Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2443/2025 01.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsilə müraciət edərək, AR Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında Qərarına əsaslanaraq Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Xaçmaz X3 İdarəsinin Quba XSnın nin əməkdaşları tərəfindən tərtib edilən 29 oktyabr 2020-cü il tarixli ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT-ın etibarsız hesab edilməsi və əsassız hesablanmış 2160 kub.metr 216 manat ziyan məbləğində borcun **********00660 nömrəli abonent hesabımdan silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən mərhum anasına məxsus vəsiyyətnamə ilə ona vəsiyyət olunan evdə ailəsi ilə birgə yaşayır. xx.xx.2020-ci il tarixində ******* nömrəli aktla istismar müddəti bitmiş sayğac yenisi ******* nömrəli sayğac ilə əvəz edilmişdir. 12628800 nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2020-ci il tarixində “Azəriqaz" İB- nin Xaçmaz RQİİ-nin və Quba Xidmət sahəsinin əməkdaşları xəbəri olmadan evə gələrək küçədə quraşdırılmış sayğacı çıxarmaqla, yeni 12628800 nömrəli sayğac quraşdırılmışdır və quraşdırmış “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* nömrəli akt tərtib etmişlər. 2025-cü ilin iyul ayının sərfiyyatını ödəmək istədikdə ona borcunun olduğu bildirildi. Məsələni araşdırmaq məqsədilə borcun yaranma səbəbini öyrənmək üçün abonent saldosunu aldı. Məlum oldu ki, onun iştirakı olmadan istifadəsində olan sayğac dəyişdirilmiş müvafiq aktlar tərtib edilmişdir. Həmin ******* nömrəli aktdan məlum olur ki, istifadə etdiyi ******* nömrəli 29 oktyabr 2020-cü il tarixli sayğac üzrə 2160 m-3 ziyan hesablanmışdır. Həmin aktlardan və əlavə edilən tələbnamələrdən məlum olur ki, sayaca baxış zamanı guya istismar etdiyi sayğacın qapağıyan tərəfdəndeşici alətlə deşilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları"nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış alqı-satqı barədə müqavilənin 2.2.4cü bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən olunmuş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən ondan 2160 m-3 miqdarında dəymiş ziyan tələb edilir. Bildirir ki, o sayğaca əl vurmamışdır. Sayğaca hər ay qaz nəzarətçisi tərəfindən baxılır sayğacın bütövlüyünü, plomblarını yoxlayır, qaz sərfiyyatını hesablayıb ona sayğacın göstərdiyi qaz sərfiyyatı barədə bildiriş verir. X5 Sahəsinin əməkdaşları tərəfindən ötən aylar ərzində oan sayğaçın üzərindəki plastmas qapağın deşilməsi barədə heç bir irad bildirilməmişdir, o da qaz nəzarətçisinin qaz sərfiyyatı barədə verdiyi bildirişləri əsasında, həmçinin borcu öyrənməklə sərf edilən qazın pulunu ödəmişdir. Akt barədə ona məlumat verilməmiş və guya mən aktı imzalamaqdan imtina etmişdir. Lakin X5 Sahəsinin əməkdaşları bunlara məhəl qoymayaraq təbii qazdan istifadə qaydaları pozulması haqqında akt tərtib etmişlər. Həmin sayğac X5 Sahəsi əməkdaşları tərəfindən qaydalara zidd quraşdırılmışdır, həm də sayğacın üzəri X5 Sahəsinin əməkdaşları tərəfindən müvafiq örtük ilə örtülmədiyi üçün Qaydaların 4.7-ci bəndinə əsasən qanunsuz hərəkətlərinə görə o- istehlakçı deyil, X5 Sahəsi cavabdehlik daşıyır. “Qaz təchizatı haqqında “ AR Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıçı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). AR Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qazdan istifadə qaydaları haqqında qərarın 4.2-ci bəndində qeyd olunmuşdur ki, qaz sayğacı ilə təchiz edilmə , onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirimişdir ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Həmin akt üzrə hesablanmış borc əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh İB qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan: -Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent Sədi Kərimovun adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı Akta əsasən abonentin mənzilinə baxış keçirərkən sayğacın hesablama mexanizminin plastmas qapağı yan tərəfdən deşici alətlə deşilib qeyd edilmişdir. - dəymiş ziyanın bərpasına dair 30 oktyabr 2020-ci il tarixli, təlabnamənin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı **********00660 saylı abonent kodu üzrə 2160 m3 həcmində qaz itkisi hesablanmışdır. - abonent saldosundan göründüyü kimi, ünvan 3 ünvanda yerləşən İddiaçı məxsus evə aid **********00660 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 216 manat borc hesablanmışdır. -Quba Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 05 may 2003-cü il tarixli, AZ-İ seriyalı, 025877 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir (iddiaçının atası). -xx.xx.2020-ci il tarixdə Xaçmaz RQİİ ilə İddiaçı arasında Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. -“Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 2 ünvanda yerləşən, Sədi Nərimanova məxsus fərdi yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində yeni sayğac quraşdırılmışdır; İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 216 manat məbləğində vurulmuş ziyan hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacına qoşulma halı təsdiqini tapsada məhz müvafiq inzibati araşdırmanın aparılmamışdır. Belə ki, Qazın talanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının və cinayət təqibi orqanının qərarı olmadan və ya bu məhkəmənin qərarı ilə təsdiq edilmədən şəxsi təqsirli hesab edərək borc yazılması yolverilməzdir. Eyni zamanda adıçəkilən qanunvericilik aktlarında nəzərdə tutulduğu qaydada iş üzrə hər hansı inzibati araşdırma aparılmamışdır. İnzibati araşdırmanın olmaması artıq iddia tələbinin əsaslı olub-olmamasına qiymət vermək üçün kifayət edir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. Beləliklə Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamə ləğv olunsun və həmin tələbnaməyə əsasən hesablanmış 216 manat məbləğində borc **********00660 saylı abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamə ləğv olunsun və həmin tələbnaməyə əsasən hesablanmış 216 manat məbləğində borc **********00660 saylı abonent hesabından silinsin. 30 manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia aktın ləğv olunması hissəsində təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2443/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2443/2025
01.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver