Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2474/2021 08.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Yüzbaşiyev Rasim Bayram oğlunun iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1527 KOD 30320018 nömrəli Dövlət Aktının o, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-1527 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən ona Ərizəçi kənd təsərrüfatı məqsədi ilə 0,28 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-1527 KOD 30320018 nömrəli Dövlət Aktında Ərizəçi əvəzinə səhvən Ərizəçi Bahadır oğlu kimi, yəni ata adı Bayram əvəzinə Bahadır kimi yazılmışdır. O, Dövlət Aktında qeyd olunmuş ata adında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət müraciət etsə də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********58 nömrəli 01 noyabr 2021-ci il tarixli imtina məktubu almışdır. Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmir və o, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayənədəsi Ərizəçi nümayəndəsi Yüzbaşiyev Rasim Bayram oğlu ərizəni müdafiə edərək ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-1527 KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X1 görünür ki, Ərizəçi Bahadır oğlunun mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə 0,28 hektar torpaq sahəsi verilmişdir, həmin dövlət aktında Ərizəçi ata adı “Bahadır” kimi qeyd olunmuşdur. İş materiallarında olan 08 avqust 1976-cı il tarixdə verilmiş İV-JQ seriyalı, 270930 №li, doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçi xx.xx.1976-cı il tarixdə anadan olmuş, şəhadətnaməndə ərizəçinin soyadı, adı və atasının adı Ərizəçi kimi göstərilmişdir. İş materiallarında olan Quba RİHB-nın 2-ci Nüəgid kənd İƏD üzrə nümayəndəsinin 16 sentyabr 2021-ci il tarixli, 1235 saylı arayışından görünür ki, Torpağa Mülkiyyət Hüququna Dair KOD 30320018 JN-1527 nömrəli Dövlət Aktında texniki səhv olaraq Ərizəçi Bahadır oğlu kimi yazılmış, doğru yazılış Ərizəçidur. İş materiallarında olan 14.02.2015-ci il tarixdə verilmiş AZE seriyalı, 00****** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı, soyadı atasının adı müvafiq olaraq Ərizəçidur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 01.11.2021-ci il tarixli, **********58 №li məktubundan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-1527 KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X2 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə JN-1527 KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X3 əsasında Ərizəçi mülkiyyətinə 0,28 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında Ərizəçi ata adının «Bayram» əvəzinə səhvən «Bahadır» kimi qeyd olunması, hüquqmüəyyənedici sənəd olan JN-1527 KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X2 ərizəçinin adının (soyadının, adının və atasının adının) onun şəxsiyyət vəsiqəsində göstərilən adı (soyadı, adı və atasının adı) ilə düz gəlməməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan Torpağa Mülkiyyət Hüququna Dair JN-1527 seriyalı, KOD 30320018 saylı Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan Torpağa Mülkiyyət Hüququna Dair JN-1527 seriyalı, KOD 30320018 saylı Dövlət Aktının AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2474/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2474/2021
08.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver