Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-255/2021 26.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2-nə və Cavabdeh3-nə qarşı “hərracın yekunlarına dair protokolun və əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 xx.xx.2018-ci il tarixli sifarişi əsasında, hərrac təşkilatçısı olan Cavabdeh3-i tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 150/1 saylı hərracın yekunları barədə protokolun və xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-atqısı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsalandırmışdır ki, Quba rayon məhkəməsinin 2(027)- 254/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı1 xx xxxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış 8149,17 ABŞ dolları əsas, 633,90 ABŞ dolları faiz borcu, 50 ABŞ dolalrı cərimə borcu, cəmi 8833,07 ABŞ dolları, xx.xx.2016-cı il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış 3300 ABŞ dolları əsas, 266,36 ABŞ dolları faiz borcu, cəmi 3566,36 ABŞ dolları məbləğində pul utulduğu anda mərkəzi bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, xx.xx.2014-cü il tarixlə əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit xətti və bank hesabı müqaviləsi üzrə yaranmış 4993,94 manat əsas, 613,85 manat faiz borcu, 50 manat cərimə borcu, cəmi 5657,79 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh2 ASC-nin xeyrinə tutulması və qətnamə qalan hissədə cavabdeh İddiaçı1 və İddiaçı2 müştərək qaydada xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış 101216,47 ABŞ dolları məbləğində pul tutulduğu anda mərkəzi bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, manat hesabı ilə Cavabdeh2-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı1 mülkiyyət hüququ ilə məxsus olan Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış binasına və onun yerləşdiyi 0,0244 ha torpaq sahəsinə yönəldilməsi və ipoteka predmetinin satılması, iddia tələbinin rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd edilən qətnamələrə əsasən Quba şəhəri, 22-ci məhəllədə yerləşən və İddiaçı1 mülkiyyət hüququ əsasında məxsus olan qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0244 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh3 tərəfindən Quba rayonu icra və Probasiya Şöbəsinin sifarişi əsasında sonuncu hərracdan 25% aşağı olan 223.125 manat dəyərində qiymətləndirilərək hərracdan satılaraq Cavabdeh2-nin mülkiyyətinə keçmişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixli sifarişi əsasında qeyri-yaşayış binası Cavabdeh3MMC tərəfindən xx.xx.2018-ci il tarixli protokolu və həmin tarixli alğı-satqı müqaviləsi əsasında həddindən artıq ucuz qiymətə satıldığından və bu barədə onlara məlumat verilmədiyindən hərracın yekunlarına dair 150/1 saylı protokolu etibarsız hesab edilməli və onun əsasında Cavabdeh2-ə verilmiş Reyestr çıxarışı etibarsız hesab edilməlidir. Hərrac təşkilatı tərəfindən keçirilən hərrac barədə onlara məlumat verilməmiş və onların məhkəmə qətnamələrindən sonra Cavabdeh2-yə mütəmadi olaraq etdikləri ödənişlər nəzərə alınmadan və xəbərləri olmadan mülkiyyət hüququ əsasında onlara məxsus olan qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi satılmışdır. Onlara məlumat vermədən hərracın keçirilməsi belə anlama gəlir ki, xəbərləri olmadan onlar, Cavabdeh2-yə etdikləri böyük məğləbdə olan ödənişlər hədər getmişdir. Qeyd etmək istəyirlər ki, onlar həm ödəniş edirlər və həmdə ki, mülkiyyətləri əllərindən çıxmışdır. Yuxarıda qeyd edilən əsaslara görə Quba rayon probasiya və icra şöbəsinin səhvi üzündən satılmış əmlakları özlərinə qaytarılmalı və onlarda qalıq kredit borclarının ödənişlərini ödəsinlər. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh3 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçılar iddia tələbində “hərrac təşkilatı tərəfindən keçirilən hərrac barədə bizə məlumat verilməmiş və xəbərimiz olmadan mülkiyyət hüququ əsasında bizə məxsus olan qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi satılmışdır” sözlərini qeyd etməklə iddiaçı süni şəkildə hərracın keçirilməsindən xəbərsiz olduğunu göstərir. Bununla əlaqədar qeyd etdikləri faktları məhkəmənin diqqətinə çatdırılmasını zəruri hesab edirlər. Hərracın keçirilmə vaxtı xx xxxxxxxx 2018-ci il tarix göstərilməklə, xx xxxxxx 2018-ci il tarixdə 21/22 nömrəli bildiriş İddiaçı1 və İddiaçı2 təqdim etdiyi ünvana göndərilmişdir. Hərracın keçirilmə vaxtı xx xxxxxx 2018-ci il tarix göstərilməklə, xx xxxxxxx 2018-ci il tarixində 15% endirimlə hərracın keçirilməsi ilə bağlı 21/22-1 nömrəli bildiriş borcluların təqdim etdiyi ünvana göndərilmişdir. Həmçinin, “Kaspi” qəzetində keçirilən hərracla bağlı müvafiq elanlar yerləşdirilmişdir. Onu da qeyd etmək lazımdır ki, iddiaçıların hazırki iddia ilə bağlı məhkəməyə verdiyi ünvan ilə, Quba rayon İcra Şöbəsinin sifariş məktubunda borcluların təqdim etdiyi ünvanlar eynidir. Bundan başqa iddiaçı iddia ərizəsində “hərrac təşkilatı tərəfindən əmlak 223.125 manat dəyərində qiymətləndirildiyini” sözlərini iddia tələbində qeyd etməsi əsassızdır. Əmlaklar qiymətləndirildikdən sonra hərraca yönəldilir. “Cavabdeh3" MMC hərrac təşkilatı olaraq sadəcə əmlakların açıq hərracda satışını təşkil edir. “Cavabdeh3" MMC qiymətləndirmə fəaliyyəti ilə məşğul deyildir və hər hansı bir əmlakı qiymətləndirmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh1nə, Cavabdeh2-nə və Cavabdeh3-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin və maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə 150/1 saylı protokolun surətindən görünür ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0244 ha torpaq sahəsi 223.125 manata Cavabdeh2 ASC-yə satılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli hərrac yekunları üzrə alğı-satqı müqaviləsindən görünür ki, ipoteka saxlayan Cavabdeh2 ASC Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0244 ha torpaq sahəsini 223.125 manata almışdır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 1(027)-254/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı1 və İddiaçı2 müştərək qaydada xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014cü il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış 101.2016,47 ABŞ dolları əsas, faiz borcu 8584,18 ABŞ dolları, cərimə borcuna görə 50 ABŞ dolları olmaqla cəmi 109850.65 ABŞ dolları, xx.xx.2014-cii ii tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış 8149.17 ABŞ dolları əsas, faiz borcu 633.90 ABŞ dolları, cərimə borcuna gora 50 ABŞ dolları, cəmi 8833.07 ABŞ dolları, xx.xx.2016-ci il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış 3300 ABŞ dolları əsas, faiz borcu 266.36 .ABŞ dolları cəmi 3566.36 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, xx xxxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cii il tarixli əlavə kredit xətli və bank hesabı müqaviləsi üzrə yaranmış 4993.94 manat əsas, faiz borcu 613,85 manat, cərimə borcuna görə 50 manat cəmi 5657.79 manat “Cavabdeh2» KB ASC-nin xeyrinə tutulması, tutma Bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı1 mülkiyyət hüququ ilə məxsus olan Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən qeyri- yaşayış binasına və onun yerləşdiyi 0.0244 ha torpaq sahəsinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiyməti 157000 manat olmaqla hərracdan satılması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində həmin qeyri yaşayış sahəsinin boşaldılması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-417/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-254/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 157000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0244 ha torpaq sahəsinin ilkin satış qiyməti 350000 manat müəyyən edilməsi, qətnamə ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi, qətnamə zamin kimi İddiaçı2 borclu ilə müştərək qaydada xx xxxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cii il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış 8149,17 ABŞ dolları əsas, faiz borcu 633.90 ABŞ dolları, cərimə borcuna görə 50 ABŞ dolları, cəmi 8833,07 ABŞ dolları; xx.xx.2016-ci il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış 3300 ABŞ dolları əsas, faiz borcu 266,36 ABŞ dolları cəmi 3566.36 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, xx xxxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit xətti və bank hesabı müqaviləsi üzrə yaranmış 4993.94 manat əsas, faiz borcu 613.85 manat, cərimə borcuna görə 50 manat cəmi 5657.79 manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun “Cavabdeh2» KB ASC-nin xeyrinə tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, cavabdeh İddiaçı1 xx xxxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış 8149,17 ABŞ dolları əsas, 633,90 ABŞ dolları faiz borcu 50 ABŞ dolları cərimə borcu, cəmi 8833,07 ABŞ dolları: xx.xx.2016-cı il tarixli əlavə kredit müqaviləsi iizrə yaranmış 3300 ABŞ dolları əsas, 266,36 ABŞ dolları faiz borcu, cəmi 3566,36 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə xx xxxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsi müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit xətti və bank hesabı müqaviləsi üzrə yaranmış 4993,94 manat əsas, 613.85 manat faiz borcu, 50 manat cərimə borcu, cəmi 5657.79 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul “Cavabdeh2» KB ASC-nin xeyrinə tutulması, qətnamə qalan hissədə- cavabdeh İddiaçı1 və İddiaçı2 müştərək qaydada xx xxxxxx 2014-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış 101216,47 ABŞ dolları əsas, faiz borcu 8584,18 ABŞ dolları, cərimə borcuna görə 50 ABŞ dolları, cəmi 109850.65 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə “Cavabdeh2» К В ASC-nin xeyrinə tutulması, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı1 mülkiyyət hüququ ilə məxsus olan Quba şəhəri. 22-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış binasına və onun yerləşdiyi 0.0244 ha torpaq sahəsinə yönəldilməsi və ipoteka predmetinin satılması və iddia tələbinin rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli, 21/22 və 21/22-1 saylı bildirişlərindən görünür ki, hərracın təşkilatçısı Cavabdeh3 Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0244 ha torpaq sahəsinin hərracda satılması ilə bağlı tərəflərlə bildiriş göndərmişdir. İş materiallarından görünür ki, İddiaçı2 adına göndərilmiş bildirişlər yanlış ünavana göndərilmiş və zərfin üzərində çatdırılmama səbəbi olaraq “ünvanda yaşamır” qeyd edilmişdir. İş materiallarında görünür ki, İddiaçı1 adına göndərilmiş bildirişlər şəxsən onun özü tərəfindən qəbul edilməmişdir. Məhkəmə iddia tələbinin qanuni əsası ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2). Mülki prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı normalarına əsasən əqdin etibarsızlığına əsas olan halların mövcudluğunu sübut etmək əqdin etibarsızlığını tələb edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.6-cı maddəsinə əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasənbu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırması zamanı müyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli hərrac yekunları üzrə alğı-satqı müqaviləsi əsasında ipoteka saxlayan Cavabdeh2 ASC Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0244 ha torpaq sahəsini 223.125 manata almışdır. İddiaçılar Cavabdeh1 xx.xx.2018-ci il tarixli sifarişi əsasında, hərrac təşkilatçısı olan Cavabdeh3-i tərəfindən tərtib edilmiş xx.xx.2018ci il tarixli 150/1 saylı hərracın yekunları barədə protokolun və xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-atqısı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli sifarişi əsasında, hərrac təşkilatçısı olan Cavabdeh3-i tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 150/1 saylı hərracın yekunları barədə protokolun və xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-atqısı müqaviləsinin etibarsız hesab edilməlidir. Belə ki, cavabdeh tərəf məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, hazırki iş üzrə iddiaçıların xx.xx.2018-ci il tarixdə keçiriləcək açıq hərracdan xəbərdar olduqlarını, onlara hərracın yeri və vaxtı barədə rəsmi qaydada bildiriş göndərdiyini qeyd etsə də, iş materiallarından görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı2 adına göndərilmiş bildirişlər yanlış ünvana göndərilmiş və zərfin üzərində çatdırılmama səbəbi olaraq “ünvanda yaşamır” qeyd edilmiş və İddiaçı1 adına göndərilmiş bildirişlər şəxsən onun özü tərəfindən qəbul edilməmişdir. Belə olan halda, iddiaçıların Cavabdeh1 xx.xx.2018-ci il tarixli sifarişi əsasında, hərrac təşkilatçısı olan Cavabdeh3-i tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 150/1 saylı hərracın yekunları barədə protokolun və xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-atqısı müqaviləsindən xəbərləri olmamış və hərrac keçirilən zaman onların hərracda iştirakı təmin edilməmişdir. Cavabdeh tərəf isə məhkəməyə iddia tələbinin əsassız olması barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddia təmin edilməli cavabdehlər Cavabdeh1 xx.xx.2018-ci il tarixli sifarişi əsasında, hərrac təşkilatçısı olan Cavabdeh3-i tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 150/1 saylı hərracın yekunları barədə protokolu və xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-atqısı müqaviləsi etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 xx.xx.2018-ci il tarixli sifarişi əsasında, hərrac təşkilatçısı olan Cavabdeh3-i tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 150/1 saylı hərracın yekunları barədə protokolu və xx xxxxxx 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-atqısı müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-255/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-255/2021
26.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver