Məhkəmə qərarları › İş №2(027)-2433/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2433/2024

03.10.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2433/2024 03.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X8 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizəylə məhkəməyə müraciət edərərək, Ərizəçi Maraqlı şəxs arasında 13 fevral 2024-cü il tarixdə Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə imzalanmış barışıq sazişinin təsdiq edilməsini, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 100 manat məbləğində pulun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 14 fevral 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuş, birgə nikahdan 22 fevral 2014-cü il təvəllüdlü X5 və 07 sentyabr 2017-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Ailə qurduğu ilk vaxtlar Maraqlı şəxs ilə münasibəti yaxşı olmuş, lakin sonradan pisləmişdir. Maraqlı şəxs aralarında olan nikahın pozulması, birgə nikahdan olan uşaqların onun himayəsinə verilməsi və aliment tələbinə dair təkliflə mediasiyaya müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni qismən mediasiya vasitəsilə həll etməyə razılaşmış və bununla bağlı onunla Maraqlı şəxs və mediator arasında mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə 13 fevral 2024-cü il tarixli üç tərəfli müqavilə və həmin tarixli də barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən 22 fevral 2014-cü il təvəllüdlü X2 atası Maraqlı şəxs himayəsində, 07 sentyabr 2017-ci il təvəllüdlü X3 isə onun himayəsində saxlanması barədə, eyni zamanda uşaqların təhsildən ayrı düşməmələri üçün onların Maraqlı şəxs yaşadığı Quba rayonu, İqriq kəndində valideynlərinə məxsus evdə yaşamalarına, uşaqların saxlanması üçün bir-birindən aliment tələb etməməyə razılıq vermişlər. Lakin barışıq sazişinin imzalanmasından 7 aydan artıq müddət keçməsinə baxmayaraq Maraqlı şəxs barışıq sazişini könüllü şəkildə icra etmir. Belə ki, o, razılaşmaya əməl etməməklə, sazişlə onun himayəsində saxlanılan 07 sentyabr 2017-ci il təvəllüdlü X6 ilə bağlı səlahiyyətlərini həyata keçirməyə, hətta himayəsində saxlanmasına razılıq verdiyi övladı Emil Xankişiyevlə görüşməsinə belə icazə vermir. O himayəsində saxlanılan övladının təlim-tərbiyəsindən təmamilə kənarda saxlayır. Hətta övladlarını, o cümlədən onun himayəsində saxlanmasına razılıq verilən övladı Emil Xankişiyevi görə bilmədiyi üçün məcbur qalıb uşaqlarla ünsiyyət tələbinə dair iddia ərizəsi ilə məhkəməyə də müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi izahatında cavabdehin barışıq sazişinin şərtlərinə əməl etmədiyini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs barışıq sazişində 22 fevral 2014-cü il təvəllüdlü X2 onun himayəsində, 07 sentyabr 2017-ci il təvəllüdlü X3 isə Ərizəçi himayəsində saxlanması müəyyən olunsa da, uşaqların onun valideynlərinin yaşadığı Quba rayonu, İqriq kəndində yaşamaları barədə razılaşdıqlarını və əsas mübahisənin uşaqları kimin yanında saxlanmaları barədə olduğunu bildirmişdir. İş materiallarında olan Quba Rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2024- cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs ilə X7 arasında 14 fevral 2013-cü il tarixdə Quba Rayon Qeydiyyatı şöbəsindən nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 25 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Xankişiyeva” soyadı verilmişdir. İş materiallarında olan Quba Rayon Qeydiyyatı şöbəsindən verilmiş xx.xx.2024- cü il tarixli arayışdan görünür ki, tərəflərin birgə nikahından 22 fevral 2014-cü il təvəllüdlü X5 və 07 sentyabr 2017-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi”nə əsasən, 1.“ Tərəflər “ birgə nikahı davam etdirməyə razılığa gəlmədilər.

2. “Tərəflər” birgə nikahdan dünyaya gələn oğlu 22 fevral 2014-cü il təvəllüdlü X2 1-ci tərəf Maraqlı şəxs himayəsində saxlanılması üçün 2-ci tərəf Ərizəçi etiraz etmir. 3.“Tərəflər” birgə nikahdan dünyaya gələn 07 sentyabr 2017-ci il təvəllüdlü X3 2-ci tərəf Ərizəçi himayəsində saxlanılması üçün 1-ci tərəf X5 etiraz etmir.

4. “Tərəflər” birgə nikahdan dünyaya gələn 07 sentyabr 2017-ci il təvəllüdlü X6, 22 fevral 2014-cü il təvəllüdlü X5 1-ci tərəf X2 yaşadığı Quba rayon İqriq kəndində valideyinlərinə məxsus evdə yaşayacaqlar.

5. “ Tərəflər “ birgə nikahdan dünyaya gələn övladları üçün bir birlərindən aliment tələb etmirlər.

6. “ Tərəflər ” barışıq sazişində olan şərtləri özləri qəbul edərək öz aralarında könüllü razılığa gəldilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, barışıq sazişinin şərtlərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməməlidir. Belə ki, sazişin 3-cü bəndində uşaqların bir valideynə məxsus evdə yaşamaları müəyyən olunsa da, sazişin 4-cü bəndində uşaqlardan birinin digər valideynin himayəsinə verilməsi müəyyən olunmuş və bununla da, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etmək mümkünsüz olmuşdur. Göründüyü kimi, “Barışıq Sazişi”nin 3-cü və 4-cü bəndlərdəki şərtlər uyğunsuz olmaqla qanuna ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsin əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilər. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qeyd edilən Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin təqdim etdikləri barışıq sazişinin şərtləri qanuna zidd olmaqla, tərəflərin mənafeyinə uyğun olmadığından, həmin barışıq sazişinin təsdiq edilməsi barədə ərizə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Ərizəçi ilə Maraqlı şəxs arasında 13 fevral 2024-cü il tarixdə Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə imzalanmış barışıq sazişinin təsdiq edilməsi, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 100 manat məbləğində pulun Maraqlı şəxs alınaraq Ərizəçi verilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar