Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2581/2024 20.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı tələbnamə ləğv edilməsi və həmin tələbnamə əsasında hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin, Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 15 yanvar 2024-cü il tarixli ******* saylı AKT əsasında, **********0230 saylı abonenet kodu üzərinə hesablanmış 4173,12 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh İB, X2 İstismar İdarəsinin (Xaçmaz RQİİ) Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları tərəfindən 15 yanvar 2024-cü il tarixində yaşadığı Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinə gələn qaz xəttinə baxış keçirilmiş və nəticədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Aktda qeyd olunur ki, “Abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olundu” qeydi yazılmışdır. Həmin akt əsasında evə quraşdırılmış qaz sayğacının abonent kodu üzərinə 4173,12 manat borc hesablanmışdır. Onun mənzilində sayğacı vardır. Abonent saldosunda işlətdiyi təbii qazın sərfi və sərfin məbləği göstərilmişdir. Sərf etdiyi qazın borcunu mütəmadi olaraq ödəmişlər. Ona məxsus mənzildə heç vaxt sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməmişdir. Heç bir əsas olmadan yazılmış qeyriobyektiv aktla razılaşmır. Həmin akt “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun deyildir. İstehlakçıya “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunarkən və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanmn hesablanması qanunvericiliklə nəzərdə tutulmuş qaydada əsaslandırılmalıdır. Belə bir əsaslandırılma olmadan dəymiş ziyanın hesablanması və abonentdən tələb olunması istehlakçının hüquqlarının pozulması ilə nəticələnir. Aktın “Qaz işlədici və parametrləri” qrafasının da düzgün yazılmaması bir daha bu aktın konkret halları əks etdirmədiyini göstərir. Belə ki, onun mənzilində axımlı su qızdıncısı və xərək olmadığı halda, həmin işlədicilərin adı aktda qeyd olunmuşdur. Ona məxsus fərdi yaşayış evinə hər hansı kənar xəttin olması, həmin xəttin hara daxil olması faktını təsdiq edən heç bir sübut yoxdur və ola da bilməz. Yuxarıda qeyd etdiyi kimi o, heç bir kənar xəttdən istifadə etməmişdir. Xaçmaz RQİİ-nin Quba XS-nin əməkdaşlarının tərtib etdiyi 15 yanvar 2024cü il tarixli 0391 saylı AKT əsasında hesablanmış borc əsassızdır və abonent hesabından silinməlidir. Evinin abonent kodu mərhum nənəsi Məhərrəmova Əfruzun adınadır. Nənəsi 09 aprel 2013-cü ildə vəfat etmişdir. Ev Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır, evin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənəd paylı mülkiyyət əsasında ona məxsusdur, evin sahibi odur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Xaçmaz RQİİ-nin 15 yanvar 2024-cü il tarixli ******* nömrəli aktından görünür ki, abonentin mənzilinə baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə istifadə etdiyi aşkar olundu; X1 31 yanvar 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, Əfruz Məhərrəmova məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti- PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün 2 ədəd iran sobasının maksimal saatlıq qaz sərfi 2 x 1.5 = 3 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, axımlı su qızdırıcının maksimal saatlıq qaz sərfi 2.25 m3/saat orta günlük ış rejimi 12 saat və hesabat müddəti 360 gün, xərəyin maksimal saatlıq qaz sərfi 2 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 0.8 x 12 x 360 =3456 3 x 12 x 360 =12960 2.25 x 12 x 360 =9720 2 x 12 x 360 =8640 cəmi 36072m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2024cü il tarixli ******* saylı akt olmuşdur; Azəriqaz RQİİ-nin xx.xx.2024-cü il tarixli 178 nömrəli müayinə aktdan görünür ki, abonentin mənzilinə baxış keçirilərkən həmin mənzildə 1 ədəd PQ-3 və 2 ədəd iran sobası aşkar olundu; **********00230 kodlu abonentin saldosunun qalıq və aktlar bölməsindən görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş, lakin istifadə etdiyi qaza ödənişləri vaxtlı-vaxtında həyata keçirmədiyi üçün 2024-cü ilin dekabr ayına 4173,12 manat ziyan yaranmışdır; Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müayinə aktına əsasən iddiaçıya fərdi yaşayış evində sadəcə 1 ədəd PQ-3 və 2 ədəd iran sobası üzrə hesablamaların aparılması məqsədəmüvafiqdir. Beləlik məhkəmə hesab edir ki, qaz sərfi aşağıdakı qaydada hesablanmalıdır:
1. PQ3 üzrə 0.8 x 12 x 360 =3456 = 414,72 manat;
2. 2 ədəd iran sobası üzrə 3 x 12 x 360 =12960 = 1555,20 manat; Beləliklə, iddiaçı tərəfindən cavabdehə cəmi olaraq 1969,92 manat məbləğində ziyan vurulmuşdur. Ona görə məhkəmə hesab edir ki, iddianın 4173,12 manatdan 2203,20 manat məbləğində hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-1.1. bəndinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-2. bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 15 yanvar 2024-cü il tarixli ******* saylı akt əsasında tərtib olunmuş 31 yanvar 2024-cü il tarixli tələbnamə ləğv ediməli və həmin tələbnaməyə əsasən hesablanmış 4173,12 manat məbləğində borcun 2203,20 manat məbləğində olan hissəsi **********00230 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 42,04 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ : İddia qismən təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 15 yanvar 2024-cü il tarixli ******* saylı akt əsasında tərtib olunmuş 31 yanvar 2024-cü il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 4173,12 manat məbləğində borcun 2203,20 (iki min iki yüz üç manat iyirmi qəpik) manat məbləğində olan hissəsi **********00230 saylı abonent hesabından silinsin. 42,04 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Vüqar Seyidov