Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2511/2025 08.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvandakı 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evindən, eləcə də, Quba şəhəri, 32-33-cü kvartalda yerləşən 0,04 torpaq sahəsindən ona düşən ½ hissədə məcburi payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışlar ki, xx.xx.1957-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. X1r. Anası xx.xx.2017-ci il tarixdə ünvan 2 ünvanda 0.10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi miras qalmışdır. Bundan başqa anası X2 Quba şəhəri 32-33-cü kvartalda yerləşən 0.04 ha torpaq sahəsi də miras qalmışdır. xx.xx.2024-cü il tarixdə X16 xidmət mərkəzinin notariat ofisi tərəfindən ona vərəsələr sırasına daxil edilməyi barədə rəsmi arayış təqdim edilmişdir. Cavabdeh ilə aralarında mübahisə olduğundan notarius ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir və o buna görə məcbur qalaraq cavabdeh ilə aralarında olan mübahisəni məhkəmə müstəvisinə keçirməli oldu. Belə ki, qeyd edilən miras əmlaklara anası X6 Cavabdeh sağlığında 06 may 2008-ci il tarixdə vəsiyyətnamə vermişdir. O, anasının tək övladıdır və anası cavabdehə vəsiyyətnamə verməsə idi miras əmlak tam həcmdə ona çatmalı idi. Nə qədər ki, mərhum anası Cavabdeh əlində vəsiyyətnamə vardır, belə olan halda miras əmlaklar cavabdeh ilə onun arasında ½ hissədə olmaqla aralarında bərabər bölünməlidir. Quba rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Belə ki, o məcburi payın alınması üçün notariat ofisinə müraciət etməmişdir. 16 avqust 2025- ci il tarixli Quba regiolan asan xidmət mərkəzində notariat ofisinin məkrubundan görünür ki, notarius ona məcburi payın verilməsindən, vərəsələr arasında mübahisə olduğundan imtina etmişdir. İddiaçı iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, miras qalmış bütöv əmlakda onun məcburi payı var, ona görə də anası X2 miras qalmış bütün daşınmaz əmlakda bütövlükdə onun məcburi payını müəyyən edərək qətnamə qəbul ediıməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq, hazırki işlə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbinin əsasını dəyişməsini qanunauyğun sayır. II. Tərəflərin mövqeyi: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkili Nümayəndə iddia tələbini müdafiə etdiyini, bütün əmlakda İddiaçı ½ payı olduğunu bildirmiş və tələbin təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, hər iki torpaq sahəsi ona vəsiyyət olunmuşdur, 10 sot mübahisəli deyildir, 4 sot torpaqda ev tikilib. Həmin yeri Gülzar bibisi satıb, ancaq rəsmiləşdirilməyib. İddianı əsassız hesab edir, rədd olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə maraqlı tərəf X16 Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. III. İşin faktiki halları: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X8 xx.xx.1957-ci ildə doğulmuşdur. X1r; -ölüm haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə ölmüşdür; -Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 3038 №li arayışından görünür ki, X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsəsi İddiaçı qalmışdır; -Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 496 №li məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli V-1 nömrəli vərəsəlik işinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi sırasına daxildir. -X16 Xidmət Mərkəzində Notariat Kontorunun İddiaçı ünvanladığı 16 avqust 2025-ci il tarixli 4137№li məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddətini ötürdüyündən, mirasa faktiki sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən, əmlakın hüquqmüəyyənedici sənədlərini təqdim edə bilmədiyindən və vərəsələr arasında mübahisə olduğundan sizə məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır; -Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəsinin 22 iyun 2000-ci il tarixli, 20№li sərəncamından görünrü ki, X11 idarəsinə məxsus olan mərhum X7 istifadə etdiyi 10 sot torpaq sahəsi həyat yoldaşı X3 adına rəsmiləşdirilməsi qərara alınmışdır. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən Quba şəhəri Sahil 4 ünvanında fərdi yaşayış evi tam payla X5 məxsusdur. -Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 23 fevral 2024-cü il tarixli 3- 48-DA-6F12-14-2xx-xx/2024 №li Arxiv çıxarışından görünür ki, Quba şəhər X13 İcraiyyə Komitəsinin 14 fevral 1989-cu il tarixli, 2/10 nömrəli qərarına əsasən X5 RİK-in memarlıq şöbəsindən layihə smeta sənədlərini aldıqdan, rayondakı texniki-inventar bürosu ilə müqavilə bağladıqdan sonra fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. -xx.xx.2008-ci il tarixli vəsiyyətnamədən görünür ki, X6 ona ölən günədək ona məxsus olan Quba şəhəri, 32-33-cü kvartalda yerləşən 400 kv.metr torpaq sahəsini və bütün əmlakını Cavabdeh vəsiyyət edir. -xx.xx.2024-cü il tarixli X16 Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 5458№li İddiaçı ünvanlanmış məktubundan görünür ki, mirsaın qəbulu müddətini ötürdüyündən, mirasa faktiki sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən, əmlakın hüquqmüəyyənedici sənədlərini təqdim edə bilmədiyindən və vərəslər arasında mübahisə olduğundan ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. - Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, X3 adına Quba şəhəri Sahil küçəsi 4 saylı ünvana dair texniki pasport tərtib edilmişdir. -Azərbaycan Respublikası Milli Arxiv idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 19 noyabr 2025-ci il tarixli 3-48-DA-6F/2-5xx-xx/2025 №li Arxiv Çıxarışından görünür ki, Quba şəhər X13 İcraiyyə Komitəsinin 14 fevral 1989-cu il tarixli, 2/10 nömrəli qərarına əsasən X5 Quba şəhəri, 32-33-cü kvartaldan fərdi yaşayış evi tikmək üçün 400 kv.metr torpaq sahəsi verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı X14 01 oktyabr 3-21-3-34/2-13363/2025 saylı məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş Quba şəhər sakini X3 adına Quba şəhəri, Sahil küçəsi ev 4 ünvanında yerləşən fərdi yaşayış evi aşkar edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə müəyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, məhkəmə təhqiqatı zamanı X2 miras qalan əmlaka İddiaçı ½ hissədə pay hüququ tanınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 1133.1- ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2- ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1- ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2- ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1134.3- maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)... 1193-cü maddəyə əsasən Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1195-ci maddəyə əsasən Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1196-cı maddəyə əsasən Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında adları şəkilən sənədlər hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Mülki qanunvericilikdə mirasda məcburi paya verilmiş anlayışın vərəsəlik hüququnun əsas prinsiplərindən olan məcburi vərəsələrin hüquq və mənafelərinin təmin edilməsi və ailə-təminat prinsipləri baxımından təhlil edilməsi həmin institutun mahiyyətinin, eləcə də bu hüququ əldə edən şəxslərin onu reallaşdırması qaydalarının dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Göründüyü kimi Gülzar Qurbanova öz əmlakını bütövlükdə Cavabdeh vəsiyyət etmişdir. Onun 1-ci dərəcəli vərəsəsi olaraq yalnız bir qızı İddiaçı qalmışdır. Əri vəfat etmiş, başqa övladı isə yoxdur. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı anası X2 miras qalmış əmlaka münasibətdə ½ hissədə məcburi payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı anası X2 miras qalmış bütün əmlaka münasibətdə ½ hissədə məcburi payı müəyyən edilsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2511/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2511/2025
08.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver