Məhkəmə qərarları › İş №2(027)-2536/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2536/2021

27.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2536/2021 27.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN:1279 Kod 30319018 saylı Torpağa Mülkiyyət X1r- Ərizəçi1 və Ərizəçi2 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə onlar- Ərizəçi1 və Ərizəçi2 Quba rayonu, 1-ci Nügədi kəndi ərazisindən 0,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və adlarına JN:1279 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X12 verilmişdir. Dövlət Aktında Ərizəçi1 soyadı və adı düzgün olaraq yazılmış, lakin atasının adı Hüseynqulu əvəzinə səhvən Həzrətqulu kimi, Ərizəçi2 adı və atasının adı düzgün olaraq Samirə Fərhad qızı qeyd olunsa da, soyadı Hacıyeva əvəzinə səhvən anasının qızlıq soyadı olan Umaratova soyadı ilə qeyd olunmuşdur. Halbu ki, şəxsiyyətini müəyyən edən hüquqmüəyyənedici sənədlərdə soyad, ad və ata adı Ərizəçi1 və Ərizəçi2 qeyd olunmuşdur. Bu fakt ərizələrinə əlavə etdiyi doğumun qeydə alınması barədə arayışlar, şəxsiyyət vəsiqələri və Quba RİHB-nm 1-ci Nügədi İƏD üzrə nümayəndəliyinin 967 saylı 02 noyabr 2021-ci il tarixli arayışı ilə də öz təsdiqini tapır. Hazırda həmin torpaq sahəsinə dair adlarına çıxarış almaq istəyirlər. Lakin JN:1279 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X9 soyadda olan yalnışlığa görə həmin torpaq sahəsinə dair onların sərəncam vermək hüquqları məhdudlaşmışdır. Qeyd olunan torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nın saylı Ərazi İdarəsinə müraciət etmişlər. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi 04 noyabr 2021-ci il tarixli məktubu ilə onlara qeyd olunan sənəddə soyadda yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Qeyd edirlər ki, JN:1279 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X10 verən AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də JN:1279 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X8 Ərizəçi1 və Ərizəçi2 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmədə ərizəçilərin nümayəndəsi Vəkil ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçilərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN:1279 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X7 görünür ki, Ərizəçi1 Həzrətqulu qızı və X2 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə 0.42 hektar torpaq sahəsi verilmişdir, həmin dövlət aktında ərizəçilər Ərizəçi1 ata adı Həzrətqulu kimi və Ərizəçi2 soyadı Umaratova kimi qeyd olunmuşdur. İş materiallarında olan Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəsinin 02.11.2021-ci il tarixli, 967 №li arayışından görünür ki, Quba rayonu İ Nügədi kəndində qeydiyyatda olan Ərizəçi1 və Bakı şəhərində qeydiyyatda olan Ərizəçi2 ata və soyadı JN: 1279 KOD 30319018 nömrəli Torpağa Mülkiyyət Hüququna X11 əsasən səhvən Ərizəçi1 Həzrətqulu və X3 yazılıb. Düzgün olan yazılış budur Ərizəçi1 və Ərizəçi2 kimi yazılmalı və oxunmalıdır. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin 10.11.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi1 xx.xx.1948-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin 10.11.2021-ci il tarixli arayışından görünür ki, digər Ərizəçi2 xx.xx.1979-cu ildə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi2dır. İş materiallarında olan AZE seriyalı 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi1dır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 04.11.2001-ci il tarixli, **********51 №li məktubdan görünür ki, DT və XK-si tərəfindn verilmiş JN-1279 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X9 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahəiyyətlərinə aid deyildir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə JN-1279 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X12 əsasında Ərizəçi1 Həzrətqulu qızı və X2 mülkiyyətinə 0.42 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında ərizəçilər Ərizəçi1 ata adının «Hüseynqulu» əvəzinə səhvən «Həzrətqulu» kimi qeyd olunması, Ərizəçi2 soyadı “Hacıyeva” əvəzinə səhvən “Umaratova” kimi qeyd olunması hüquq müəyyənedici sənəd olan JN-1279 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X9 ərizəçilərin soyadının (adının, soyadının və atasının adının) onların şəxsiyyət vəsiqəsində göstərilən soyadı (adı, soyadı və atasının adı) ilə düz gəlməməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçilərin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmələri və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçilərə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan JN:1279 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X8 Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan JN:1279 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X8 AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi1 və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar