Məhkəmə qərarları › İş №2(027)-257/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-257/2022

05.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-257/2022 05.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 qızının katibliyi, Ərizəçi və Quba Rayon İcra Hakimiyətinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyətinə qarşı qızı X5 faəliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xx.xx.2020-ci il tarixində ərizə ilə Məhkəməyə müraciət edərək, 17 oktyabr 1985-ci il təvəllüdlü qızı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1960-cı il tarixdə Quba rayonu, Dəlləkli kəndində anadan olmuşdur. 03 iyun 1983-cü il tarixdə X7 ailə qurmuşdur. Birgə nikahlarından dörd övladları dünyaya gəlmişdir. X1 17 oktyabr 1985-ci il tarixdə doğulmuşdur. Qızı Ülviyyə doğulan zamandan bəri problemləri olmuşdur. Qızı Ülviyyəni müxtəlif xəstəxanalarda müalicə etdirmiş və lakin həkimlər qızının sağalma ehtimalının olmadığını bildirmişlər. Qızı Ülviyyəyə orta dərəcəli əqli gerilik psixi-davranış pozğunluqları dioqnozu qoyulmuşdur. Qızı Ülviyyə kənar şəxsin köməyi olmadan yaşaması mümkün deyildir. O, öz fikrini ifadə edə bilmir. İllər keçdikcə onun psixi problemləri və xəstəliyi artır, onu idarə edə bilmək daha da çətinləşir. Qızının xəstəliyi ilə əlaqədar öz hərəkətlərini bilmədiyindən müxtəlif dövlət orqanlarında onun qızının adından onun xeyrinə hər hansı hərəkət etməyi mümkünsüz olur. Odur ki, qızı 17 oktyabr 1985-ci il təvəllüdlü X5 öz hərəkətlərinin mənasını qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Quba Rayon İcra Hakimiyətinin nümayəndəsi X8 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, X9 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası isə X6r. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan tibb kartasından çıxarışından görünür ki, X9 orta dərəcəli əqli gerilik, psixi-davranış pozğunluqları xəstəliyi ilə Quba RMX-da qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1564 saylı rəyindən görünür ki, mülki işdə olan tibi sənədlər və şəxsin anasının məhkəməyə tədqiq edərək aparılan (qiyabi) müayiə əsasında X9 orta dərəcəli əqli gerilik, psixi-davranış pozğunluqları xəstəliyi ilə Quba RMX-da qeydiyyatdadır. Orta dərəcəli əqli gerilik, psixi-davranış pozğunluqları diaqnozlu ruhi xəstəliklə əlaqədar xx.xx.1985-ci il təvəllüdlü X9 öz hərəkətlərini süurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də, X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hallar, yəni qızı 17 oktyabr 1985-ci il təvəllüdlü qızı X5 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli və X9 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 322 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. 17 oktyabr 1985-ci il təvəllüdlü Quba rayonu, Dəlləkli kəndində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar