Məhkəmə qərarları › İş №2(027)-246/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-246/2020

06.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-246/2020 06.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı X3 və Cavabdeh2 iştirakı ilə İddiaçı X3 və cavabdehlər Quba bələdiyyəsi və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhərində Rayon Mərkəzi Xəstəxanasının giriş tərəfində yerləşən, “xxxxxxxxxxx” Quba rayon istehsal - istehlak kooperativi Quba rayon ictimai iaşə Müəssisələri Birliyinə məxsus və xx.xx.1975-ci İldən onun istifadəsinə verilmiş yeməkxanaya bitişik olan, üzərində yeməkxananın tualeti yerləşən 80 kv metr boş bələdiyyə torpaq sahəsinin Cavabdeh2 satılmasına dair xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə protokolun və hərracın nəticələrinin, həmin hərracla əlaqəli Quba bələdiyyəsinin qərarının və “alqı-satqı müqaviləsi” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı X8 iddia tələbini müdafiə edərək göstərdi ki, “xxxxxxxxxxx” Quba rayon istehsal - istehlak kooperativi Quba rayon ictimai iaşə Müəssisələri Birliyinin xx.xx.2019-cu il tarixli № 10 saylı arayışından göründüyü kimi xx.xx.1975-ci ildə kooperativin Quba rayon ictimai iaşə Müəssisələri Birliyində əmək fəaliyyətinə başlayaraq uzun illər Quba şəhərində rayon mərkəzi xəstəxanasının giriş tərəfində yerləşən, birliyin balansında olan obyektin (yeməkxananın) maddi məsul şəxsi-müdiri işləyərək xx.xx.2017-ci il tarixdən həmin obyektin icarəçisidir. Bundan başqa, yeməkxana onun istifadasinə verilərkən onunla bitişik olan, üzərində yeməkxananın tualeti yerləşən 80 kv metr boş torpaq sahəsi də faktiki onun istifadəsinə verilmişdir. xx.xx.1975-ci ildən, “xxxxxxxxxxx” Quba rayon istehsal - istehlak kooperativi Quba rayon ictimai iaşə Müəssisələri Birliyinə məxsus Quba şəhərində, rayon mərkəzi xəstəxanasının giriş tərəfində yerləşən, birliyin balansında olan obyektin (yeməkxananın) və ona bitişik olan, üzərində yeməkxananın tualeti yerləşən 80 kv metr boş torpaq sahəsinin 44 (qırx dörd) il vicdanlı sahibidir, həmin dövr ərzində həmin əmlaka öz mülkiyyəti kimi sahiblik edərək təsərrüfatı idarə etmişdir. Quba şəhər sakini Fərhad adlı şəxs həmin torpaq sahəsinin bələdiyyə tərəfindən ona satıldığını iddia edərək ona qarşı qeyri-rəsmi əmlak mübahisə qaldırdığından məsələ ilə bağlı cavabdeh Quba bələdiyyəsinə yazılı müraciət etmişdir. Bələdiyyənin xx.xx.2019-cu il traixli № 336 saylı məktubundan göründüyü kimi bələdiyyənin mülkiyyətində olan həmin torpaq sahəsi xx xxxxxx 2018-ci il tarixdə hərrac yolu ilə Cavabdeh2 satılmışdır. Quba Rayon Mərkəzi Xəstəxanasının giriş tərəfində yerləşən yeməkxanaya bitişik olan, üzərində yeməkxananın tualeti yerləşən 80 kv metr boş torpaq sahəsinin Cavabdeh2 satılmasına dair xx.xx.2018-ci il tarixli hərracın nəticələri ləğv edilməli, həmin torpağın satışı ona təklif olunmalı, torpaq sahəsinin satılmasına dair hərraca o, dəvət olunmalıdır. xx.xx.1975-ci ildən onun qanuni istifadəsində olan “xxxxxxxxxxx” Quba rayon istehsal - istehlak kooperativi Quba rayon ictimai iaşə X5 Rayon Mərkəzi Xəstəxanasinin giriş tərəfində yerləşən, birliyin balansında olan obyektə (yeməkxanaya) bitişik olan, üzərində yeməkxananın tualeti yerləşən və üzərində tərəfimdən 2000-ci il tarixdə əkilmiş meyvə ağacları olan 80 kv metr boş torpaq sahəsinin ilkin olaraq ona təklif olunmadan Cavabdeh2 satılması qanunsuz və əsassızdır, həmin torpaq sahəsinin Cavabdeh2 satılmasına dair xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə protokol və hərracın nəticələri, həmin hərracla əlaqəli Quba bələdiyyəsinin qərarı və “alqı-satqı müqaviləsi” etibarsız hesab edilməlidir. Cavabdehdən xx.xx.2018-ci il tarixli hərrac protokolunun və həmin protokolla əlaqəli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətinin ona təqdim edilməsini xahiş etsə də, sonuncu həmin sənədlərin onunla hüquqi əlaqəli olmadığını əsas göstərərək sənədlərin təsdiq olunmuş surətlərini ona təqdim etməkdən imtina etmişdir. xxxxxxxxxxx Quba rayon istehsal istehlak koperatiyi Quba rayon ictimai iaşı Müəssisələri birliyinin xx xxxx 2019-cu il tarixli №10 saylı arayışının notariat kontorunda təsdiq edilmiş surətindən göründüyü kimi o, xx.xx.1975-ci ildə kooperativin Quba rayon ictimai iaşə Müəssisələri Birliyində əmək fəaliyyətinə başlayaraq uzun illər Quba şəhərində rayon mərkəzi xəstəxanasının giriş tərəfində yerləşən, birliyin balansında olan obyektin (yeməkxananın) maddi məsul şəxsi-müdiri işləyərək xx.xx.2017-ci il tarixdən həmin obyektin icarəçisidir. Həmin obyekt 1980-ci illərdə həmin ünvanda qanunamüvafiq tikilmişdir. O, uzun illər ərzində həmin obyektdən istifadə etmiş, obyekti qoruyub mühafizə etmiş, öz şəxsi vəsaiti hesabına obyekti təmir etmişdir, obyekdin ətrafında abadlıq işləri aparmışdır. Yeməkxananın hazırda adı “Ruslan”-dır. Bundan başqa, yeməkxana onun istifadasinə verilərkən onunla bitişik olan, üzərində yeməkxananın tualeti yerləşən 80 kv metr boş torpaq sahəsi də faktiki onun istifadəsinə verilmişdir. Həmin yeməkxanadan istifadə etdiyi müddət ərzində, 1980-ci il tarixdən iaşə xidmətinin tələbatının həyata keçirilməsi ilə əlaqədar zərurət yarandığından “Ruslan” yeməkxanası ilə bitişik olan həmin 80 kv metr torpaq sahəsindən faktiki istifadə edərək, oranı daş-kəsəkdən təmizləmiş, Quba rayonunun kənd ərazilərinin otlaq torpaq sahələrindən torpağın üst otlaq qatlarını kəsib çıxardaraq yeməkxanaya bitişik həmin torpaq sahəsinə düzərək sahəni yaşıllığa çevirmiş, təxminən 2000-ci il tarixdə həmin torpaq sahəsində meyvə ağacları əkmişdir (alça, göyəm, gavalı, fındıq). Hazırda həmin meyvə ağacları meyvə verir. Bələdiyyələr yarandığı vaxtdan mövcud olan Quba bələdiyyəsi, onun tərəfindən həmin torpaq sahəsindən istifadə etməyinə etiraz etməmiş, bu barədə ona qarşı heç bir irad bildirməyərək susmuşdur. Bununla da cavabdeh həmin torpaq sahəsindən onun istifadə etməyinə razılığı açıq nümayiş etdirmişdir. Göstərilənləri nəzərə alaraq, Quba şəhərində Rayon Mərkəzi Xəstəxanasının giriş tərəfində yerləşən, “xxxxxxxxxxx” Quba rayon istehsal - istehlak kooperativi Quba rayon ictimai iaşə Müəssisələri Birliyinə məxsus və xx.xx.1975-ci İldən onun istifadəsinə verilmiş yeməkxanaya bitişik olan, üzərində yeməkxananın tualeti yerləşən 80 kv metr boş bələdiyyə torpaq sahəsinin Cavabdeh2 satılmasına dair xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə protokolun və hərracın nəticələrinin, həmin hərracla əlaqəli Quba bələdiyyəsinin qərarının və “alqı-satqı müqaviləsi” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etməyərək, bildirdi ki, Quba şəhəri ərazisində yerləşən ümumi sahəsi 0,008 ha olan torpaq sahəsi tam mülkiyyət üzrə ona məxsusdur. Belə ki, həmin torpaq sahəsini ona X1, o da həmin torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Qeyd etdikləri ilə bağlı sənədləri məhkəməyə təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəməiddiaçı X4 və Cavabdeh2dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 336 saylı məktubundan göründüyü kimi bələdiyyənin mülkiyyətində olan Quba şəhəri ərazisində yerləşən 0,008 ha (80 kv.metr) torpaq sahəsi xx.xx.2018-ci il tarixdə hərrac yolu ilə Cavabdeh2 satılmışdır. İş materiallarında olan Quba bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 429 saylı məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, Quba şəhəri ərazisində yerləşən 0,008 ha torpaq sahəsi daşınmaz əmlakın xx.xx.2018-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. İş materiallarında olan daşınmaz əmlakın AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X2 şəhəri ərazisində yerləşən ümumi sahəsi 0,008 ha olan torpaq sahəsini Cavabdeh2 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Quba şəhəri ərazisində yerləşən ümumi sahəsi 0,008 ha olan torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, sübuetmə yükü baxımından iddiaçı X6 “xxxxxxxxxxx” Quba rayon istehsal - istehlak kooperativi Quba rayon ictimai iaşə Müəssisələri Birliyinə məxsus və özünün istifadəsində olan Quba şəhəri ərazisində yerləşən ümumi sahəsi 0,008 ha olan torpaq sahəsinin Cavabdeh2 qanunsuz olaraq satıldığını göstərsə də, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X3 və cavabdehlər Quba bələdiyyəsi və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar