və tələbnamə əsassız olaraq tərtib olunmuşdur. Belə ki, naməlum şəxs tərəfindən evinə quraşdırılmış qaz sayğacının əsas qaz xəttindən sındırılması nəticəsində qazın sızması baş vermiş və qeyd olunan qaz borcu yaranmışdır. Eləcə də, qaz sayğacının ekran çərçivəsinin üst tərəfi sındırılmış borunun təmiri zamanı qaynağın istisi nəticəsində ərimişdir. Qaz sayğacının naməlum şəxs tərəfindən borudan sındırılması və təbii qazın sızması istehlakçı kimi onun təqsiri üzündən baş verməmişdir. Abonentin saldosuna nəzər saldıqda aydın şəkildə görünür ki, mənzildə yaşayış olmadığından təbii qaz sərfiyyatı da olmamışdır. Qeyd etmişdir ki, sayğac küçədə quraşdırılmış, qanunun tələblərinə uyğun kənar müdaxilələrdən qorumaq üçün müvafiq örtüklə örtülməmiş, qutuya yerləşdirilməmişdir. Bəlkə də qaz sayğacı müvafiq qutuya yerləşdirilmiş olsa idi, sayğaca zərər dəyməzdi. Bildirmişdir ki, o, qanunsuz hərəkətlərə heç vaxt yol verməz. Bundan başqa qeyd olunan mənzildə yaşamır və təbii qazdan istifadə etmir. Onun qaz sayğacına müdaxilə etməyi qeyri-mümkündür. Onun sayğaca müdaxilə etməyə heç bir ehtiyacı olmamışdır. Sayğac Cavabdeh əməkdaşları tərəfindən küçədə yaşayış binasından uzaq məsafədə əsas xəttinin üzərində üstü açıq şəkildə quraşdırılmışdır. Ona görə də hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 28 aprel 2020-ci il tarixli №MSK- 29/1710-00912-2 saylı və 23 avqust 2021 -ci il tarixli Aktlar və dəymiş ziyanın bərpasına dair 31 avqust 2021-ci il tarixli tələbnamə ləğv edilməli, hesablanmış 216 manat cərimə və 80 manat məbləğində qaz sərfiyyatı borcu onun **********00830 saylı abonent hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* saylı aktdan görünür ki, ******* nömrəli sayğacın hesablanma mexanizminin plastmas qapağı yan tərəfdən əzilib və hesablanma mexanizminin iş prinsipinə müdaxilə edilməsi mümkündür. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci ilin avqust ayı üzrə akt əsasında 216 manat məbləğində qalıq borcu vardır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 sərfiyyat müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı təbii qaz abonenti kimi qeydiyyatdadır. Cavabdeh tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, dəymiş ziyanın həcmi hesablanarkən 2160 m3 sərfiyyat müəyyən edilmişdir. 23.08.2021-ci ildə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, sayğacın hesablanma mexanizminin plastmas qapağı yan tərəfdən əzilib və hesablanma mexanizminin iş prinsipinə müdaxilə edilməsi mümkündür. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna 216,00 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının yaşayış sahəsinə qoyulmuş qaz sayğacı onun həyətindən kənarda küçə tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsi üçün küçədə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşıya bilməzdi. Cavabdeh tərəf akda qaz sayğacına şəxsən iddiaçı tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda iddiаçıyа əsаssız olаrаq 216,00 manat məbləğində əlаvə sərfiyyаt hesаblаnmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.8-ci bəndinə əsasən iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində Cavabdeh İB tərəfindən qanunsuz hesablanmış 216 (iki yüz on altı) manat məbləğində cərimənin və debitor bocuna görə 80 manat məbləğində qaz sərfiyyatı borcunun silinməsi barədə qətnamə qəbul edilməsini tələb etsə də, iş materiallarından görünür ki, 80 manat pul cavabdehin qazdan istifadə etdiyi üçün yaranan debitor borcudur. Ona görə də iddia qismən təmin edilərək, iddiaçının **********00830 saylı abonent hesabına hesablanmış 216 manat məbləğində borc pul onun abonent hesabından silinməli, iddia 80 manat qaz sərfiyyatı borcunun silinməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı **********00830 saylı abonent hesabına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc pul onun abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-243/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-243/2022
07.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver