Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2434/2021 08.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X28 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi » tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək, 03.08.1997-ci il tarixdə vəfat etmiş anası X4 qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228.1 kv.m olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət gecikdirməyinin səbəbi üzrlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 və İddiaçı2 iddia ərizələrini onunla əsaslandırmışlar ki, X2 ilə ataları X23 1934-cü ildə rəsmi nikahlarını qeyd etdirərək ailə qurmuşlar. Atası ilə anasının birgə nikahından Bəşarət, Ədalət, Cabbar, Şəriyə, Məmmədrza, Əhməd adlı uşaqları anadan olmuşdur. X2 03 avqust 1997-ci ildə, ataları X23 isə 20 avqust 1992-ci ildə vəfat etmişlər. Həmin evdə atasının ölümündən sonra anası yaşamış, anası tək qaldığından, onlar ailə qurub ayrı-ayrı ünvanlarda yaşasalar da, daha çox anasının yanında gedib gəlmişlər. Anaları Xədicə 03 avqust 1997-ci ildə vəfat etdikdə, onun dəfn xərclərini çəkmiş, onun yas mərasimini təşkil etmişlər. Atası ilə anası anasının atası X10 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 228.1 kv.m torpaq sahəsində yerləşən bir mərtəbəli evdə yaşamış, onlar həmin evdə doğulmuşlar. Həmin ev anasına Qusar rayon Notariat Kontorundan verilmiş 07 iyun 1984-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qalmışdır. Anasının ölümündən sonra ondan qalmış evə daimi olaraq getmişlər və evdə günlərlə qalmışlar. Evi onlar idarə edir, qazın, elektrin enerjisinin və suyun pulunu ödəyərlər. Onlar hər gün o evə gedirlər. Beləliklə anasının ölümündən sonra ondan qalmış miras əmlakı faktiki olaraq idarə edərək qəbul etmişlər. Lakin qanunu bilməməzlikdən anaları Xəticə Həsənova vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməmişlər. Belə ki, hazırda onlar analarından miras qalan payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional "ASAN xidmət" mərkəzinin notariat ofisinə müraciət etsələr də, oradan onlara qanunla müəyyən edilmiş müddəti buraxdığım üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyin məqsədə müvafiq olduğu qeyd edilmişdir. Məhkəmədə İddiaçı1 və İddiaçı2 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs Cavabdeh nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 08.10.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş nkahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X16 arasında 23.11.1977-ci il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra X11 “Salmanova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. Onun atası X20, anası isə X5r. İş materiallarına əlavə edilmiş Quba rayon Qeydiyyat Şöbəsinin 26.10.2021-ci il tarixli arayışından görünür ki, X6 30.11.1936-cı ildə anadan olmuşdur. Onun atası X20, anası isə X5r. İş materiallarına əlavə edilmiş Quba rayon Qeydiyyat Şöbəsinin 26.10.2021-ci il tarixli arayışından görünür ki, X6 20.06.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 20.08.1992-ci il tarixdə Xaçmaz rayonu, Susayqışlaq kəndində vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. Onun atası X20, anası isə X5r. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 23.08.2002-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 28.09.2021-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyinin 27.10.2021-ci il tarixli arayışından görünür ki, X18 03.08.1997-ci il tarixdə, X23 20.08.1992-ci il tarixdə vəfat etmişdir. Onların vəfatından sonra – İddiaçı1 (doğum tarixi- xx.xx.1947-ci il), İddiaçı2 (doğum tarixi xx.xx.1950-ci il) vərəsələri qalmışdır. Mərhumların digər övladları X21 23.08.2002-ci ildə vəfat etmiş, X17 28.09.2021-ci ildə vəfat etmiş, X12 26.06.2009-cu ildə vəfat etmiş, X24 isə 08.10.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 03.08.1997-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X14 arasında 07.09.1973-cü ildə nikah bağlanmışdır. Nikahdan sonra X7 “Məmmədyarova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 04.02.1951-ci ildə vəfat etmiş X10 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228.1 kv.m olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi vərəsəlik hüququ üzrə X8 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228.1 kv.m olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin komunal ödənişləri və vergi ödənişləri İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmişdir. İş materiallarına əlavə olunmuş Quba Regional “ASAN XİDMƏT” Mərkəzində qeydiyyat şöbəsinin 27.10.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı2 qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, ona sahiblik etməsi barədə sübutlar təqdim etməmişdir. Ona görə də, İddiaçı2 həmin faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və evin texniki pasportuna əsasən 04.02.1951-ci ildə vəfat etmiş X10 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228.1 kv.m olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi vərəsəlik hüququ üzrə X8 mülkiyyətinə verilmişdir. İddiaçıların atası X23 20.08.1992-ci il tarixdə, anası X18 03.08.1997-ci il tarixdə vəfat etmişlər. İddiaçı1 və İddiaçı2 mərhum anası X4 qalmış miras əmlaka dair vergiləri ödəmiş, təsərrüfatı onlar idarə etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 qanunu bilməməzlikdən və savadsızlıqdan anaları vəfat etdikdən sonra notariat kontorunda miras qəbul edilməsi barədə ərizə verməmişdir. X1 qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən və qanunla müəyyən edilmiş müddətdə buraxdığı üçün miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan SSR Mülki Məcəlləsinin (11.09.1964-cü ildən – 01.09.2000-ci ilədək qüvvədə olmuş) 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik də - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar vərəsə ola bilən vətəndaşlardır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənlər) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Həmin maddə də göstərilən hərəkətlər, vərəsəlik açılan gündən 06 ay ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aya qədər uzadılmalıdır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün həmin Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri, üzürlü hesab edildikdə məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda mirası qəbul etmək müddətinin keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanılmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 göstərdiyi hallar, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və evin texniki pasportuna əsasən 04.02.1951-ci ildə vəfat etmiş X10 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228.1 kv.m olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi vərəsəlik hüququ üzrə X4 qalmış mirasın (ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228.1 kv.m olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi) qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti gecikdirməsi səbəbi üzürlü sayılaraq uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar iddiaçılar İddiaçı1 və İddiaçı2 anası 03.08.1997-ci ildə vəfat etmiş X4 qalmış mirasın (ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 228.1 kv.m olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi) qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti gecikdirməsi səbəbi üzürlü sayılaraq uzadılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2434/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2434/2021
08.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver