Məhkəmə qərarları › İş №2(027)-262/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-262/2022

31.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-262/2022 31.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X29 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X28 və İddiaçı6 Cavabdehnə qarşı «mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi » tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X28 və İddiaçı6 məhkəməyə ərizə ilə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.4112 ha və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.6299 ha torpaq sahəsindən miras qoyan X3na düşən paydan ibarət miras əmlakın X7na düşən hissəsinə mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzürlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X28 və İddiaçı6 iddia ərizələrini onunla əsaslandırmışlar ki, X4 və X3 ilə ailə qurmuşlar. Onların evliliyindən 01 iyun 1961-ci ildə X7 və digər uşaqları doğulmuşdur. X4 və X3 hal-hazırda vəfat etmişlər. X7 04 yanvar 1986-cı ildə anası İddiaçı2 ilə ailə qurmuşdur. Birgə nikahlarından o, İddiaçı1 və digər bacıları X19, Məlikova (Həsənova) Xanım Elman qızı. Məlikova (Rüstəmova) Günay Elman qızı, Məlikova (Mirzəyeva) Samirə Elman qızı doğulmuşdur. X7 26 avqust 2013-cü il tarixində vəfat etmişdir. Quba regional "Asan xidmət” Notariat ofisi tərəfindən verilən 05 noyabr 2021-ci il tarixli şəhadətnaməyə əsasən 26 avqust 2013-cü il tarixində vəfat etmiş X7nun vəfatından sonra anası İddiaçı2, o, İddiaçı1 və digər bacıları X19, Məlikova (Həsənova) Xanım Elman qızı, Məlikova (Rüstəmova) Günay Elman qızı, Məlikova (Mirzəyeva) Samirə Elman qızı vərəsələri sırasına daxil edilmişdir. X3 01 mart 2016-cı il tarixində vəfat etmişdir. X1 birgə mülkiyyətlə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0,4112 ha və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0,6299 ha torpaq sahəsi miras qalmışdır. Lakin qanunu bilməməzlikdən, bundan əlavə nənəsi ölən zaman atasından qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almadıqları, atasından vərəsəlik açmadıqları üçün X3 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməmişlər. Bu da üzürlü səbəbdən olmuş, belə ki, atasından qalmış mirasa vərəsəlik aça bilmədikləri üçün, nənəsindən qalmış miras əmlaka da vərəsəlik aça bilməzdilər. Atası isə Rusiya Federasiyasında vəfat etmişdir. Hazırda o, X1 miras qalan paya oğlu yəni X7na düşən hissəsini vərəsəlik yolu qəbul etmək üçün Quba regional "ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 05 oktyabr 2021-ci il tarixli məktub verilmiş və buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyin məqsədə müvafiq olduğu qeyd edilmişdir. İddiaçı1 məhkəməyə teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi və iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, X28 və İddiaçı6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin 25.10.2021-ci il tarixli arayışından görünür ki, X23 01.06.1961-ci ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuşdur. Onun atası X20 və anası X6r. İş materiallarına əlavə olunmuş Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinin 05.10.2021-ci il tarixli məktubundan görünür ki, qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, ona sahiblik etməsi barədə sübutlar və hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmçinin qohumluğu müəyyən etmək mümkün olmadığından İddiaçı1 qızma vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin 06.10.2021-ci il tarixli arayışından görünür ki, Quba rayonu, İ Nügədi kənd sakini olmuş X23 01.06.1961-ci il tarixdən 2013-cü ilədək Quba rayonu, İ Nügədi kəndində yaşamış və 26.08.2013-cü ildə həmin kənddə vəfat etmişdir. Vəfatından sonra İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X28 və İddiaçı6 vərəsələri olaraq qalmışdır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin 06.10.2021-ci il tarixli arayışından görünür ki, Quba rayonu, İ Nügədi kənd sakini olmuş Sultanova Xanım Möhübbət qızı 20.01.1933-cü il tarixdən 2016-cı ilədək Quba rayonu, İ Nügədi kəndində yaşamış və 01.03.2016-cı ildə həmin kənddə vəfat etmişdir. Vəfatından sonra X21, X15, X22, X23, X24, X16, X25 və X26 vərəsələri olaraq qalmışdır. İş materiallarına əlavə edilmiş 05.11.2020-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26.08.2013-cü ildə vəfat etmiş X13 vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X28 və İddiaçı6 vərəsələridir. Onların hər biri miras əmlakından 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlakı – Quba rayonu, İ Nügədi kəndində yerləşən ümumi sahəsi 203.4 kv.m olan fərdi yaşayış evinin X14 çatan hissəsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0.09 ha olan torpaq sahəsinin X14 çatan hissəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş 05.11.2020-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26.08.2013-cü ildə vəfat etmiş X13 vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X28 və İddiaçı6 vərəsələridir. Onların hər biri miras əmlakından 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlakı – Quba rayonu, İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0.8899 ha olan torpaq sahəsinin X14 çatan hissəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş 05.11.2020-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26.08.2013-cü ildə vəfat etmiş X13 vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X28 və İddiaçı6 vərəsələridir. Onların hər biri miras əmlakından 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlakı – Quba rayonu, İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0.5661 ha olan torpaq sahəsinin X14 çatan hissəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.4112 ha torpaq sahəsi X17 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.6299 ha torpaq sahəsi X17 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsi haqqında 01.03.2019-cu il tarixli arayışdan görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.6299 ha torpaq sahəsinin 01.03.2019-cu il tarixinə bazar dəyəri 6300 manat məbləğində təşkil edir. İş materiallarına əlavə edilmiş 2(027)-1518/2020 saylı, 28.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, mirasın açılması yeri Quba rayonu, İ Nügədi kəndi olmaqla, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində olan 0,09 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 203,4 kv.m olan fərdi yaşayış evindən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 02.07.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,8899 ha olan torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 02.07.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,5661 ha olan torpaq sahəsindən miras qoyan X14 düşən hissəsindən ibarət miras əmlaka İddiaçı2 və cavabdehlər İddiaçı1, X10, İddiaçı5, İddiaçı6, İddiaçı4 vərəsəlik hüququ tanınması, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində olan 0,09 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 203,4 kv.m olan fərdi yaşayış evindən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 02.07.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,8899 ha olan torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 02.07.2020-ci qeydiyyat tarixli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümumi sahəsi 0,5661 ha olan torpaq sahəsindən miras qoyan X14 düşən hissəsindən ibarət miras əmlaka İddiaçı2 cavabdehlər İddiaçı1, X10, İddiaçı5, İddiaçı6, İddiaçı4 vərəsəlik üzrə bərabər payları müəyyən edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, iddiaçıların X7 26.08.2013-cı il tarixdə, nənəsi X9 01.03.2016-cı il tarixdə vəfat etmişlər. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X28 və İddiaçı6 mərhum X7ndan qalmış miras əmlaka dair vergiləri ödəmiş, təsərrüfatı onlar idarə etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X28 və İddiaçı6 qanunu bilməməzlikdən və savadsızlıqdan ataları vəfat etdikdən sonra notariat kontorunda miras qəbul edilməsi barədə ərizə verməmişdir. X2 qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən və qanunla müəyyən edilmiş müddətdə buraxdığı üçün miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-1248.2-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Mirasın açılması (vərəsəlik hüquq münasibətinin yaranması) iki məsələ - mirasın açıldığı vaxt və mirasın açıldığı yerlə bağlıdır. Mirasın açıldığı vaxt vərəsələrin dairəsinin, vərəsələrin fəaliyyət qabiliyyətinin, miras əmlakın tərkibinin (həcminin), məcburi payın müəyyənləşdirilməsi, iddia müddətinin axımının keçməsi və bu kimi bir çox məsələlərin həlli üçün zəruridir. Bundan əlavə, mirası qəbul etmək və ondan imtina etmək üçün nəzərdə tutulan müddət mirasın açıldığı vaxtdan asılı olaraq müəyyən edilir. Həmçinin miras açıldığı vaxtdan qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur, yəni vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin müəyyənləşdirilməsi də mirasın açıldığı vaxta bağlıdır (Mülki Məcəllənin 1322-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasındaözünügöstərir.( Konstitusiya Məhkəməsi Plenumunun“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları).Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olandaşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkiledir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir.Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddətiərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləriiştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X28 və İddiaçı6 göstərdiyi hallar, yəni Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.4112 ha və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.6299 ha torpaq sahəsindən miras qoyan X3na düşən paydan ibarət miras əmlakın X7na düşən hissəsinə mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti gecikdirməsi səbəbi üzürlü sayılaraq uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X28 və İddiaçı6 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.4112 ha və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 0.6299 ha torpaq sahəsindən miras qoyan X3na düşən paydan ibarət miras əmlakın X7na düşən hissəsinə mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti gecikdirməsi səbəbi üzürlü sayılaraq uzadılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar